Reparativ regenerasiyaya toxuma və hüceyrələrin zədələnməsi ilə müşayiət olunan patoloji proseslər zamanı təsadüf edilir. Ona fizioloji regenerasiyanm nisbətən sürətlənmiş forması kimi baxmaq olar. La-kin reparativ regenerasiya patoloji proseslə əlaqədar olduğuna görə, fizioloji regenerasiyadan morfoloji xüsusiyyətlərilə də fərqlənir. Re-parativ regenerasiya tam və natamam ola bilər. Tam regenerasiya (restitusiya) prosesində zədələnmiş sahələrdə yeni əməiə gələn toxuma elementləri həmin nahiyədə zədələnmədən əvvəl olan toxumadan fərqlənmir. Regenerasiyanm bu növü hüceyrələrinin çoxalma qabiliy-yəti yüksək olan toxumalar üçün səciyyəvidir (selikli qişalar, dəri). Natamam regenerasiya (substitusiya) zamanı zədələnmiş sahədə bir-ləşdirici toxuma (çapıq toxuması) inkişaf edir. Substitusiyaya hücey-rələrinin proliferasiya qabiliyyəti zəif olan toxumalarda təsadüf edilir.