7.5. İstehsalat səs-küyündən mühafizə üsulları
Texnoloji proseslər işləndikdə, maşınların, istehsalat binalarının və qurğularının layihələri hazırlandıqda, istehsal və istismar edildikdə insanlara mənfi təsir edə biləcək səs-küyün yol verilən səviyyələrə qədər azaldılması üçün bütün lazım olan tədbirlər görülməlidir. Səs-küydən mühafizənin ən effektiv üsulları onun mənbədə azaldılması və daimi iş yerlərində səs-küy törətməyən yeni texnoloji proseslərin istifadə edilməsidir. Bununla yanaşı, səs-küylü maşınları uzaqdan idarə etmək, inşaat-akustik üsullarla onu azaltmaq, fərdi mühafizə vasitələrindən istifadə etmək və təşkilati tədbirləri(səmərəli iş və istirahət vaxtı müəyyən etmək, səs-küylü şəraitdə işləmə müddətini məhdudlaşdırmaq, müalicə-profilaktiki tədbirlər və s.) yerinə yetirməklə səs-küyün insana mənfi təsirini azaltmaq olar.
İstehsalatda səs-küydən mühafizə məsələlərini həll etdikdə, bir neçə səs-küy mənbəyinin, eyni zamanda, müəyyən bir iş yerində birgə yaratdıqları ümumi səs-küy səviyyəsini təyin etmək lazım gəlir. Məsələn , ayrı-ayrılıqda biri 90dB, o biri isə 84dB səs-küy yaradan iki nasosun idarə pultu yaxınlığında birgə yaratdıqları ümumi səs-küyün səviyyəsini təyin etmək lazımdır. İlk baxışdan bu iki nasosun ümumi səs-küy səviyyəsinin 90+84=184dB olacağı düşünülür. Ancaq bu belə deyil. Nəzərə almaq lazımdır ki, səs-küyün səviyyələri loqarifmik kəmiyyətlərdir və onların üzərində adi toplama əməliyyatı aparmaq olmaz.
Bir neçə eyni zamanda işləyən səs-küy mənbəyinin ümumi səs intensivliyi cəm kimi toplana bilər, çünki intensivlik adi fiziki kəmiyyətdir və ölçü vahidi W/m2 –dır:
Jüm =J1+J2 +J3 +....+Jn(7.8)
Birgə səs-küyün ümumi səviyyəsi isə belə təyin edilir:
(7.9)
Nəzərə alsaq ki, ifadəsindən onda bir neçə müxtəlif mənbəyin iş yerində birgə yaratdıqları ümumi səs-küyün səviyyəsini təyin etmək üçün aşağıdakı düstur alınar:
dB (7.10)
burada Li– hər biri mənbəyinin yaratdığı ümumi səs-küyün səviyyəsidir, dB;
n– səs-küy mənbələrinin sayıdır.
Bir neçə eyni mənbənin yaratdığı ümumi səs-küyün səviyyəsi aşağıdakı ifadədən də təyin edilə bilər:
Lüm =L+10lg n (7.11)
burada L–bir mənbəyin yaratdığı səs-küyün səviyyəsidir, dB.
Məsələn, n=10 ədəd eyni nasos işləyir və onların hər birinin idarə pultu yaxınlığında yaratdığı səs-küyün səviyyəsi L=90dB-dir. Bu zaman ümumi səs-küyün səviyyəsi
L =90 +10lg10= 90+10=100dB
olacaqdır.
İki müxtəlif mənbəyin yaratdığı ümumi səs-küyün səviyyəsi aşağıdakı kimi təyin edilə bilər:
L2 = L1 + ∆L, dB (7.12)
burada L1– səs-küyü daha yüksək olan mənbənin yaratdığı səs-küy səviyyəsidir, dB;
∆L – iki mənbənin səs-küy səviyyələrinin fərqindən asılı olaraq cədvəl 3.11-dən götürülən əlavə düzəlişdir, dB.
Cədvəl 7.1
∆L-nin qiyməti
Səs-küy səviyyələrinin fərqi, (L2-L1)
|
0
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
15
|
L1-in üstünə gələn əlavə düzəliş, ∆L
|
3
|
2,5
|
2
|
1,8
|
1,5
|
1,2
|
1
|
0,8
|
0,6
|
0,5
|
0,4
|
0,2
|
Cədvəldən göründüyü kimi, əgər iki mənbədən birinin səs-küy səviyyəsi o birisindən 10dB-dən çox fərqlənirsə, kiçik səs-küylü mənbənin yaratdığı səs-küyü ümumi səs-küydə nəzərə almamaq da olar, çünki bu halda ∆L-in səviyyəsi 0,5dB-dənazdır.
Məsələn, cədvəldən istifadə edərək səs-küy səviyyələri L2=90dB və L1 =84dB olan iki mənbənin (nasosun) yaratdığı ümumi səs-küyün səviyyəsi belə təyin edilir:
L2– L1 = 90 – 84 = 6 dB
Cədvəldən uyğun olan ∆L=1dB götürülür və
Lüm= 90 + 1 = 91 dB
tapılır.
Cədvəldən istifadə edərək, bir neçə müxtəlif mənbənin yaratdığı ümumi səs-küyün səviyyəsini təyin etmək olar. Bunun üçün, ən böyük səs-küy səviyyəsindən başlamaq və onu ikinci səviyyə ilə yuxarıda göstərilən qaydada cəmləmək lazımdır. Sonra alınan cəmi üçüncü səviyyə ilə cəmləmək lazımdır və belə ardıcıllıqla bir neçə müxtəlif mənbənin ümumi səs-küy səviyyəsini tapmaq olar.
Məsələn, üç müxtəlif səs-küy mənbəyinin yaratdığı ümumi səs-küyün səviyyəsini təyin edək: L1=96dB, L2=98dB və L3=100dB. Əvvəl iki mənbəyi götürürük və onların səs-küy səviyyələrinin fərqini təyin edirik:
L2– L1= 98 – 96 = 2 dB, L3 – L2 = 100 – 98 = 2 dB
Alınan fərqə uyğun cədvəl 3.11-dən əlavə düzəliş ∆L=2dB. Deməli hər üç mənbənin birgə yaratdığı ümumi səs-küy səviyyəsi: Lüm=100+(2+2)=104dB təyin edilmiş olur. Səs-küy səviyyələrinin cəm üsulu ilə tapılması göstərir ki, eyni səs-küylü çox səs-küy mənbəyi olduqda, onlardan bir neçəsinin səs-küyünün azaldılması və ya tamamilə aradan götürülməsi, praktiki olaraq ümumi səs-küyün səviyyəsinə bir o qədər də böyük təsir etmir.
Dostları ilə paylaş: |