7.4. Süni işıqlandırma Təbii işıqlanma kifayət etmədikdə süni işıqlandırma tətbiq edilir. Payız-qış aylarında və gecə vaxtı süni işıq təbii işığı tamamlamaqla bərabər, onu əvəz edir.
Süni işıqlandırmanın əsas çatışmazlığı onun fəza işıqlanmasının qeyri-müntəzəmliyindən ibarətdir ki, bunu da çıraqların əlverişli seçilməsi və yerləşdirilməsi ilə aradan qaldırmaq mümkündür.
İşlədilən közərmə lampaları çox kiçik f.i.ə. (3%-ə yaxın) və keyfiyyətsiz spektr şüaları ilə xarakterizə olunur.
İşıq mənbələrinin əsas iqtisadi göstəricilərindən biri onların işıqvermə qabiliyyətidir (V). Bu da işıq enerjisinə çevrilən elektrik enerjisi ilə ölçülür:
m/W, (6.24)
burada F – işıqseli, m;
Wl – lampaların gücüdür, W.
Közərmə lampasının işıq verimi çox kiçik, yəni 10-20 m/W, lüminessent lampalarının işıq verimi isə 30-40 m/W. Süni işıqlandırma istehsalatda ümumi işıqlandırma və qarışıq işıqlandırma (eyni zamanda ümumi və yerli işıqlandırmanı nəzərdə tutur) şəklində tətbiq olunur.
Ümumi işıqlandırma növü çıraqların simmetrik yerləşdirilməsini nəzərdə tutur.
İşığı fəzada yayma xarakterinə görə çıraqlar üç növ olur: düz işıq salan, işığı əks etdirən və işığı səpələyən.
Süni işıqlandırmanın hesablanma üsulları. Süni işıqlandırma dörd üsulla hesablanır:
1. Nöqtə üsulu – yerli işıqlandırma zamanı tətbiq edilir.
2. Vatt üsulu – çox sadədir, lakin, az dəqiqliyə malik olduğundan yalnız təxmini hesablamalarda işlədilir.
3. Qrafiki üsul – professor A.A.Truxanov tərəfindən təklif edilmişdir. Bu üsulla hesablama apardıqda işıqlanmanın məsafədən, hündürlükdən və düşmə bucağından asılılığını göstərən xüsusi nomoqramlardan istifadə edilir.
4. İşıq seli üsulu – ümumi işıqlandırma zamanı tətbiq edilir. Ən əlverişli üsuldur, çırağın işığını və əks olunan işığı nəzərə alır.
Vatt üsulu ilə işıqlandırmanın hesablanması. İstehsalat sexi çıraqlarının ümumi gücü bu üsulla hesablanır:
; kW (6.25)
burada E – obyektin işıqlanma norması, (sanitar normadan götürülür);
S – sexin sahəsi, m2, K – ehtiyat əmsalıdır, çırağın və lampaların çirklənməsini nəzərə alan cədvəllərdən tapılır. Közərmə lampaları üçün K=1,3-1,5; lüminessent lampaları üçün K=1,5-1,8;
Eor – orta horizontal işıqlanmadır, çıraqların müntəzəm yerləşdirilməsinə və bir W/m2 elektrik enerjisi sərfinə uyğun olaraq götürülür.
103 – W – dan kW-a çevirmə əmsalıdır.
Ümumi güc tapıldıqdan sonra lampaların sayı (n) hesablanır:
(6.26)
burada W1 – bir lampanın gücüdür, istehsalatın imkanına uyğun olaraq qəbul edilir.
İşıq seli üsulu ilə işıqlandırmanın hesablanması. Tələb olunan işıq seli aşağıdakı düsturla hesablanır:
; m (6.27)
burada n – lampaların sayıdır, sexin sxemi üzərində çıraqları simmetrik yerləşdirməklə (miqyasda) tapılır.
Müntəzəm işıqlandırmada çıraqlar üçbucaqlı, yaxud dördbucaqlı şəbəkə üzrə yerləşdirilir. Bu halda çıraqlar arasındakı məsafə L 2,5 H şərtini ödəməlidir (şəkil 6.3).