Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə60/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   56   57   58   59   60   61   62   63   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Jo =10-12W/m2 və ya Po =2×10-5Pa

Eşidilən səslərin intensivliyinin dəyişmə diapazonu 10-12 W/m2–dan 102 W/m2arasındadır, yəni intensivlik 1014 dəfə dəyişir. Buna uyğun olaraq səs təzyiqi 2×10-5 Pa-dan 2×102 Pa arasında, yəni 107 dəfə dəyişir.


Göründüyü kimi, səsin intensivliyi və təzyiqi çox böyük diapazonlarda dəyişir, bu isə onların qrafiki təsvir edilməsini çətinləşdirir. Bundan başqa, əvvəldə qeyd etdiyimiz kimi, insan qulağı bu kəmiyyətlərin mütləq dəyişməsini deyil, nisbi dəyişməsini qavrayır. Bunu nəzərə alaraq, səs-küylə mübarizə məsələlərinin həllində səsin intensivliyinin və təzyiqinin nisbi dəyişməsini təsvir etmək üçün loqarifmik desibel şkalasından istifadə edilir.
Desibel (dB) – eşitmə astanasında 1000 Hs tezlikdə insan qulağının çətin ayırd etdiyi minimal səsin intensivliyinə (və ya təzyiqinə) nisbətən faktiki səsin intensivliyinin (və ya təzyiqi­nin) səviyyəsini göstərir:


dB (7.3)

Desibel şkalasından istifadə etmək çox rahatdır, çünki eşidilən səslərin intensivliyinin və təzyiqinin çox böyük diapa­zonu sərhədləri 0-140 dB olan desibel şkalasına yerləşir. Desi­bel şkalasında müxtəlif səs-küyü qiymətləndirmək üçün 0-dan 140dB-ə qədər diapazonda tam rəqəmlərdən istifadə edilir.


Səviyyənin 1dB-dən az dəyişməsini insan qulağı praktiki olaraq qavramır və 140dB-ə yaxın qiymətlərində normal səs eşitmə hissi qulaqda fiziki ağrı hissi ilə əvəz olunur.
Eşitmə orqanının dərk etmə xüsusiyyətlərini nəzərə almaq üçün, ölçmə dövrəsinə əlavə olaraq amplituda tezlik xarakteristikası insan qulağının zəif siqnallara hissiyyatına uyğun olan A tipli xüsusi filtr daxil edilə bilər. Əgər ölçmə bu filtr ilə aparılmışsa səs-küyün ölçü vahidi dB kimi deyil, dBA kimi göstərilir. “dB” ilə “dBA” arasındakı fərq səs-küyün spektrindən asılıdır, ümumi hallarda bunu qabaqcadan müəy­yən etmək mümkün deyil, lakin, adətən “dB” bir qədər az olur. Məsələn, geniş zolaqda ölçülmüş səs-küy 80 dB-dirsə, Afiltri ilə ölçmə zamanı bu kəmiyyət 85 dBA ola bilər. A filtri ilə ölçmə zamanı, səs-küyün müəyyən edilən qiyməti insan qula­ğı­nın eşitdiyinə daha çox uyğun gəlir.
Yüksək həssaslığa malik olan insan qulağı mürəkkəb bioloji mexanizm olub, ətrafdan gələn böyük həcmdə səs informasiyasından faydalı səsləri seçib beyni yüksək intensiv­likli səs-küydən mühafizə etməlidir. İnsanın eşitmə orqanı mexaniki səs enerjisini biocərəyana çevirir. Bu cərəyan xüsusi sinir ötürücüləri vasitəsi ilə mərkəzi sinir sisteminə təsir edir. Eşitmə orqanı, eyni zamanda, rəqs tezlikləri analizatoru rolunu oynayaraq, səsin istiqamətini, gurluğunu, ucalığını və tembrini müəyyən edən sistemdir.
Tam sakitlikdə insan qulağının həssaslığı artır, yüksək səs-küydə isə həssaslıq azalır. Qulağın bu xüsusiyyəti mühitə uyğunlaşma adlanır.
Bir səsin başqa səs tərəfindən batırılması səsin maska­lan­ması adlanır. Səs küy hər hansı müəyyən rəqs tezliyinə malik olan təmiz tonu maskalayır.
Desibel ilə ölçülən səs təzyiqi səviyyəsi insan qulağının müxtəlif tezlikli səslərə həssaslığını nəzərə almır və buna görə də, səsin gurluğu barəsində düzgün təsəvvür yaratmır. Təzyiq səviyyəsi eyni (60dB), rəqs tezliyi isə müxtəlif (birinin tezliyi 100Hs, o birinin isə 1000Hs) olan iki səsi insan müxtəlif gurluqlu səslər kimi qavrayır. Buna görə də, səsin gurluğunu xarakterizə etmək üçün “gurluq səviyyəsi” anlayışından istifa­də edilir.
Hər hansı bir rəqs tezliyinə malik olub ölçülə bilən səsin gurluq səviyyəsini təyin etmək üçün, həmin səs, rəqs tezliyi 1000Hs olan və səviyyəsi bu və ya digər tərəfə dəyişə bilən etalon səs ilə o vaxta qədər tutuşdurulur ki, hər iki səsi (ölçülən və etalon səsləri) insan eyni gurluqlu səs kimi qavrasın. Gurluq səviyyəsinin ölçü vahidi kimi “fon” qəbul edilmişdir. 1 fon elə səsin gurluq səviyyəsidir ki, həmin səslə eyni gurluğa malik olan səsin 1000Hs rəqs tezliyində səs tezliyi səviyyəsi 1dB-yə bərabərdir. Deməli, səsin gurluq səviyyəsi ilə təzyiq səviyyəsi 1000Hs-də eyni qiymətə malikdir.
Səs-küyün insan orqanizminə təsiri onun xarakterindən, səviyyəsindən, təsir etmə müddətindən və insanın fərdi xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fizioloji xüsusiyyət olub, insan orqanizmində müxtəlif xroniki xəstəliklərin əmələ gəlməsinin əsaslarından biri hesab edilir. Mərkəzi əsəb sistemi­nin, karlığın, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində və qanda şəkərin artmasında səs-küyün aktiv rolu vardır. Əsəb sisteminin vəziyyətindən asılı olaraq, insanların bir qismi səs-küyə dözdükləri halda, başqa bir qismində həmin səs-küy əsəbiliyə, əhval-ruhiyyənin pozulma­sına, yuxusuzluğa səbəb olur. Gecə vaxtı səs-küyün insanlara mənfi təsiri özünü daha qabarıq şəkildə göstərir. Bu, yuxunun pozulmasına və arterial qan təzyiqinin artmasına səbəb olur.
Səs-küy nisbətən zəif olduqda belə insanın əsəb sistemini gərginləşdirir, insana psixoloji təsir göstərir. Bu hal özünü daha çox əqli əməklə məşğul olan insanlarda büruzə verir. Zəif səs-küy müxtəlif insanlara müxtəlif cür təsir edir. Bu təsirin dərəcəsi insanın yaşı, səhhəti, əməyin növü, insanın fiziki və ruhi vəziyyəti və s. asılıdır.
Gecə vaxtı 30-40dBA səviyyəsi olan səs-küy insana mənfi təsir göstərməyən amildir. Qeyd etmək lazımdır ki, səs səviyyəsi 70dBA-dan yüksək olan səs-küy insana müəyyən fizioloji təsir göstərərək, onun orqanizmində müəyyən mənfi dəyişikliklərə səbəb olur. 85-90dBA səviyyəsindən yuxarı səs-küy, ilk növbədə, insan qulağının yüksək tezlikli səslərə həssaslığının azalmasına səbəb olur.
İnsan uzun müddət səs-küylü şəraitdə işlədikdə ona alışır, ancaq bu, səs-küyün insan orqanizminə mənfi təsirini azaltmır. Güclü səs-küyün təsirindən gözün itiliyi zəifləyir, nəfəsin ahəngi və ürəyin fəaliyyəti dəyişir, baş ağrıları yaranır, yorğunluq sürətlənir, reaksiya zəifləyir. Bundan əlavə, isteh­salat şəraitində səs-küyün fonunda nəqliyyat, yükqaldırıcı kran və başqa maşınların verdikləri siqnallar eşidilmir. Bütün bunlar istehsalat zədələnmələrinə və peşə xəstələnmələrinə səbəb olur.
Səs-küyün insan orqanizminə zərərli təsiri onun təsir etmə müddətindən də asılıdır. Uzun müddət ərzində səs-küy dalğalarının orqanizmə təsirindən insanın sağlamlığının nə dərəcədə itirilməsini qiymətləndirmək üçün xüsusi obyektiv göstəricilər yoxdur. Ancaq, son zamanlar bir sıra ölkələrdə radioaktiv şüa təsiri ilə səs-küy təsirini analoji qiymətləndirən xüsusi cihazlardan istifadə edilir.
İnsan səs dalğalarını ancaq qulaq vasitəsilə deyil, həm də bilavasitə kəllə sümüyü vasitəsilə qəbul edir (bu, sümük keçiriciliyi adlanır). Əgər sümük keçiriciliyi vasitəsilə səsin ötürülməsi alçaq səviyyələrdə azdırsa, yüksək səviyyələrdə keçiricilik artır və bunun insana mənfi təsiri daha ağır nəticələrə səbəb olur.
İstehsalat səs-küyü təsirindən insanın eşitmə qabiliyyəti­nin nə qədər itirilməsini təyin etmək üçün, xüsusi audiometrik tibbi müayinələr keçirilir. Bunun üçün audiometr adlanan xüsusi tibbi elektroakustik cihazdan istifadə edilir. Audiomet­rik tibbi müayinələr aparmaq üçün, insan sakit otaqda qulaqlıq vasitəsilə verilən müxtəlif intensivlikli təmiz tonları (əsasən 500, 1000, 2000, 4000Hs tezlikli) qəbul edir. Verilən tonun insan tərəfindən qavramağa başladığı ən kiçik intensivlik cihaz vasitəsilə qeyd edilir və normal eşitmə qabiliyyəti ilə müqayisə edilir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin