I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.6.3.Neytralı izolə olunmuş şəbəkələr



Yüklə 1,41 Mb.
səhifə10/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   6   7   8   9   10   11   12   13   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.6.3.Neytralı izolə olunmuş şəbəkələr
Fərz edək ki, bizə şək. 1.14-də göstərildiyi kimi neytralı izolə olunmuş yüksək gərginlikli elektrik şəbəkəsi verilmişdir.

Normal rejimdə, yəni simmetrik rejimdə faza gərginlikləri bir-birindən 120˚ dərəcə bucaq altında fərqləndiyindən, faza gərginliklərinin və hər bir fazanın yerə nəzərən tutum cərəyanlarının cəmi:


olur. Burada:



.

alınır. Digər tərəfdən qeyd etmək lazımdır ki, şək. 1.14. a)-ya əsasən transformatorun və faza naqillərinin yerə nəzərən tutumlarının neytral nöqtələri arasındakı U0-gərginliyidə normal rejimdə sıfıra bərabər olur.


Fərz edək ki, C-fazası yerlə qısa-qapanır (şək. 1.14. a). Bu zaman, C-fazasının yerə nəzərən gərginliyi sıfıra bərabər olacaq. Onda həmin fazanın yerə nəzərən tutum cərəyanıda sıfır olacaq

C-fazası yerlə qısa-qapandıqda digər iki fazanın gərginliyi dəfə artdığından, yəni xətt gərginliyinə bərabər olduğundan, həmin fazaların tutum cərəyanlarıda artacaq və bu gərginliklərin və cərəyanların vektorları arasındakı sürüşmə bucağı 60˚ olacaq (şək. 1.14. b). Vektor diaqramından görünür ki, yerlə qapanma zamanı transformatorun və faza naqillərinin yerə nəzərən tutumlarının neytral nöqtələri arasındakı U0-gərginliyi faza gərginliyinə ( ), zədələnməmiş fazaların ümumi tutum cərəyanı isə, həmin fazaların yerə nəzərən tutum cərəyanlarının həndəsi cəminə, yəni -yə bərabər olacaq və C-fazasının yerlə qapanma yerindən axaraq şəbəkənin bəsləmə mənbəyindən qapanacaq. Yəni:

və ya




Şək. 1.14. Neytralı izolə olunmuş yüksək gərginlikli şəbəkə:

  1. C-fazasının yerlə qapanması zamanı tutum cərəyanlarının axması sxemi;

  2. normal rejimdə və C fazası yerlə qapandıqda gərginliklərin və tutum cərəyanlarının vektor diaqramı.

Yerlə qeyri-metallik qapanma zamanı (UFC ≠ 0), tez-tez baş verən və qapanma yerində sönüb-yanmaqla müşayət olunan qövs əmələ gəlir. Bu halda şəbəkənin induktivliyi və tutumu arasında yüksək tezlikli sərbəst elektrik rəqsləri baş verir. Bunun nəticəsində də şəbəkədə ifrat gərginlik yaranır. Aparılmış tədqiqatlara əsasən gərginliyi 6-35 kV olan şəbəkələrdə ferrorezonans hadisəsi olmadıqda, qövs nəticəsində yaranan ifrat gərginliyin amplitudu, zədələnməmiş fazalarda 3,2Ufm, zədələnmiş fazada isə 2,2Ufm qiymətinə qədər arta bilər. Əgər gərginliyin bu cür artımı qısamüddətli olarsa, onda o izolyasiyası normal olan avadanlıq üçün təhlükəli deyil. Əgər gərginliyin bu cür artması uzun müddətli olarsa (məsələn, kabel xətlərində), onda onun təsiri, şəbəkənin istənilən nöqtəsində izolyasiyanın ionlaşmasına və istilikdən deşilməsinə gətirib çıxara bilər. Bundan əlavə, qövsdə kifayət qədər cərəyanın olması kabel şəbəkələrində birfazalı qısa-qapanmanın, iki və üçfazalı qısa-qapanmaya keçməsinə və bununlada təlabatçıların dövrədən açılmasına səbəb ola bilər. Yerlə qapanmanın tutum cərəyanının xüsusi qiyməti, şəbəkənin gərginliyindən və konstruktiv quruluşundan asılıdır (cədvəl 1.2).

Cədvəl 1.2

Yerlə qapanma tutum cərəyanının praktiki qiymətləri, A/km



Xəttin növü

Şəbəkə gərginliyi, kV

6

10

35

Hava xətti

0,015

0,025

0,1

Kabel xətti:

50-95 ; mm2

120-240 ; mm2

0,6-0,8


0,9-1,3

0,8-1,0


1,1-1,6

3,7-4,1


4,4-5,2




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin