Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə141/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   137   138   139   140   141   142   143   144   ...   154
İntensivlik səs dalğalarının insanın qulaq pərdəsinə göstərdiyi səs təzyiqini xarakterizə edir və desibellərlə (dB) ölçülür.

burada J – verilmiş nöqtədə səsin intensivliyi, Vt/m2; Jo – eşidilmə həddinə uyğun səsin etalon intensivliyidir, 10 Hs tezlikdə 10-12 Vt/m2. Müəyyən olunub ki, insanın eşitmə orqanı səsin səviyyəsinin 1 desibel (1 dB) artımını hiss etməyə qadirdir.

Adətən, səsin intensivliyi standart səs-küy ölçənin A şkalası üzrə aparılır. 1 dBA intensivlikli səs A şkalası üzrə Bellin onda birini göstərir. Belə səs çox iti eşitmə qabiliyyəti olan insan tərəfindən güclə eşidilir. İnsan tənəffüsü 10 dBA səs yaradır. Əksər adamlar səsi bu həddən başlayaraq hiss edir və bu eşidilmə həddi sayılır. Pıçıltı 20 dBA intensivliklə qiymətləndirilir. Yaxın məsafədə insan danışığı 65 dBA səs yaradır. İnzibati otaqlarda və idarələrdə səs-küy 40 – 60 dBA-ya çatır.

80 dBA-dan yüksək səs-küy insan orqanizmi üçün ziyanlıdır. Böyük şəhərlərdə müasir həyat şəraiti bu həddə yaxınlaşan səs-küy yaradır.

İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirklənmə şəraitində yaşayır, çirklənmə parametri yolverilən həddi keçir. Mütəxəssislərin fikrinə görə, Avropada 130 mln-dan artıq adam, səviyyəsi 65 dBA-dan çox olan yüksək intensivlikli səsin təsirinə məruz qalır, 400 mln-dan artıq adama isə səviyyəsi 55 dBA-nı keçən səs (yəni normativdən artıq) təsir göstərir. Dünyanın ən səs-küylü şəhərləri sayılan Rio-de-Janeyroda və San-Pauluda səs-küyün səviyyəsinin 80 dBA-dan çox olduğu qeyd edilir. Səsin ağrılı həddi 120…130 dBA aralığında yerləşir.

Nəqliyyat müəssisələrinin birbaşa daşıma prosesi və hərəkət tərkibinin təmiri ilə məşğul olan heyəti səs intensivliyi yüksək olan şəraitdə işləyir. Nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küyün intensivliyi cədvəl 1-də verilmişdir.



Cədvəl 1

Nəqliyyat növləri

Səs-küyün intensivliyi, dBA

Minik avtomobili

70…80

Avtobus

80…85

Yük avtomobili

80…90

Motosiklet, moped

85…110

Metropoliten qatarı

90…95

Dəmiryol qatarı (koleyadan 7 m məsafədə)

95…100

Reaktiv təyyarə, qalxma zamanı

130…160

Nəqliyyat müəssisələrində bir çox istehsalat sahələri səs-küyün yüksək olduğu sahələr kimi xarakterizə olunur. Dəmirçi sexində çəkic və mexaniki press 130 dBA, mexaniki sexdə metalkəsən dəzgahlar 85…100 dBA, pərçimləmə işləri 115 dBA, yonucu-cilalayıcı və burcu dəzgahları isə 88…118 dBA səs-küy yarıdır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin