I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.6.4.Neytralı kompensə olunmuş şəbəkələr



Yüklə 1,41 Mb.
səhifə11/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   7   8   9   10   11   12   13   14   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.6.4.Neytralı kompensə olunmuş şəbəkələr
Şəbəkələrin və onlara qoşulmuş avadanlıqların (generatorlar, yüksək gərginlikli mühərriklər, kommutasiya aparatları) işləmə etibarlığının artırılması EAQQ-kı tələblərə cavab verməlidir. Belə ki, gərginliyi 6-35 kV olan şəbəkələr, yerlə qapanma tutum cərəyanlarını kompensə edən qövssöndürücü sarğacların köməyilə işləməlidirlər. Kompensasiya, gərginliyi 6-10 kV, yerlə qapanma cərəyanı uyğun olaraq 30 və 20 A-dən yüksək və gərginliyi 20-35 kV, yerlə qapanma cərəyanı 15 və 10 A olan şəbəkələrdə tətbiq olunmalıdır.

Fazalarının yerə nəzərən tutum müqaviməti XC = olan, neytralı kompensə olunmuş şəbəkənin sadələşdirilmiş sxemi şək. 1.15-də göstərilmişdir.

Dolaqları ulduz-üçbucaq birləşdirilmiş şəbəkə transformatorlarından birinin (yerli sərfiyat transformatoru və ya xüsusi təyinatlı transformator) birinci tərəf dolağının neytralı, induktiv müqaviməti tənzimlənə bilən nüvəli–qövssöndürücü sarğac (yerləbirləşdirici reaktor, birfazalı yağlı) vasitəsi ilə yerlə birləşdirilir.

Neytralı izolə olunmuş şəbəkədə olduğu kimi, belə şəbəkədə də bir faza yerlə qapandıqda, digər fazaların yerə nəzərən gərginliyi dəfə artdığından həmin fazaların tutum cərəyanlarıda dəfə artır. Bu zaman fazaların yerə nəzərən ümumi tutum cərəyanı, həmin fazaların yerə nəzərən tutum cərəyanlarının həndəsi cəminə, yəni -yə bərabər olur. Neytraldakı gərginlik isə faza gərginliyinə bərabər olur (şək.1.15,b). Bu gərginliyin təsiri nəticəsində qövssöndürücü sarğacdan cərəyan axmağa başlayır. Sarğacın müqaviməti elə seçilməlidir ki, ondan keçən induktiv cərəyan IL, ümumi tutum cərəyanına 3Ic-yə bərabər olsun. Belə olan halda qısa-qapanma yerində bu cərəyanların həndəsi cəmi sıfıra bərabər olacaq (şək. 1.15, b) və buna uyğun olaraq yaranmış qövs sönəcək.

Tutum cərəyanını tam kompensə etmək üçün qövssöndürücü sarğacın bu formada hazırlanması cərəyanlar rezonansı hadisəsinə gətirib çıxarır.

Ancaq, praktiki olaraq qapanma nöqtəsindən, aktiv və reaktiv mürəkkəbələri olan qalıq cərəyanı axır. Bu cərəyanın aktiv mürəkkəbəsi sarğacın və şəbəkənin aktiv müqavimətinə, reaktiv mürəkkəbəsi isə (yəni induktiv və ya tutum cərəyanı) sarğacın qeyri-dəqiq sazlanmasına görə yaranır. Həmin qalıq cərəyanı qiymətinə görə çox kiçikdir və neytraldakı U0-gərginliyi ilə ya eyni fazada olur ya da onlar arasında çox kiçik bir bucaq yaranır.




Şək. 1.15. Neytralı kompensə edilmiş şəbəkə: a)-bir fazanın yerlə qapanma cərəyanının axma sxemi; zədələnmiş fazada Ic=0; zədələnməmiş fazalarda Ic+I0= Ic; torpaqlayıcı transformatorun dolaqlarında qapanma yerində b)-qapanma yerində cərəyanların vektor diaqramı. 1-şəbəkə xətti; 2 – yerləbirləşdirici transformator; 3-qovssöndürücü sarğac.
Neytralı kompensə olunmuş şəbəkələrdə, yerlə qövs vasitəsilə qapanma zamanı yaranan ifrat gərginlik (2,6-2,8)Ufm qiymətini aşmır. Belə şəbəkələrdə gərginliyin daha da yüksək qiymətə qədər artma ehtimalı, neytralı kompensə olunmamış şəbəkələrə nisbətən çox aşağıdır. Kompensəedici sarğac rezonans halı üçün qurulmalıdır. Əgər belə imkan olmazsa, onda o azda olsa yenidən kompensasiya olunmalıdır (IL≥ 3IC).

Kompensəedici qurğu, əsasən kompesə olunan şəbəkələrin qidalandırma mərkəzlərində quraşdırılmalıdır.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin