I mövzu plan Əsas anlayışlar və təriflər


Mövzu 3 Müxtəlif gərginlikli şəbəkələrin



Yüklə 1,41 Mb.
səhifə7/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   2   3   4   5   6   7   8   9   10   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

Mövzu 3 Müxtəlif gərginlikli şəbəkələrin

neytral rejimləri
Plan

  1. Gərginliyi 1000 V-a qədər olan elektrik şəbəkələrinin neytral rejimi

  2. Gərginliyi 1000 V-dan yüksək olan şəbəkələrin neytral rejimi

  3. Neytralı izolə olunmuş şəbəkələr

  4. Neytralı kompensə olunmuş şəbəkələr

  5. Neytralı yerlə çox möhkəm birləşdirilmiş şəbəkələr

Elektrik enerjisi təlabatçılarını qidalandıran transformatorların dolaqlarının və ya paylayıcı şəbəkələrin sxem quruluşu və iş funksiyası, həmin şəbəkənin etibarlığı, onun hansı sahəyə mənsubluğu və ondan qidalanan təlabatçıların xarakterindən asılıdır.

Üçfazalı elektrik şəbəkələrinin xüsusiyyətindən asılı olaraq onları qidalandıran güc transformatorlarının neytralı yerlə ya müqaviməti olmayan (çox-çox az olan) naqil vasitəsilə birbaşa yəni möhkəm birləşdirməli, ya müqaviməti çox böyük olan naqil vasitəsi ilə birləşdirilməli, ya da yerdən izolyasiya olunmalıdır (şək. 1.11).

c)

b)

a)

Şək. 1.11.Üçfazalı elektrik şəbəkəsinin neytralının yerlə birləşmə formaları: a)-yerlə möhkəm birləşmə; b)-yerlə çox böyük müqaviməti olan naqil vasitəsi ilə birləşmə; c)-neytralı yerdən izolyasiya olunmuş şəbəkə


Yerlə birləşdirmə əməliyyatı ya birbaşa, ya da şəbəkə naqillərinin tutum müqavimətini kompensə edə bilən induktiv müqavimət və ya gərginlik ölçü transformatoru vasitəsi ilə yerinə yetirilir.

Əgər güc transformatorunun dolaqlarının neytralı torpaqlayıcı qurğuya birbaşa və ya müqaviməti az olan element vasitəsi ilə birləşərsə, onda belə birləşmə yerlə möhkəm biləşmə adlanır. Belə rejimdə işləyən şəbəkə isə neytralı yerlə möhkəm birləşmiş şəbəkə adlanır.

Əgər şəbəkənin neytralı, torpaqlayıcı qurğuya birləşdirilməyibsə və ya bu qurğuya, şəbəkənin tutum cərəyanını kompensə edə bilən gərginlik ölçü transformatoru və ya induktiv müqavimət vasitəsi ilə birləşdirilibsə, onda belə şəbəkə neytralı izolə olunmuş şəbəkə adlanır.

Yerlə birfazalı qısa-qapanmalar zamanı elektrik sisteminin simmetrikliyi pozulur. Simmetrikliyin pozulması özünü aşağıdakı əlamətlərlə biruzə verir:

-yerə nəzərən fazaların gərginlikləri dəyişir;

-yerlə qapanma cərəyanları yaranır;

-şəbəkədə ifrat gərginlik yaranır.

Simmetrikliyin pozulma dərəcəsi şəbəkənin neytral rejimindən, yəni onun yerlə birləşmə formasından asılıdır.

Gərginliyi 1000 V-a qədər olan şəbəkələrdə neytral rejiminin seçilməsi, əsasən belə şəbəkələrə göstərilən xidmətin təhlükəsiz olması ilə şərtlənir.

Gərginliyi 1000 V-dan yüksək olan şəbəkələrdə isə neytral rejiminin seçilməsi, elektrik təchizatının fasiləsizliyi, elektrik qurğularının etibarlı və iqtisadi cəhətdən əlverişli işləmələri ilə təyin edilir.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin