24
PROQRAM TƏMINATI
İstifadəçinin tətbiqi paketi proqramları
ÜMUMI PROQRAM TƏMINATI
Əməliyyat sistemi
Proqramlaşdırmanın avtomatlaşdırılması sistemi
Texniki xidmət proqramları
Tapşırıqlar idarəsi
Translayator
Məsələlər idarəsi
Redaktor
Verilənlər idarəsi
Yükləyici
Şəkil 4.Fərdi kompüterin proqram təminatının struktur sxemi
25
26
Klaviatura
Yumşaq maqnit disk qurğusu (FDD)
Mərkəzi prosessor
Keş yaddaş
Əməli yaddaş qurğusu
Klaviatura kontrolleri
Yumşaq maqnit disk kontrolleri
Mouse kontrolleri
Şəbəkə kontrolleri
MOUSE
Printer
Monitor
Sərt maqnit disk
qurğusu (HDD)
Videoadapter
Sərt maqnit
disk kontrolleri
Sistem şini
PSI, ISA
Printer kontrolleri
Skaner kontrolleri
Skaner
LH
ISA – Industry Standard Architecture (Sənaye standart arxitekturalı)
PCI – Peripheral Component Interconnect bus (Periferiya qurğuları ilə qarşılıqlı əlaqə şini) LHŞ – Lokal hesablama şəbəkəsi
26
MÜHAZIRƏ IV: ƏMƏLYYATЛАР SISTEMИ. WINDOWS ƏMƏLIYYAT SISTEMI. İŞÇİ STOL, ONUN ƏSAS ELEMENTLƏRI, TƏRTIBI QAYDALARI. WINDOWS ƏMƏLIYYAT SISTEMININ IDARƏETMƏ PANELI.ФАЙЛ ВЯ QOVLUQLARLA İŞLƏMƏ QAYDALARI. BƏLƏDÇİ PROQRAMI.
Plan: -
Əməliyyat sistemi anlayışı
-
DOS, OS/2,UNİX, Real vaxt miqyaslı ƏS
-
WindowsƏməliyyat sistemi , işçi stol və onun tərtibi
-
İdarə etmə paneli və onun elementləri
-
Fayl və qovluqlarla işləmə qaydaları.
-
Standart və xidmətedici proqramlar, fayllarin arxivləşdirilməsi, bələdçi proqramı
Əməliyyatlar sistemi kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramla qarşılıqlı əlaqəsini, həmçinin istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.
Əs kompüterin qoşulması ilə yükləmir və istifadəçiyə hesablama sistemi ilə rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.
Proqram interfeysi – hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsinin təmin edən vasitələr məcmusudur.
İstifadəçi interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrlər və obyekt yönlü ola bilər.
Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.
27
Obyektyönlü interfeys –obyektlər, yəni fayl, kataloq, disk aparıcısı, proqram, sənədə və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.
Hal –hazırda geniş yayılan ƏS –lərindən DOS, OS/2, UNİX, Windows NT, Windows 95/98/2000 və s. qeyd etmək olar.
DOS ailəsinin əməliyyatlar sisteminin birinci üzvü MS DOS sistemidir. Bu sistem İBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.
DOS ailəsinin ƏS –i birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
-
istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə interfeys həyata keçirilir;
-
sistemin İBM tipli müxtəlif kompüterlərdə işləməsini təmin etmək üçün struktur modulluluğu;
Sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş ( 640 kbayt)
DOS ailəsindən olan ƏS-nin mühüm çatışmamazlığı FK resurslarına və ƏS
–nə icazə olmadan müraciətdən mühafizə vasitələrinin olmamasıdır.
OS/2 ailəsinin ƏS – 1987 –ci ildə FK –lərin yeni ailəsinin yaradılması ilə əlaqədar İBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 çoxməsələli ƏS- dir, bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, ƏS –ni isə proqramlardan mühafizə edir. OS/2 ƏS DOS- un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan onlardan həm DOS –da həm də OS/2 –də istifadə etməyə imkan verir. OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS DOS və Windows Əs nisbətən az yayılmasına səbəb olub.
UNUX ailəsinin ƏS -32 mərtəbəli çoxmərtəbəli, çoxməsələli, çoxistifadəçili ƏS –ləri ailəsidir. UNİX-in üstün cəhəti onun müxtəlif kompüterlərdə istifadəsinin mümkünlüyüdür.
UNUX aşağıdakıları özündə birləşdirir:
-paylanmış verilənlər bazasına müraciət;
28
-
lokal şəbəkədə işləmək;
-
uzaq məsafədə əlaqə və adi modemlərdən istifadə etməklə qlobal şəbəkəyə çıxış imkanı. BU UNİX –in ən vacib komponentlərindən biridir.
Hazırda UNİX üçün çoxlu sayda tətbiqi proqramlar mövcuddur. MS DOS və Windows üçün geniş yayılan bir çox tətbiqi proqramlar UNİX –də istifadə oluna bilər.
UNİX ailəsindən olan bir necə ƏS. Bu ailədən olan müxtəlif versiyaların öz adı var. UNİX ƏS –nin fayl sistemi faylları icazəsiz müraciətdən mühafizəni təmin edir. Hal –hazırda UNİX ailəsindən olan şəbəkə ƏS –dən geniş yayılanı 32 mərtəbəli çox istifadəçili çoxməsələləli UNİX Ware 2ş0 sistemidir.
Real vaxt miqyaslı ƏS-ləri ailəsi –Real vaxt termini geniş mənada, informasiya emal sistemlərində cavabın verilmə vaxtını açmadıqda tətbiq etmək olar.
Real vaxt əməliyyat sistemlərində (RVƏS) müəyyən olunmuş vaxt ərzində sistemin reaksiyasına zəmanət verilir.
RVƏS neft və qazın çıxarılması və nəqlinin avtomatlaşdırılmasında, metalurqiyada, maşınqayırmada, neft emalında, neft kimya sənayesyndə və s. texnoloji proseslərin idarə olunmasının avtomatlaşdırılmasına tətbiq olunur. RVƏS bank işində də tətbiq olunur.
Windows ailəsinin əməliyytlar sistemləri- Windows rahat qrafiki interfeysli1 çox məsələli ƏS-dir.Bu ailənin əsas üzvləri Windows 95/98/2000, Windows NT- dir. Sistem proqramları istənilən kompüterin işləməsi üçün vacib olub, adətən aşağıdakılardan ibarətdir: əməliyyat sistemi, drayverlər, utilitlər, sistem örtükləri, müxtəlif xidmətedici proqramlar. Əməliyyatlar sistemi kompüterin işini təmin etməklə bərabər onun ayrı - ayrı qurğularının və proqramlarının işini idarə edir. Məhz əməliyyatlar sistemi kompüter resurslarının, yəni yaddaşın, məsələlərin sinxron yerinə yetirməsini həyata keçirir.
Əməliyyat sistemi kompüter işə düşən anda icrası başlayan qurğuların testləşdirilməsi, işə hazır vəziyyətə gətirilməsi, informasiyanın saxlanması,
Dostları ilə paylaş: |