Hipertrofiya və Hİperplaziya toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya



Yüklə 32,41 Kb.
səhifə5/10
tarix10.01.2022
ölçüsü32,41 Kb.
#106480
1   2   3   4   5   6   7   8   9   10
DİSTROFİYA VƏ ATROFİYA

Hüceyrədaxili mübadilənin pozulması ilə əlaqədar olan müxtəlif patoloji proseslər «d i s t r o f i y a 1 a r » adı altında birləşdirilir (dys -pozulma, tropheo - qidalanma). Mübadilənin hansi növünün pozul-masmdan asıh olaraq zülal, karbohidrat, piy, lipid və mineral distro-fıyaları ayırd edilir. Orqan, toxuma və hüceyrələrin həcminin kiçilmə-si ilə nəticələnən patoloji proses «atrofiya» adlanır. Atrofiya to-xuma və ya orqanm funksiyasmm zəifiəməsi ilə müşayiət olunur. Onun fizioloji və patoloji növləri vardır. Yenidoğulmuşlarda göbək arteriyasmm və Botal axacağmm obhterasiyası, yaşlı şəxslərdə cinsiy-yət vəzilərinin atrofiyası, qocalarda fəqərəarası qığırdağm həcminin kiçilməsi fızioloji atrofiyalara misal ola bilər. Adətən qocalıq atrofi-yaları orqan və toxumalarda maddələr mübadiləsinin zəifləməsi ilə müşayiət olunur.

Patoloji atrofiya geriyə dönə bilən prosesdir. Yəni, çox da dərin ol-mayan atrofiya prosesini törədən səbəb aradan qaldırıldıqda toxuma-larm normal strukturu və fızioloji halı bərpa olunur. Atrofiyalarm əsas səbəbləri buniardır: qida çatışmazlığı, endokrin vəzilərin fəaliy-yətinin pozulması, mərkəzi və periferik sinir sisteminin zədələnmələri, intoksikasiyalar.

Patoloji atrofıya ümumi və ya yerli şəkildə ola bilər. Ümumi atrofi-ya qidalanma pozğunluqları (alimentar) və kaxeksiya törədən xəstə-liklər nəticəsində meydana çıxır. Alimentar atrofiya ya qida çatışmaz-İığı nəticəsində, ya da qidanm orqanizm tərəfindən mənimsənilməsi pozulduqda inkişaf edir. Kaxeksiya mənşəli ümıımi atrofiyaya isə xərçəng, hipofizar kaxeksiya (Simmonds xəstəliyi), hipotalamusun il-tihabi və şiş xarakterli prosesləri ilə əlaqədar olan serebral kaxeksiya kimi xəstəlildərdə təsadüf edilir. Bəzən başqa xəstəliklər də (vərəm, brusellyoz, xronik dizenteriya və s.) ümumi atrofiyaya səbəb olur.



Yerli atrofiyaların bir neçə növü məlumdur. Aşağıda onlar haqqm-da məlumat verilir.

1. Disfunksional atrofiya (fəaliyyətsizlik nəticəsində yara-nan atrofiya). Atrofiyanm bu növünü eksperimentdə yaratmaq üçün əzələlərin vətərlərini kəsirlər. İnsanda disfunksional atrofiyaya sümük sımqları və oynaqlarm hərəkətinin pozulması ilə əlaqədar olan xəstə-liklər zamanı təsadüf edilir; diş çıxarıldıqdan sonra çənə alveollarınm kənarları, göz çıxarıldıqdan sonra görmə siniri fəaliyyətsizlik nəticə-sində atrofiyaya uğrayır. Uzun müddət çəkisizlik şəraitində qalan kosmonavtlarm skelet əzələləri fəaliyyətsizlik nəticəsində atrofıyaya uğraya bilər. Fəaliyyətsizlik nəticəsində toxumalarda maddələr mü­

badiləsi zəifiəyir, onlarm qanla təchizatı azalır. Atrofiyamn bu növü-nün qarşısmı almaq üçün gimnastikadan və masajdan istifadə edilir.


  1. Qan dövranı çatışmazlığı ilə əlaqədar olan atrofi-yalar. Qan dövranı zəifiədikdə toxumalar hipoksiyaya uğrayır, on-larm hüceyrələrinin fəaliyyəti zəifiəyir və həcmi kiçilir. Hipoksiya zamanı toxumalarda fibroblastlar proliferasiyaya uğrayır. Bunun nə-ticəsində toxumalar sklerozlaşır.

  2. Nevrogen mənşəli atrofiyalar - orqan və ya toxumala-rın innervasiyasmm pozulması nəticəsində inkişaf edir. Atrofiyamn bu növü maddələr mübadiləsinin neyrogen tənziminin pozulması və orqanlarm fəaliyyətinin zəifiəməsi ilə əlaqədardır.

  3. Orqan və ya toxumalara uzun müddət mexaniki təzyiq edilməsi nəticəsində inkişaf edən atrofiyalar. Beyin hidropsu zamanı sinir hüceyrələrinin, sidik yolları tutularkən böyrəklərin atrofiyaya uğraması bu mexanizmlə əlaqədardır. Atrofi-yanm bu növünün patogenetik mexanizmində hüceyrələrin qanla təc-hizinin pozulması və onunla əlaqədar olan hipoksiya əsas yer tutur.

  4. Fiziki, kimyəvi və farmakoloji amillərin təsiri nə-ticəsində törənən atrofiyalar. Atrofiyanm bu növü toxuma və hüceyrələrin zərərverici amillərə qarşı həssashq dərəcəsindən asılı-dır. Məsələn, ionlaşdırıcı şüalar sümük iliyini və cinsiyyət vəzilərini başqa toxumalara nisbətən asanhqla atrofıyaya uğradır; tiourasil qal-xanabənzər vəzidə, alloksan Langerhans adacıqlarmm 3-hüceyrələ-rində atrofiya törədir. Bəzi hormonal preparatİar da endokrin vəzilə-rinin atrofiyasma səbəb ola bilər.




Yüklə 32,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin