Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Təzyiq altında işləyən qablara verilən ümumi təhlükəsizlik tələbləri



Yüklə 3,52 Mb.
səhifə70/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   66   67   68   69   70   71   72   73   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

8.2. Təzyiq altında işləyən qablara verilən ümumi təhlükəsizlik tələbləri

Təzyiq altında işləyən qabların konstruksiyalarına, hazır­lan­masına, materialına, montajına, təmirinə, tətbiq edilən nəza­rət ölçü cihazlarına, qoruyucu qurğularına, yoxlanması və tex­ni­ki qulluğuna, qeydiyyatına və quraşdırılmasına nəzarət üzrə xüsusi təhlükəsizlik tələbləri irəli sürülür.


Təzyiq altında işləyən qabların işini idarə etmək və onların təhlükəsizlik istismarını təmin etmək üçün, onlar təzyiq və temperatur ölçən cihazlarla, qoruyucu tərtibatlarla, bağlayıcı armaturlarla, səviyyə göstəriciləri ilə təmin olunmalıdırlar.
Qoruyucu qurğulara membranlar və qoruyucu klapanlar aid edilir. Qoruyucu klapanlar qablara birləşdirilmiş boru xətti üzərində yerləşdirilir. Bunlar, qab daxilindəki təzyiqin buraxı­la­bilən təzyiqdən artıq olmasının qarşısını alır. Mem­bran­lar təzyiqin kəskin artması zamanı tutumdan böyük miqdarda maye və qaz kənar etmək lazım gələn yerlərdə quraşdırılır.
Qoruyucu klapan elə bir mexanizmdir ki, qab daxilində təzyiq artdıqda avtomat olaraq açılır, təzyiq işçi təzyiq səviy­yəsinə endikdə isə bağlanır. Klapan normal iş şəraitini təmin etməlidir. Yəni o, qoyulmuş təzyiqdə maneəsiz açılmalı, lazım olan miqdarda maye və qazı xaric etməyə imkan yaratmalı, açıq olduğu zaman qab daxilində təzyiq artmasını məhdud­laşdırılmalı və bağlandıqda qabın tam hermetikliyini təmin etməlidir. Bütün bu tələbatların klapan tərəfindən ödənilməsi üçün mürəkkəb mühəndisi məsələlərin həlli tələb olunur.
Qoruyucu klapanın əsas hissəsi yəhərə sıxılan hissəsidir. Klapanı bağlayan qüvvənin növündən asılı olaraq, onu bir neçə növə bölürlər. Şəkil 8.1-də və 8.2-də yüklü və yaylı qoruyu­cu klapanlar göstərilmişdir.
Klapanlar aparata aşağı giriş hissələri ilə birləşdirilir. Yan hissədəki çıxış artıq təzyiqi xaric etmək vəzifəsini yerinə yetirir. Yaylı klapanlardan fərqli olaraq, yüklü klapanlarda ştokun qapaqdan çıxış hissəsində kipkəc yerləşdirilir və bu səbəbdən də o, lazımi hermetiklik yarada bilmir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin