nəqliyyat-texnoloji vibrasiyalar – stasionar vəziyyətdə texnoloji əməliyyatlar yerinə yetirən maşınların işi və istehsalat binasının xüsusi hazırlanmış hissəsində və sənaye sahələrində hərəkət etdirilməsi zamanı yaranır;
texnoloji vibrasiyalar – stasionar maşınların işi zamanı yaranır və vibrasiya mənbəyi olmayan işçi yerə ötürülür.
İnsana ötürülmə üsuluna görə vibrasiyalar iki növə bölünür:
Vibrasiyanı xarakterizə edən əsas parametrlər rəqs tezliyi, rəqs sürəti və yerdəyişmənin amplitududur. Rəqs sürəti rəqs tezliyindən və yerdəyişmənin amplitudundan xətti asılıdır:
V = 2p f A = w A,
burada V – rəqs sürəti, sm/san; f – rəqs tezliyi, Hs; A – rəqsi hərəkətdə yerdəyişmənin amplitudu; w – bucaq tezliyidir, w = 2p f.
Səs-küyə analoji olaraq vibrasiyanın əsas xarakteristikası loqarifmik vahidlərlə – desibellərlə ölçülən onun səviyyəsidir. Vibrosürətin loqarifmik səviyyəsi
burada V – orta kvadratik sürət, m/san; V0 = 5×10-8 dayaq vibrosürətdir, m/san.
Səs vibrasiyalarını ölçmək üçün vibroqraf adlana xüsusi cihazlardan istifadə edilir. Avtomobildə və dəmiryolunda vibrasiya və səs-küy mənbəyi eynidir. Hərəkət sürətinin artması, yolun vəziyyətinin pisləşməsi və yükün artması vibrasiyanın səviyyəsini artırır.
Dostları ilə paylaş: |