Hipertrofiya və Hİperplaziya toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya



Yüklə 32,41 Kb.
səhifə4/10
tarix10.01.2022
ölçüsü32,41 Kb.
#106480
1   2   3   4   5   6   7   8   9   10
Patoloji regenerasiya adı altmda regenerator proseslərin təhrif

olunmuş formaları nəzərdə tutulur. Bunlara hiperregenerasiya, hipo-regenerasiya və metaplaziya aiddir. Hiperregenerasiya prosesində re-generasiyaya uğrayan toxumanm yerində yeni toxuma həddindən ar-tıq miqdarda, hiporegenerasiya prosesində isə az miqdarda əmələ gə-lir. Zədələnmiş toxumanm yerində başqa toxuma növünün əmələ gəl-məsi metaplaziya adlanır. Birləşdirici toxumanm həddindən artıq in-kişafı nəticəsində əmələ gələn keloid çapıqlar, sümük smıqlarmm bir-ləşdiyi sahədə əmələ gələn qeyri-adi dərəcədə iri döyənəklər, xronik il-tihabi proseslər zamanı epitel toxumasmda baş verən metaplaziya pa-toloji regenerasiyaya misal ola bilər.

Regenerasiya prosesinin sürəti və keyfiyyəti bir sıra endogen və ek-zogen amillərdən asılıdır. Onlar yerli və ümumi olmaqla 2 qrupa bö-lünür. Ümumi amillərə orqanizmin yaşı, konstitusiyası, sinir sistemi-nin funksional halı, qidalanmanm xarakteri, maddələr mübadiləsinin, qanyaradıcı sistemin, endokrin sistemin, qan və limfa dövranmm və-ziyyəti, patoloji prosesin xarakteri aiddir. Regenerasiyaya təsir göstə-rən ümumi endogen amiüər arasmda orqanizmin yaşmı xüsusilə qeyd etmək iazımdır. Uşaqlarda və gənclərdə regenerasiyanm sürəti ahıl və qoca adamlardakma nisbətən yüksək olur. Regenerasiyanm gedişinə neyrohumoral amillər də böyük təsir göstərir. Adətən innervasiyası pozulmuş toxumalarda regenerasiya tam keyfıyyətlə getmir. Orqa-nizmdə hormonlarm fizioloji nisbəti regenerasiya prosesinin gedişinə əhəmiyyətli təsir göstərir. Hipofizi, qalxanabənzər vəzisi və cinsiyyət vəziləri çıxarılmış heyvanlarda regenerasiyanm sürəti azalır; qlüko-kortikoidlər regenerasiyanı zəiflədir, tiroksin və mineralokortikoidlər isə bu prosesə stimulyasiyaedici təsir göstərir. Zədələnmiş toxumala-rm özləri də orqanizmdə bir sıra neyrohumoral dəyişikliklərin meyda-na çıxmasına səbəb olur. Bu dəyişikliklərin yaranmasmda bəzi yerli amillərin böyük rolu vardır. Bunlar arasmda leykositlərin parçalan-ması nəticəsində əmələ gələn bəzi məhsulları xüsusilə qeyd etmək la-zımdır. Leykositlər toxumalarm zədəiənmiş sahələrində parçalanır, onlardan regenerasiya prosesini sürətləndirən maddələr xaric olur. Bu maddələrə nekrohormonlar və ya trefonlar adı verilmişdir (trophos -qidalandırma). Onlarm kimyəvi təbiəti hələlik aydmlaşdırılmayıb. Çömçəquyruqların regenerasiyaya uğrayan toxumalarmda həmin to-xumalara spesifik təsir göstərən stimulyatorlar - desmonlar aşkar edilmişdir (desmos - toxuma). Toxumalarda regenerasiya prosesini ləngidən amillər də aşkar edilmişdir. Məsələn, mitoz bölünmə yolu ilə çoxalan hüceyrələrdə proliferasiya prosesini ləngidən maddələr sintez edilir. Onlara keylonlar deyilir. Toxumanm bir hissəsi tələf olduqda sağlam hissədə keylonlarm miqdarı azalır. Bunun sayəsində regenera-siya prosesi sürətlənir. Regenerasiya başa çatdıqda isə toxumada key-lonlarm miqdarı normal səviyyəyə çatır. Bu vaxt hüceyrə proliferasi-yasının sürəti azalır. Adrenalin keylonlarm fəalhğım artırır. Güman edildiyinə görə, mərkəzi sinir sisteminin regenerasiya prosesinə sti-mulyasiyaedici təsiri bununla əlaqədardır.

Keyfiyyətli qidalanmanın regenerasiya proseslərinin gedişinə bö-yük təsiri vardır. Qidanm tərkibində kifayət qədər tam keyfiyyətli zü-lallar və vitaminlər olduqda regenerasiya prosesi sürətlə gedir. C və D vitaminlərinin çatışmazlığı regenerasiyaya xüsusilə pis təsir göstərir.




Yüklə 32,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin