Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Lazer şüalanmalarından mühafizə



Yüklə 3,52 Mb.
səhifə68/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   64   65   66   67   68   69   70   71   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

7.11. Lazer şüalanmalarından mühafizə

İstehsalat şəraitində lazer şüalanmaların mənbəyi optik kvant generatorları olan lazer qurğularıdır. Onlardan elmi tədqiqat işlərində, texnika və texnologiyada (rabitədə, lokasiyada, ölçmə texnikasında, qoloqrafiyada, izotopların ayrılmasında, termonüvə sintezində, qaynaqda, kəsmədə və s.) istifadə edilir.


Lazer elektromaqnit şüalanmaları diapazonu dalğa uzunluqlarına görə dörd spektr sahəsinə ayrıla bilər: ultrabənövşəyi sahə ( ); görünən işıq sahəsi yaxın infraqırmızı sahə və uzaq infraqırmızı sahə
Lazer şüalanmalarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlarda enerjinin konsentrasiyası olduqca yüksək səviyyədə olur.
Lazer şüalanmaları dörd növə bölünür: düz şüalanma (çox məhdud olan cisim bucağında yerləşən); yayılmış şüalanma(lazer şüası keçən mühitin tərkibində olan maddədən yayılmış); güzgülü əks olunmuş şüalanma (səthdən şüanın düşmə bucağına bərabər olan bucaq altında əks olunmuş); diffuziyalı əks olunmuş şüalanma (səthdən müxtəlif istiqamət­lərdə əks olunmuş). Lazer şüalanmaların mənbəyi dedikdə, bilavasitə lazer şüaları və ya lazer şüalarını əks etdirən səth nəzərdə tutula bilər.
Lazer şüalanmaları arasıkəsilməz, impulsu, impulslu-modullaşdırılmış kollimirləşmiş olur.
Arasıkəsilməz lazer şüalanmalarında, verilmiş 0,1sani­yə­dən artıq vaxt intervalında şüalanma gücünün spektral sıxlığı generasiya tezliyində sıfıra bərabər olmur.
İmpulsu lazer şüalanmaları, impulslararası müddət 1 san-dən artıq olan və hər bir impulsun davam etmə müddəti 0,1 san-dən artıq olmayan ayrı-ayrı impulslar şəklində olur.
İmpulslu – modullaşdırılmış lazer şüalanmaları impuls­lar­­arası müddət 1 san-dən artıq olmayan və hər bir impulsun davam etmə müddəti 0,1 san-dən artıq olmayan impulslar şəklində olur.
Kollimirləşmiş lazer şüalanması bilavasitə lazerdən çıxan və ya güzgülü səthlərdən əks olunan dəstələr şəklində olur.
Lazer şüalanmasının energetik parametri kimi şüalanma­nın gücü (güc sıxlığı), enerjisi (enerji sıxlığı), energetik parlaqlığı qəbul edilmişdir.
Lazer qurğuları işlədikdə, yarana biləcək təhlükəli və zərərli istehsal amilləri əsas və qeyri-əsas amillərə bölünür. Əsas amillərə monoxromatik koherent şüalanma və parazit şüalanmalar (əks olunmuş və yayılmış)aiddir. Qeyri-əsas amillərə lazer qurğuları işləyən istehsal sahələrində yaranan səs-küy, zərərli qaz və tozların havada yayılması və s. aiddir.
Lazer şüalanmalarının insan orqanizminə təsirinin bioloji effekti lazer qurğusunun energetik parametrlərindən, təsiretmə müddətindən, şüalanmaya məruz qalan toxuma və üzvlərin bioloji və fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır.
Lazer şüalamaları insan orqanizminə istilik, elektrik, fotokimyəvi və mexaniki xarakterli təsir göstərir.
Düz lazer şüalanması insanın görmə üzvləri üçün praktiki olaraq bütün hallarda təhlükəli amil sayılır.
Lazer qurğularının quruluşu və istismarı üzrə sanitar norma və qaydalarında və müvafiq standartlarda, ondan mühafizə üçün texniki, sanitar-gigiyenik və təşkilatı tədbirlər müəyyən edilmişdir. Bu normativ sənədlərdə lazer şüalanmala­rın­dan gözün buynuz təbəqəsinin və dəri örtüyünün şüalanma­ya məruz qalmasının yol verilən səviyyələri də verilmişdir.
Lazer qurğularından istifadə edilən istehsalat sahələrində lazer şüalanmalarına dozimetrik nəzarət həyata keçirilir. Dozimetrik nəzarətin mahiyyəti, fəzanın müəyyən verilmiş nöqtəsində lazer şüalanmalarının elektrik parametrlərinin cihazlarla ölçülməsi və alınan qiymətləri uyğun energetik parametrlərin yol verilən səviyyələri ilə müqayisə edib insan orqanizmi üçün təhlükənin müəyyənləşdirilməsindən ibarətdir.
Dozimetrik nəzarət müxtəlif tipli şüalanmaları dozimetrlərdən istifadə etməklə standart üsullarla yerinə yetirilir.
Lazer şüalanmalarından mühafizənin ən səmərəli üsulu ekranlardan istifadə etməkdir. Lazer şüası emal ediləcək obyektə tərəf dalğa ötürücü (işıq ötürücü) vasitəsilə və ya ekranla əhatə edilmiş fəza ilə yönəldilir. Əks olunmuş şüalanmaların səviyyəsini azaltmaq üçün, şüanın qarşısında qoyulmuş linza, prizma və digər güzgülü səthləri olan bərk cisimlər örtüklərlə təchiz edilir. Şüalanmaya məruz qalan obyektdən əks olunan şüalardan mühafizə üçün ekranlarından (oyuğunun diametri şüanın diametrindən bir az böyük olan diafraqmadan) istifadə edilir.
Lazer qurğuları yerləşdirilmiş açıq meydançalarda təhlü­kə­li zonalar işarələnir və şüalanmaların ətrafa yayılması­nın qarşısını almaq məqsədilə ekranlardan istifadə olunur.
Lazer şüalanmaların kənara çıxmasına mane olan qeyri-şəffaf ekranlar metal vərəqlərdən (polad, düralüminium və s.), qetinaksdan, tekstolitdən və plastmasdan hazırlanır.
Şəffaf ekranlar xüsusi işıq süzgəcli şüşələrdən və ya uyğun spektral xarakteristikası olan üzvi şüşələrdən hazırlanır.
Lazer qurğusunun işçi vəziyyətə gətirilməsi, ekranlayıcı quruluşların hazır vəziyyətə gətirilməsi ilə bloklanır.
Hər bir lazerin əsas şüası üçün istehsal sahələrində müəyyən bir istiqamət və zona ayrılır ki, bu sahədə lazerlə işləyən vaxt insanın olması qadağandır. Lazer işlədilən otaqların daxili səthləri və bu otaqlarda yerləşən avadanlığın səthləri şüaları güzgülü əks etdirən olmamalıdır. Bu səthlərin işığı əksetdirmə əmsalı 0,4-dən artıq olmamalıdır. Otaqlarda yüksək səviyyəli işıqlıq təmin edilməlidir. Təbii işıqlanma əmsalı 1,5%-dən və ümumi süni işıqlanma dərəcəsi 150 lk-dan az olmamalıdır. Çox yüksək şüalandırma enerjisinə malik olan impulsu lazerlərin istismarı zamanı, lazer qurğusu­nun işə salınması uzaqdan idarə edilməlidir.
Görmə üzvlərinin fərdi mühafizə vasitəsi kimi, xüsusi şüşələrdən hazırlanmış eynəklərdən istifadə edilir.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin