HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə149/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   145   146   147   148   149   150   151   152   ...   170
§ 5. An­to­nim­lər
Məna­ca si­no­nim­lə­rin ək­si olan an­tro­nim­lər də bə­dii di­lin ifa­də va­si­tə­si ki­mi fik­rin can­lı­lı­ğı­na və ay­dın­lı­ğı­na xid­mət edir. Or­ta əsr­lərə türk­dil­li ya­zı­lı abi­də­lə­rdə müəy­yən söz­lə­rin iza­hın­da da si­no­nim­lər­lə ya­na­şı, an­to­nim­lər­dən də is­ti­fa­də olun­ma­sı fakt­la­rı bəl­li­dir (78a, 14). Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­sində iş­lən­miş an­to­nim­lər si­no­nim­lə­rə nis­bə­tən az­lıq təş­kil edir. Qeyd edək ki, baş­qa ya­zı­lı abi­də­lər­dən fərq­li ola­raq (bax: 12,125-131; 69, 122-125), Hə­zi­ni tər­cü­mə­sin­də­ki an­to­nim­lər, əsa­sən, ya­na­şı, yəni qo­şa şə­kil­də­dir və bəzən "və" bağ­la­yı­cı­sı ilə, bəzən isə on­suz iş­lən­miş­dir. Abi­də­də iş­lən­miş an­to­nim­lər də si­no­nim­lər ki­mi mən­şə­cə üç növ­dür:

a) Ərəb və fars söz­lə­rin­dən iba­rət an­to­nim­lər: həq­qü ba­til, ley­lü nə­har, süb­hü şam, ru­zü şəb, bi­şü kəm, xas­sü am. Mə­sə­lən: "Ədl içün mi­zan qu­rıl­dı na­gə­han, Həq­ ba­til sorı­lur yax­şı-ya­man"; "Üç gü­nə­dən ye­mə­di hər­giz təam, Büt­lə­rə qıl­dı tə­zər­rö süb­ şam"; "Cüm­lə mey­da­nə yı­ğı­la xas­ am, Uş­bu şəh­rin bay-yox­su­lı tə­mam"; "Əq­rə­ba­sı var­dı­r, an­la­rı anar, Xey­rü eh­san ey­lə­yib ley­ ­har"; "Tan­rı­yı tərk ey­lə­miş­di ol ki­şi, Ru­ şəb büt­lər­lən olur­dı işi"; "Kim əyal içün bil­məz­sə qəm həm, Kis­və­tü qu­tin­dən öt­ri bi­şü kəm". Gö­rün­dü­yü ki­mi, bu beyt­lər­də iş­lən­miş an­to­nim­lə­rin ha­mı­sı "və" bağ­la­yı­cı­sı qə­bul et­miş­dir. 1-ci və 3-cü beyt­lər­də tər­cü­mə­çi­nin ey­ni mis­ra­da ərəb mən­şə­li "həq­qü ba­til""xas­sü am" an­to­nim­lə­ri ilə ya­na­şı, türkmən­şə­li yax­şı-ya­man, bay-yox­sul an­to­nim­lə­ri­nin, 2-ci beyt­də isə ley­lü nə­har (sə­hər-ax­şam) an­to­ni­mi ilə bə­ra­bər, xey­rü eh­san si­no­ni­mi­ni iş­lət­mə­si də diq­qə­ti cəlb edir. Aşa­ğı­da gö­rə­cə­yi­miz ki­mi, Hə­zi­ni bu beyt­lər­də­ki "süb­hü şam", "ru­zü şəb", "bi­şü kəm" fars an­to­nim­lə­ri­nin türk­cə­lə­ri­ni də (dan-ax­şam,ge­cə-gün­düz, az-çox) iş­lət­miş­dir. Qeyd edək ki, Hə­zi­ni­nin il­şət­di­yi bu an­to­nim­lər ana­dil­li klas­sik ədə­biy­ya­tı­mız­da ge­niş təm­sil olun­muş­dur.



b) Bi­ri türk sö­zü, o bi­ri isə alın­ma söz­dən iba­rət an­to­nim­lər. Bu növ an­to­ni­m tipinə abi­də­də yal­nız bir nü­mu­nə­də rast gəl­dik: "Yox­du­rur bir kim­sə­nəm, yox­sul-­ni, Xey­rü eh­san ilə yad et mə­ni". Yu­xa­rı­da­kı an­to­nim­lər­dən fərq­li ola­raq, Hə­zi­ni "yox­sul" türk sö­zü ilə onun ərəb­cə an­to­ni­mi olan "qə­ni" (var­lı) sö­zü­nün ara­sın­da "və" bağ­la­yı­cı­sı­nı iş­lət­mə­miş­dir. Tər­cü­mə­çi bu qa­rı­şıq an­to­nim­lə ya­na­şı, hər iki tə­rə­fi türkmən­şə­li söz­lər­dən iba­rət "bay-yox­sul" an­to­ni­min­dən də is­ti­fa­də et­miş­dir. Ma­raq­lı­dır ki, bu beyt­də də "xey­rü eh­san" si­no­ni­mi iş­lənil­miş­dir. De­mə­li, bu ha­lı Hə­zi­ni tər­cü­mə­si üçün sə­ciy­yə­vi bir xü­su­siy­yət ki­mi dəy­ər­lən­dir­mək olar.

c) Hər iki ­­fi türk mən­şə­li söz­lər­dən iba­rət an­to­nim­lər: Bu növ an­to­nim­lər abi­də­də o biri­lə­rə nis­bə­tən da­ha çox­dur: Yax­şı-ya­man, qu­-yaş, yer-gög, ge­-gün­düz, dün-gün, bay-yox­sul, er­kək-di­şi, ki­çi-ulu, az-çox, sağ-sol, -daş, igit-qo­ca; dan-ax­şam. Mə­sə­lən: "Lüt­fi ilən ol Xu­da­yi-dad­gər, Dan-ax­şam yer­lə­rə ey­lər nə­zər"; "Ver­miş idim Həqq yo­lı­na azü çox, Leyk bu igid­dən öz­gə də­xi yox"; "Ge­-gün­düz həm ölü­min yad edə, həm bə­la vəq­tin­də şad edə"; "Gör­di əvi dop­do­lu rəx­tü qu­maş, Aş-ət­mək, dür­lü ne'mət­lər -qu­-yaş"; "Kim sa­na ol­sun fə­da ca­nım-ba­şım, Uş ya­kıl­dı dərd ilə içim-da­şım"; "Də­xi Al­lah qor­xu­su­nun fik­ri­dir, Bu fi­kir dün-gün kön­lü­mün fik­ri­dir"; "Dön­di qəb­ri­nə qü­bur əh­li qa­mu, Xür­rə­mü xən­dan olub ki­çi-ulu"; "Ki­mi­nin ata­sı var, ya qar­da­şı, Ki­mi­nin öv­la­dı­ var, er­kək-di­şi"; "Bir qə­rib et­sə cə­han­dan in­ti­qal, Ağ­lar ana yer-gög əh­li la­mə­hal"; "Böy­lə de­mək­dən mu­ra­dı nə ola, Böy­lə ney­çün ça­ğı­rır sağ-so­la"; "De­di­lər, qaç­mış Mə­həm­məd bu ge­cə, Bir mu­na təd­bir edin igit-qo­ca". Nü­mu­nə­lər­dən gö­rün­dü­yü ki­mi, türkmən­şə­li an­to­nim­lər qo­şa iş­lə­nə­rək yal­nız bircə hal­da (azü çox) "və" bağ­la­yı­cı­sı qə­bul et­miş, qa­lan hal­lar­da isə on­suz iş­lən­miş­dir. Ma­raq­lı­dır ki, bu an­to­nim­lə­rin ço­xu XV əsr nəsr abi­də­si "İx­ti­ya­rat"da da ey­ni­lə qo­şa şə­kil­də, həm də "və" bağ­la­yı­cı­sız iş­lən­miş­dir (69, 124). Ey­ni hal Xə­tai­nin "Dəh­na­mə" poe­ma­sın­da da mü­şa­hi­də olu­nur (12, 126). "Şühə­da­na­mə" əl­yaz­ma­sın­da isə türk mən­şə­li an­to­nim söz­ləin ara­sın­da, bir qay­da ola­raq, "ilən" bağ­la­yı­cı­sı da iş­lən­miş­dir. Mə­sə­lən ; "­yük ilən ki­çida­şı ilən içi, yi­git ilən qa­ mə­lə­kül-möv­tün qəb­zə­sin­də bə­ra­bər­dür­lər". Bu fakt gös­tə­rir ki, klas­sik ədə­biy­yat­da an­to­nim söz­lər ara­sın­da bağ­la­yı­cı iş­lən­mə­si və ya on­la­rın sa­də­cə ola­raq ya­na­şı gəl­mə­si tək­cə əsə­rin nəzm­lə ya­zıl­ma­sı ilə yox, həm də müəyyən dərəcədə müəl­li­fin, eləcə də mü­tər­ci­min fər­di üs­lu­bu ilə də bağ­lı­dır.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin