Həyat fəalliyətinin təhlükəsizliyi” fənnindən test sualları Qruplar 4125a1, 4125a


İstehsalat binalarında alınan səsin səviyyəsi normadan artıq olduqda səsin azaldılması üçün bu mübarizə tədbirinin hansından istifadə olunmur



Yüklə 0,56 Mb.
səhifə3/6
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#54024
1   2   3   4   5   6

175.İstehsalat binalarında alınan səsin səviyyəsi normadan artıq olduqda səsin azaldılması üçün bu mübarizə tədbirinin hansından istifadə olunmur.

  1. Səsin diskə yazılması

  2. Səsin mənbədə azaldılması

  3. Səsin izolə edilməsi

  4. Səsin söndürülməsi

  5. Səsin ekranlaşdırılması

176.

Səsi fiziki və fizioloji cəhətdən xarakterizə etməyən amili qeyd et.

  1. Səs mənbəyi

  2. İntensivliyi

  3. Tezliyi

  4. Gurluğu

  5. Yüksəkliyi

177.

Oktava zolağının yuxarı sərhəddi aşağı sərhəddindən neçə dəfə çox olur.

  1. -2

  2. -1

  3. -3

  4. -4

  5. -6

178.Su qızdırıcı qurğularda partlayış təhlükəsini aradan qaldırmaq üçün qoruyucu vasitə olmayan hansıdır.

  1. Su kranı

  2. Klapanlar

  3. Su səviyyəsi göstəricisi

  4. Manometr

  5. Termometr

179.

Təzyiqin qiyməti neçə faiz artıq olduqda klapan açılaraq artıq təzyiqi xaric edir, sonra isə bağlanır.

  1. 2 – 8

  2. 2 – 4

  3. 3 – 8

  4. 3 – 10

  5. 5 – 12

180.Yüksək təhlükəli binalarda hansı amil artıqdır.

  1. Daxilində az miqdarda metal əşyalar olur

  2. Daxilində 85%-ə yaxın nəmlik

  3. 300C-dən yuxarı temperatur

  4. Döşəməsi cərəyan keçirir

  5. Havada cərəyan keşirən toz olur

181.Xüsusi təhlükəli binalarda hansı amil artıqdır.

  1. Havasında cərəyan keçirməyən tozlar olur

  2. 100%-ə yaxın nəmlik olur

  3. İzolyasiyanı dağıdan qələvi xassəli buxarlan olur

  4. Döşəməsi elektrik keçirir

  5. Daxilində elektrik stansiyaları olur

182.Üstdən işıqlanmada tşbii işıqlanma əmsalının ( t.i.ə.) hansı qiymətindən istifadə olunur

  1. t.i.ə. ( eor )

  2. t.i.ə.( e )

  3. t.i.ə.-nin (emin )

  4. t.i.ə. ( emak )

  5. t.i.ə. ( emin/2)

183.Süni işıqlanmanın hesabat üsulu olmayan növünü göstər.

  1. Ümumi işıq üsulu

  2. Nöqtəvi üsul

  3. Xüsusi güc üsulu

  4. İşıq selindən istifadə üsulu

  5. Qrafik üsul

184.Addım gərginliyində və ya yerə toxunan gərginlikli məftildən təhlükəsiz məsafəni qeyd et;

metr ilə.

  1. 20

  2. 6

  3. 16

  4. 10

  5. 14

185.Su buxara çevriləndə öz həcmini neçə defə artırır.

  1. 1700

  2. 20

  3. 100

  4. 200

  5. 1500

186.Hansı səbəbdən buxar qazanlarında partlayış baş verməz.

  1. Qurğuda suyun çox olmasından

  2. Qazan divarının soyudulmasından

  3. Qurğuda suyun səviyyəsinin aşağı düşməsindən

  4. Manometrin nasazlığından

  5. Mühafizə klapanının nasazlığından

187.Hansı səbəbdən buxar qazanlarında qəza baş verməz.

  1. Suyun çox qızmasından

  2. Qazan divarında ərpin əmələ gəlməsindən.

  3. Qazanda korroziyanın əmələ gəlməsindən

  4. Qazan qurğularının istismarında qaydaların pozulmasından

  5. Suyun kimyəvi tərkibinin metala təsiri

188.Yanğınlar hansı səbəbdən baş verməz.

  1. Keyfiyyətsiz məhsulun artmasından

  2. Adi yanğın təhlükəsizliyi qaydalarının pozulması

  3. Texnoloji prosesin pozulması

  4. Elektrik avadanlığının həddən artıq yüklənməsindən

  5. Özbaşına alışma, statik elektrikləşmə

189.Bunlardan hansı yanğından mühafizə tədbiri deyil.

  1. Yanğınsöndürən maşın və avadanlıqları yanğın yerindən kənarlaşdırılması

  2. Yanğıntörədən səbəblərin aradan qaldırılması

  3. İnsanların və qiymətli əşyaların yanğın sahəsindən uzaqlaşdırılması

  4. Yanğının yayılması qarşısının alınması

  5. Yanğının səmərəli söndürülməsi

190.Bunlardan hansı suyun odsöndürmə xüsusiyyətinə aid deyil.

  1. Yanan maddələrin çəkisini artırır

  2. Yanan maddələri soyudur

  3. Yanma səthini soyudur

  4. Yanan maddə ilə qarışıb onun yanma effektini zəiflədir

  5. Yanacaq maddəsini yanma zonasından izolə edir

191.Yanğın zamanı suyun yanma səthinə verilmədiyi halı qeyd et.

  1. Suyun soyudularaq qar şəklində yanma zonasına vurulması

  2. Səpələnmiş axınla

  3. Stasionar və ya səyyar halda

  4. Səthi gərilməni azltmaq məqsədilə tərkibində 6,2 – 2,0 % isladıcı maye olan məhlul şəklində

  5. Lafet lüləklərindən 28 – 50 mm istifadə etməklə güclü su axını ilə

192.Elektrik cərəyanı bədənindən keçdikdə ona termiki təsir göstərir . Bədəndə hansı əlamətlər olmur.

  1. Əllərin soyuyaraq qıc olması

  2. Yanıq

  3. İsinmə

  4. Qan damarlarının zədələnməsi

  5. Urəkdə qızmanın artması

193. Bədəndən elektrik cərəyanı keçərkən elektrolitik təsir zamanı hansı hal olur.

  1. Qanın parçalanması

  2. Qanın dayanması

  3. Qanın tam laxtalanması

  4. Qan damarlarının parçalanması

  5. Qanda oksigen artması

194. Elektrik travması vaxtı bunlardan hansı baş verməz.

  1. Saçın tökülməsi

  2. Elektrik nişanələri

  3. Elektrik qövsünün təsiri ilə gözün zədələnməsi (elektrooftalmiya)

  4. Yanıqlar

  5. Dərinin metallaşması

195. Elektrik cərəyanı ilə zədələndikdə mexaniki zədə olmayanı göstər.

  1. II dərəcəli yanığın əmələ gəlməsi

  2. Sümüyün sınması

  3. Oynaqlarda çıxma

  4. Qan damarlarında qırılma

  5. Əsəb toxumasının qırılması

196. Kliniki ölüm halında olan adamda aşağıdakılardan hansı baş vermir.

  1. Göz bəbəkləri kiçilir

  2. Nəfəs almır

  3. Ürəyi işləmir

  4. İşığa reaksiya vermir

  5. Ağrılı qıcıqlanmaya heş bir reaksiya vermir.

197. Kliniki ölümün davametmə müddəti ürək fəaliyyətinin və nəfəsalmanın dayanması anından baş beyin qabığı hüceyrələrinin ölümünün başlanmasına kimi olan dövr ilə təyin edilir. Əksər hallarda baş verən kliniki ölümün vaxtını qeyd et ( dəqiqə ilə ).

  1. 4 – 5

  2. 2 – 3

  3. 6 – 10

  4. 11 – 14

  5. 15 – 20

198.İldırım kanalında cərəyan şiddəti hansı qiymətə çatır.

200000 A

20 A

200 A


2000 A

1 0000 A


199. İldırım kanalında gərgənlik hansı qiymətə çatır.

150000000 V

150 V

1500 V


150000 V

15000000 V



200. İldırımötürücü neçə hissədən ibarətdir.

A) 1


B) 2

C)) 3


D) 4

E) 5


201.İstehsalatın fiziki təhlükə və zərərliklərinə hansı amillər aiddir.

  1. Hərəkət edən maşın və mexanizmlər;

  2. Məhsulun çoxalması;

  3. Məhsulun azalması;

  4. Məhsulun keyfiyyəti;

  5. Hərəkət etdirilən məhsulun rəngi;

202.İstehsalatın fiziki təhlükə və zərərliklərinə hansı amil aid deyil.

  1. İş zonasında havanın buraxılabilən qatılıqda olması;

  2. Avadanlığın hərəkət edən hissəsi;

  3. İş zonasında havanın yüksək tozluluğu və qazlılığı;

  4. Avadanlığın qızmış səthi;

  5. Səs-küyün normadan artıq olması;

203.İstehsalatın fiziki təhlükə və zərərliklərinə hansı aid deyil.

  1. İstehsalat sahəsinə xammalın az verilməsi;

  2. Elektrikdən yaranan təhlükələr;

  3. Normadan az işıqlanma;

  4. Titrəyişin normadan artıq olması;

  5. Şüalanmanın iş yerində çox olması;

204.İstehsalatın fiziki təhlükə və zərərliklərinə aid olanı təyin edin.

  1. İş otağında karbon qazının normadan artıq olması

  2. Həyat səviyyəsinin yüksək olması;

  3. Ağır iş yerlərində temperaturun 16°-18°C arasinda olması;

  4. İş yerində Karbon qazı balonlarının çox olması;

  5. Günəş səthində temperaturun yüksək olması;

205.Xarici havanın orta günlük temperaturuna görə ilin soyuq və keçid dövrünü göstər.

  1. 10°C – dən az ;

  2. 10°C – 12°C ;

  3. 9°C – 9°C ;

  4. 11°C – 13°C ;

  5. 10°C – 10°C-dən çox ;

206.İstehsalatlarda nisbi nəmliyin qiymətini göstərin.(% ilə)

  1. (40 – 60) % ;

  2. (20 – 25) % ;

  3. (24 – 26) % ;

  4. (30 – 40) % ;

  5. (60 – 80) % ;

207.İstehsalatda prosesi davam etdirmək üçün qəza işıqlandırmasının miqdarı işçi işıqlandırmanın neçə faizindən az olmamalıdır?

  1. 10;

  2. 6;

  3. 8;

  4. 5;

  5. 20;

208.Qəza işıqlandırılması nəyi xilas etmək üçündür?

Adamları;

Qiymətli alətləri, avadanliqları;

Hazır məhsulu;

Mühasibat sənədlərini;

Dəftərxana sənədlərini;



209.Xarici aləm haqqında şüurumuza gələn məlumatın 90%-ni hansı orqan vasitəsilə əldə edirik?

  1. Burun

  2. Qulaq;

  3. Dil;

  4. Göz ;

  5. Beyin;

210.İşıq iş yerinin hansı yerində normal olmalıdır?

  1. İş görülən yerdə

  2. Lampadan 2 m aşağıda ;

  3. Tavanda;

  4. Döşəmədə ;

  5. Divarda ;

211.Mühafizə yerlə birləşməsində bir borunun müqaviməti necə hesablanır?

  1. ;

  2. ;

  3. ;

  4. ;



212.Yerlə birləşdiricinin əsas funksiyasını təyin edin?

  1. Avadanlıqda işləyən adamı xilas etmək

  2. Yanğının qarşısını almaq;

  3. Mühərrikin sıradan çıxmasının qarşısını almaq;

  4. Transformatorun partlamasının qarşısını almaq;

  5. Təhlükəsizlik texnikası mühəndisini xilas etmək;


213.İstehsalatda havanın sürəti nəyin əsasında normalaşdırılır?

  1. İşin kateqoriyasına görə;

  2. Otaq havasının çox olmasına görə;

  3. Otaq həcminin ölçüsünə görə;

  4. Otaqda tozun çoxluguna görə;

  5. İşçilərin siqaret çəkməsinə görə;


214.İstehsalat otaqlarında temperaturun tənzimlənməsini göstər?

  1. İşçinin sərf etdiyi enerjiyə görə;

  2. İşçinin sərf etdiyi pula görə;

  3. İşçinin axıtdığı tərə görə;

  4. Zərərli amillərin çox olmasına görə;

  5. Məhsulun keyfiyyətli olmasına görə;

215.İşıqlanma norması nəyin hesabına normalaşır?

  1. Emal edilən hissənin ölçüsünə görə;

  2. Otağın böyüklüyünə görə;

  3. Otağın hündürlüyünə görə;

  4. İşçilərin sayına görə;

  5. Görülən işin quru və ya yaş olmasına görə;


216.İonlaşdırıcı şüaların mənşəyinə görə sayını təyin edin?

  1. 2;

  2. 1;

  3. 3;

  4. 4;

  5. 5;

217.Elektromaqnit şüalanmalarının sayını təyin edin?

  1. 2;

  2. 1;

  3. 3;

  4. 4;

  5. 5;

218.Korpuskulyar şüalanmaların sayını təyin edin?

  1. 3;

  2. 2;

  3. 1;

  4. 4;

  5. 5;

219.İonlaşdırıcı şüaların insan orqanizminə təsir etdikdə ilk növbədə toxumalarda olan ionlaşmanı göstər?

  1. Su

  2. Qan;

  3. Əzələ;

  4. Həzm orqanı;

  5. Sinir;

220.Radioaktiv elementin süni izotoplarını sayını təyin edin?

  1. 1000;

  2. 100;

  3. 200;

  4. 500;

  5. 800;


221.Radioaktiv mənbələrdə işləyən şəxslərdə şüalanma dozası il ərzində aşağıdakından artıq olmamalıdır. D≤5(N-18)zb.N- nəyi ifadə edir?

  1. İşçinin yaşını;

  2. İşçilərin sayını;

  3. İşçinin çəkisini;

  4. İşçinin boyunu;

  5. İşçinin iş stajını;

222.Şüalanmaların təsirindən insan bədənində olan suyun parçalanmasını təyin edin?

  1. H və OH

  2. O və H2 ;

  3. O və H ;

  4. O və H2O ;

  5. O və OH ;

223.Natamam yanmadan alınan dəm qazının hansı qiymətindən sonra şüurun itməsi və ölümə səbəb olur?

  1. 0,4

  2. 0,08 ;

  3. 0,1 ;

  4. 0,2 ;

  5. 1,0 ;

224.Yanmanın baş verməsi üçün oksigeni neçə faizdən (%) artıq olmalıdır?

  1. 8% ;

  2. 10% ;

  3. ) 21% ;

  4. 18% ;

  5. 14% ;

225.Bu amillərdən hansını kənar etsək yanma prosesi alına bilər?

  1. Elektrik enerjisini

  2. Yanma enerjisini ;

  3. 14% - dən artıq oksigen ;

  4. Alışmanın baş verməsi üçün vaxt amili ;

  5. Yanar maddə ;

226.Katatermometr hava axınının sürəti neçeyə qədər olduqda ölçə bilir?(m/san – ilə)

  1. 0,3 ;

  2. 0,2 ;

  3. 0,1 ;

  4. 0,4 ;

  5. 1,0 ;

227.Qanadlı anemometr hava axını neçeyə qədər olduqda ölçə bilir? (m/san – ilə)

  1. 10 ;

  2. 0,8 ;

  3. 5,0 ;

  4. 0,5 ;

  5. 15 ;

228.Fincalı anemometr hava axını neçeyə qədər olduqda işlədilə bilər?

  1. 20,0 ;

  2. 5,0 ;

  3. 10,0 ;

  4. 1,0 ;

  5. 30,0 ;

229.Nisbi nəmliyin normasını təyin edin? (%-ilə)

  1. 40% – 60% ;

  2. 25% - 30% ;

  3. 31% - 40% ;

  4. 40% - 50% ;

  5. 20% - 25% ;

230.Nisbi nəmlik 85%-dən artıq , temperatur 30°C - 32°C – dən çox olduqda insan bədənindən tərin buxarlanması?

  1. Dayanır ;

  2. Azalır ;

  3. Çoxalır ;

  4. Çoxalma sürətlənir ;

  5. Cüzi miqdarda olur ;

231.İlin isti dövründə ağır işlər üçün havanın sürətini təyin edin? (m/san – ilə)

  1. 0,5 ;

  2. 0,3 ;

  3. 0,4 ;

  4. 0,2 ;

  5. 0,7 ;

232.Sakit havada ölçüsü neçə mikrona qədər tozlar havadan asılı vəziyyətdə qalır?

  1. 0,1 ;

  2. 0,08 ;

  3. 0,05 ;

  4. 0,2 ;

  5. 0,3 ;

233.Zərərli maddələrin işçi zonanın havasındakı buraxılabilən qatılığının vahidini təyin edin?

  1. mq/m3

  2. kq/m2 ;

  3. kq/m3 ;

  4. q/m3 ;

  5. q/sm3 ;

234.Buxar qazanlarinda partlayış hansı səbəbdən baş verməz?

  1. Qazana aşağı temperaturun verilməsindən ;

  2. Qazanın hazırlanmasında olan çatışmamazlıqdan ;

  3. Suyun səviyyəsinin normadan aşağı düşməsi nəticəsində qazan divarının soyudulmaması və qızmış metal üzərində suyun buxarlanması ;

  4. Qazanın divarında ərp əmələ gələrək metalın qeyri-bərabər qızmasına səbəb olması

  5. Divarların korroziyaya uğrayaraq nəzilməsi ;

235.Qazanda təzyiq normadan neçə faiz artıq olduqda qoruyucu klapan işə düşərək artıq təzyiqi kənar edir?

3% - 8% ;

2% - 5% ;

4% - 11% ;

5% - 13% ;

6% - 15% ;



236.Klapanın məhsuldarlığı hansı düsturla hesablanır? (kq/saat – la)

  1. G=1,59×× F × B ;

  2. ;

  3. ;

  4. ;

  5. ;

237.Klapanın məhsuldarlığı hesablanarkən F-nəyi ifadə edir?

  1. Klapanın en kəsik sahəsini

  2. Klapanın qalxma hündürlüyünü ;

  3. Klapan qolunun uzunluğunu ;

  4. Klapan qolunun çəkisini ;

  5. Klapanın ağırlıq mərkəzini ;

238.Elektrik cərəyanı ilə zədələnən şəxsə ilk yardıma aid olmayanı təyin edin?

  1. Ağzına yarım stəkan su tökməli ;

  2. Zərərçəkmişi cərəyanın təsirindən azad etməli ;

  3. Zərərçəkmişi arxası üstə düz yerə uzadaraq yaxasını və kəmərini açmalı ;

  4. Çənəsini bərk cisimlə aralayaraq dilini nəfəs yolundan çıxarmalı ;

  5. Ağzına və ya burnuna dəsmal salıb üfürərək süni nəfəs verməli ;

239.Karbon qazının ölümə səbəb olan faizini (%) təyin edin?

8% - 10% ;

5% - 7% ;

2% - 4% ;

11% - 15% ;

12% - 14% ;



240.Çəki üsulu ilə havanın tozluluğunu müəyyən edərkən tərəzidə nəyi çəkirlər?

  1. Süzgəci ;

  2. Tozu ;

  3. Patronla süzgəci ;

  4. Dozatoru ;

  5. Tərəzinin daşlarını ;

241.Nisbi nəmliyi ölçən cihazın adını təyin edin?

  1. Psixrometr

  2. Qazanalizor ;

  3. Anemometr ;

  4. Aspirator ;

  5. Lüksmetr ;

242.Sıxılmış qazla doldurulan korroziyaya uğramayan balonların sınaq müddətini təyin edin (illə)?

  1. 5 ;

  2. 3 ;

  3. 4 ;

  4. 2 ;

  5. 6 ;

243.Sıxılmış qazla doldurulan korroziyaya uğrayan balonların sınaq müddətini təyin edin (illə)?

  1. 2,0 ;

  2. 1,2 ;

  3. 1,5 ;

  4. 1 ;

  5. 3,0 ;

244.Qaz balonlarının sınağı zamanı işçi təzyiqindən neçə dəfə artıq keçirilir?

  1. 1, 5

  2. 1,2 ;

  3. 1,4 ;

  4. 1,1 ;

  5. 1,7 ;

245. İstehsalat sanitariyası nəyi öyrənmir?

A müəssisə ərazisinin sanitariya cəhətdən abadlaşdırılması

B istehsalat binaları və qurğularının gigiyenik məsələlərini

C sanitariya – məişət quruluşlarını

D işıqlanması

E lampaların düzülüş formasını ( şaxmat və düzbucaq)



246. İnsanın erqonomik xassəsinə hansılar təsir göstərir?

  1. istirahəti

  2. təfəkkürü

  3. diqqət

  4. oxuma və yazma qabiliyyəti

  5. görmə qabiliyyəti

247. Erqonomika bunlardan hansının funksiyasını öyrənmir?

  1. su

  2. alət

  3. maşın

  4. əməliyyat

  5. proses

248. Sanitariya normasına əsasən V sinif müəssisələr üçün qoruyucu sanitariya zonasının normasının ölçüsünü qeyd et

  1. 50 m

  2. 25 m

  3. 75 m

  4. 100 m

  5. 150 m

249. Cari təlimatı hansı şəxs aparır?

  1. Cari təlimatı icazə naryadı verən şəxs

  2. Baş mühəndis

  3. Təhlükəsizlik üzrə mütəxəssis

  4. Baş energetik

  5. Baş usta

250. Süni işıqlanmanın hansı növü yoxdur?

  1. Divardan əks olan işıq

  2. Ümumi

  3. Qəza

  4. Kombinə edilmiş

  5. Yerli

251. Bunlardan hansı zədələnməyə aid deyil?

  1. Kəskin başağrısı

  2. Termiki yanma

  3. Donma

  4. İstivurma

  5. Kəskin zəhərlənmə

252. İstehsalatla əlaqədar olan bədbəxt hadisə aktı neçə il müəssisədə saxlanılır?

  1. 45 il

  2. 25 il

  3. 35 il

  4. 5 il

  5. 10 il

253. Bədbəxt hadisələrdə tezlik əmsalını düsturu ilə hesablanır. Burada “B” nəyi göstərir?

12ay müddətində işləyənlərin orta siyahı sayı

1 ay müddətində işləyənlərin orta siyahı sayı

3ay müddətində işləyənlərin orta siyahı sayı

6ay müddətində işləyənlərin orta siyahı sayı

15ay müddətində işləyənlərin orta siyahı sayı



254. Bədbəxt hadisələrdə ağırlıq əmsalı düsturu ilə hesablanır. Burada “D” nəyi göstərir?

  1. hesabat dövründə itirilmiş iş günlərinin sayı

  2. 1 həftə ərzində itirilmiş iş günlərinin sayı

  3. 1 ayda itirilmiş iş günlərinin sayı

  4. 12 aydaitirilmiş iş günlərinin sayı

  5. 6 ayda itirilmiş iş günlərinin sayı

255. Əməyin gigiyenası bunlardan hansını öyrənmir?

  1. əməyin təşkilini

  2. istirahəti

  3. əməyin ağırlıq dərəcəsi

  4. əməyin formasını

  5. əməyin üsulunu

256. İstehsalatla əlaqədar olan bədbəxt hadisəni qeyd et.

  1. Yanğını söndürərkən aldığı zədə

  2. Sərxoşluq

  3. Oğurluq

  4. Şəxsi əşyaların hazırlanması

  5. Ona tapşırılmayan işi icra etdiyi zaman aldığı zədə

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin