Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə57/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   53   54   55   56   57   58   59   60   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

6.6. Təbii işıqlandırma
Təbii işıqlandırmanı mütləq qiymətli kəmiyyətlərləmüəy­yən­ləş­dirmək olmur. Otaqda hər hansı bir nöqtənin işıqlan­dırılması təbii işıqlanma əmsalı (t.i.ə.) ilə xarakterizə olunur:
(6.16)
burada Ed – otaq daxilindəki hər hansı bir nöqtənin işıqlanma dərəcəsi, k
Ex – otaq xaricində və açıqlıqda yerləşən horizontal müs­təvi üzərində işıqlandırma dərəcəsi, k
Yandan işıqlanmada emin, üstdən və üstdən-yandan işıq­lan­malarda isə eor qiymətinə uyğun işıqlanma normaları müəyyən olunur.
Minimal t.i.ə.. (emin), otağın pəncərədən uzaq, iş müstə­visi səviyyəsində götürülmüş nöqtələr üçün hesablanır.
Orta t.i.ə. (eor), otağın xarakterik kəsilmiş müstəvisi üzərin­də götürülmüş nöqtələrə əsasən hesablanır:
(6.17)
burada e1, e2 ... en – otaqda bərabər məsafələrdə yerləşdirilmiş nöq­tə­lərinin təbii işıqlanma əmsalları;
n – nöqtələrin sayıdır (adətən n > 5).
Təbii işıqlanmanın analitik üsulla hesablanması. Otaq daxilindəki M nöqtəsinin təbii işıqlanması nəinki atmosferin işıq şüalarından, eləcə də xaricdəki obyektlərdən və daxili səthlərdə əks olunmuş işıq şüalarından asılıdır (şəkil 6.2):


Şəkil 6.2. Otaq daxilində işıqlanma.
(6.18)
burada – itkiləri nəzərə almaqla, atmosferin işıq şüalarından yaranan t.i.ə.;
– itkiləri nəzərə almaqla, xaricdəki obyektlərdən əks olunan işıq şüalarının yaratdığı t.i.ə; qarşıdakı obyekt göy qübbəsinin pəncərədən görünən hissə­si­nin çoxunu tutarsa, hökmən nəzərə alınır;
– otaq daxilindəki səthlərdən əks olunan işıq şüaları­nın yaratdığı t.i.ə.-dir.
Verilmiş M nöqtəsi əsas etibarilə atmosfer şüaları hesabına işıqlanır:
; (6.19)
burada ea – atmosferin işıq şüalarından yaranan itkisiz təbii işıqlanma əmsalı (qrafik, yaxud analitik üsulla hesablanır);
– pəncərə oyuğunun işıqkeçirmə əmsalı, pəncərə­lərin quruluşundan asılı olaraq tapılır ( = 0,35 0,6 arasında dəyişir);
q– atmosferin meridian üzrə qeyri-müntəzəm parlaq­lı­ğını nəzərə alan əmsaldır; otaq daxilindəki M nöqtəsini və pəncərənin mərkəzini birləşdirən xətlə üfüq arasındakı bucaqdan (z) asılı olaraq tapılır.
z – q asılılığı aşağıda verilmişdir (cədvəl 6.3).
Cədvəl 6.3.
z-q asılılığı cədvəli

z, dər

15

30

45

60

75

90

q

0,65

0,85

1

1,15

1,2

1,25

Xarici obyektdən əks olunan işıq şüalarının yaratdığı t.i.ə. aşağıdakı asılılıqdan təyin edilir:
(6.20)
burada ex – qarşısı maneə ilə kəsilmiş atmosferin işıq şüaların­dan yaranan itkisiz t.i.ə.-dir.
Otaq daxilindəki səthlərdən əks olunmaqla t.i.ə. bir qədər arta bilər. Bu artımır əmsalı ilə nəzərə alsaq:
(6.21)
r əmsalı işıqlanma növündən (yandan, üstdən, üstdən-yandan) və daxili səthlərdən işığın orta əks olunma əmsalından ρop asılı olaraq xüsusi cədvəllərdən götürülür (cədvəl 6.4).
Cədvəl 6.4
r – artım əmsalının – əksolunma əmsalına əsasən təyin edilməsi



Yandan işıqlanma

birtərəfli

ikitərəfli

0,5

4

2,2

0,4

3

1,7

0,3

2

1,2



(6.22)
burada – işığın döşəmədən, tavan və divarlardan əks­olun­ma əmsalları:
s1, s2, s3uyğun əksetdirici sahələrdir, m2.
Üstdən-yandan işıqlanmada orta t.i.ə. aşağıdakı kimi hesablanır:
eor = ey + eü (6.23)

burada ey – yandan (pəncərədən) düşən işığın yaratdığı orta t.i.ə.


eü – üstdən (bacadan) düşən işığın yaratdığı orta t.i.ə.-dir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin