I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.6.1.Gərginliyi 1000 V-a qədər olan elektrik şəbəkələrinin neytral rejimi



Yüklə 1,41 Mb.
səhifə8/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.6.1.Gərginliyi 1000 V-a qədər olan elektrik şəbəkələrinin neytral rejimi
Elektrik avadanlıqlarının quraşdırılması qaydalarına (EAQQ) əsasən gərginliyi 1000 V-a qədər olan şəbəkələr, onun təyinatından asılı olaraq neytralı yerlə möhkəm birləşdirilmiş və ya neytralı izolə olunmuş formada hazırlana bilərlər.

Gərginliyi 660/380 V, 380/220 V və ya 220/127 V (xətt/faza gərginliyi) olan ən geniş yayılmış üçfazalı dördnaqilli şəbəkələrin neytralı yerlə möhkəm birləşdirilməlidir (şək. 1.12).






Şək. 1.12. Gərginliyi 380/220 və ya 220/127 V olan neytralı yerlə möhkəm birləşdirilmiş şəbəkənin sxemi

Belə birləşmədə, şəbəkənin nominal gərginliyi yerə nəzərən nəzərəçarpacaq dərəcədə dəyişmir. Dördnaqilli şəbəkəyə birləşdirilən, açıqda və ya qapalı mühitlərdə quraşdırılan bütün elektrik avadanlıqlarının metallik gövdələri neytral xətt vasitəsi ilə qurğunun neytralına birləşdirilməlidir. Bu halda, xəttin istənilən fazası gövdə ilə (yəni, yerlə) qapandıqda, ondan kifayət qədər çox qısa-qapanma cərəyanı axacaq və zədələnmiş fazanın qoruyucusu yanacaq. Şəbəkə isə natamam fazalı rejimdə işini davam etdirəcək. Bu zaman, işini davam etdirən zədələnməmiş digər iki fazaların yerə nəzərən gərginlikləri, faza gərginliyindən artıq qiymət almayacaq.

Gərginliyi 380 V və ya 660 V olan üçfazalı cərəyanın tətbiq olunması zamanı, həmçinin də artırılmış təhlükəsizlik tədbirləri tələb edilən yerlərdə (məsələn; torf, kömür yataqları, neft-mədən ərazisi və s.) şəbəkədə və ya avadanlıqda izolyasiyanın zədələnməsi nəticəsində yaranan qısa-qapanma cərəyanının axması, həddindən artıq təhlükəli vəziyyətə gətirib çıxara bilər. Bu zaman şəbəkədə baş vermiş qeyri-normal rejimlər tez bir zamanda ləğv edilməlidir. Ona görə də belə yerlərdə neytralı yerdən izolə olunmuş şəbəkələr tətbiq olunur. (şək. 1.13.).




Şək. 1.13. Gərginliyi 380-660 V olan neytralı izolə olunmuş şəbəkə

Neytralı izolə olunmuş şəbəkələrdə (şək. 1.13. a) hər hansı bir fazanın yerlə qapanması, qısa-qapanma əmələ gətirmir. Bu hal, zədələnmiş fazanın dövrədən açılmasına səbəb olmur və şəbəkə öz işini tam fazalı rejimdə davam etdirir. Ancaq, bu zaman zədələnməmiş digər iki fazanın gərginliyi yerə nəzərən dəfə artır yəni, xətt gərginliyinə bərabər olur (Şək. 1.13. b). Belə olduqda zədələnməmiş fazaların xətt gərginliyi altında işləməsinə iki saatdan artıq icazə verilmir. Belə ki, bu rejimdə şəbəkənin uzun müddət işləməsi digər bir fazanın da yerlə qısa-qapanmasına, yəni ikifazalı yerlə qısa-qapanmaya gətirib çıxara bilər. İkifazalı yerlə qısa-qapanma, böyük qısa-qapanma cərəyanları ilə müşayət olunduğundan avadanlıqların sıradan çıxmasına və xidməti heyyətin həyatı üçün təhlükənin yaranmasına səbəb olar. Elə buna görə də gərginliyi 1000 V-a qədər və ondan yüksək olan neytralı izolə olunmuş şəbəkələr:

-izolyasiyaya nəzarət edilməsi;

- yerlə qısa-qapanmanın tez müəyyən olunması və aradan qaldırılması üçün zədələnmənin avtomatik açılması mexanizmi ilə təchiz edilməlidirlər.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin