I mövzu plan Əsas anlayışlar və təriflər


Qeyd: İstiliyə, işıqlanmaya və mexaniki gücə çevrilən güc aktiv güc



Yüklə 1,41 Mb.
səhifə4/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   2   3   4   5   6   7   8   9   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

Qeyd: İstiliyə, işıqlanmaya və mexaniki gücə çevrilən güc aktiv güc adlanır.

Gərginliyi 110-1150 kV olan EVX-nin ötürümə qabiliyyəti və uzunluğunun xarakterik xüsusiyyətləri cədvəl 1.1-də göstərilib.

Cədvəl 1.1

Gərginliyi110-1150 kV olan EVX-nin ötürmə qabliyyəti və uzunluğu



Xəttin gərginliyi,

kV


Naqilin en kəsiyi,

mm2



Natural

Cərəyan sıxlığı 1,1 A/mm2* olduqda

f.i.ə=0,9 olduqda son uzunluq

Qonşu y/st-lar arasındakı orta uzunluq

110

70-240

30

13-45

80

25

150

150-300

60

38-77

250

20

220

240-400

135

90-150

400

100

330

2 240-2 400


360

270-450

700

130

500

3 300-3 500


900

770-1300

1200

280

750

4 00-4 500


2100

1500-2000

2200

300

1150

8 300-8 500

5200

4000-6000

3000

-

*Gərginliyi 750-1150 kV hava xətləri üçün, 0,85 A/mm2 .


§ 1.3. Elektrik enerjisinin paylanması sisteminin xarakteristikası
Paylayıcı şəbəkələr elektrik enerjisini, ya birbaşa gərginliyi 6-10 kV olan təlabatçılar ya da gərginliyi 6/0,38-110/35 kV olan yarımstansiyalar arasında paylamaq və həmçinində elektrik stansiyalarında istehsal olunan gücü yığmaq (toplamaq) üçün nəzərdə tutulublar. Zaman keçdikcə tələb olunan elektrik enerjisinin gücünün fasiləsiz olaraq artması, paylayıcı şəbəkələrin nominal gərginliyinin artırılmasına gətirib çıxarır. Hələ yaxın zamanlara qədər ayrı-ayrı qrup təlabatçılar üçün elektrik enerjisinin paylanması funksiyasını əsasən gərginliyi6-35 kV olan şəbəkələr yerinə yetirirdi. Gərginliyi 110 kV olan şəbəkələrin vəzifəsi isə aralıq ayrılma olmadan elektrik enerjisini, onun paylanma zonasına qədər ötürməkdən ibarət idi.

Elektrikləşmənin müasir mərhələsində, böyük ərazilərin nəhəng enerji tutumlu müəssisələrlə əhatə olunması və müəssisələrin iqtisadi cəhətdən əlverişli fəaliyyətinin inkişafı nəticəsinidə elektrik enerjisinin paylanması funksiyası artıq gərginliyi 110 kV olan bəsləyici şəbəkələrin, bəzi elektroenergetik sistemlərdə isə aralıq ayrılması olan gərginliyi 220 kV-luq EVX-nin üzərinə düşür. Bundan əlavə sənaye müəssisələri və nəhəng şəhərlər tərəfindən tələb olunan güclərin artımı, yük düyünlərinə, yüksək gərginlikli (110-220 kV) EVX-nin maksimal dərəcədə yaxınlaşdırılmasının tətbiqinin vacibliyinə gətirib çıxarır. Buna görə də elektrik enerjisinin ötürülməsi və paylanması sisteminin, nominal gərginliklərinə görə: sistem əmələ gətirən, uzun EVX və elektrik enerjisinin paylanması sistemlərinə bölünməsinin şərti olduğunu qeyd etmək lazımdır.

Elektrik enerjisinin paylanması sisteminin tərkibinə, iki-üç pilləli transformasiyaya malik 110(150)/35/6-10 kV və ya 220/35/6-10 kV gərginlikli şəbəkələrə aid olmaqla, gərginliyi 6-220 kV olan şəbəkələr daxil edilir.

Gərginliyə görə elektrik şəbəkələri yüksək və aşağı gərginlikli şəbəkələrə ayrılırlar.

Gərginliyi 1 kV və ondan yüksək olan şəbəkələr, yüksək gərginlikli şəbəkələr adlanır.

Gərginliyi 1 kV-dan aşağı olan şəbəkələr isə alçaq gərginlikli şəbəkələr adlanır.

Gərginliyi 110-220 kV olan paylayıcı şəbəkələr bir neçə on MVt gücə malik, gərginliyi 6-35 kV olan şəbəkələr isə gücü bir neçə yüz kVt-dan bir neçə MVt-a qədər elektrik enerjisi ötürürlər.

Alçaq gərginlikli şəbəkələrdən sənaye və məişət təyinatlı aparatlar birbaşa qidalanırlar.

Gərginliyi 0,22-0,38 kV olan şəbəkələrdən qidalanan yüklərin gücü bir neçə Vt-dan, bir neçə kVt-a (sənaye əhəmiyyətli təlabatçılar istisna olmaqla) qədər olur.

Gərginliyi 0,38-0,66 kV olan sənaye şəbəkələri ilə ötürülən güc bir neçə on kVt və təsadüfü hallarda bir neçə yüz kVt-a qədər olur.

Elektrik şəbəkələrinin strukturu onların təyinatından asılı olaraq dəyişir. Gərginliyi 110-220 kV olan şəbəkələr əsasən hava EVX-dən, transformatorlar və ya avtotransformatorlardan ibarət rayon əhəmiyyətli nəhəng yarımstansiyalardan təşkil olunmaqla, çoxda böyük gücə malik olmayan elektrik stansiyalarını özündə birləşdirə bilər.

Kiçik güclərə malik elektrik enerjisini paylamaq və tələb olunduğu yerlərə çatdırmaq üçün hesablanmış 0,38-35 kV gərginlikli şəbəkələr, müəyyən ölçülü ayrı-ayrı sənaye sahələrinə məxsus şəbəkələri əks etdirir və onlar hava və kabel xətləri ilə təşkil oluna bilərlər.

Sənaye müəssisələrinin, şəhərlərin və kəndlərin gərginliyi 35 kV olan xarici şəbəkələri hava EVX; gərginliyi 0,38-10 kV olan şəhər şəbəkələri və sənaye müəssisələrinin daxili elektrik təchizatı şəbəkəsi isə əsasən kabel xətləri vasitəsi ilə yerinə yetirilir.

Paylayıcı şəbəkələrin rejim xüsusiyyəti əksər hallarda onların konfiqurasiyası ilə təyin edilir. Şəbəkə sxeminin konfiqurasiyası, qidalandırma mərkəzlərinin və qəbulediciyarımstansiyaların qarşılıqlı yerləş dirilməsindən və elektrik şəbəkəsinin etibarlığına verilən tələblərdən asılıdır.


a) b)
Şək. 1.3. Ehtiyyat xətti olmayan açıq şəbəkənin

konfiqurasiyası: a) radial şəbəkə, b) magistral şəbəkə

Paylayıcı şəbəkələr açıq və qapalı formada hazırlana bilirlər.

Açıq konfiqurasiyalı şəbəkələr şək. 1.3, a) və 1.3,b)-də göstərildiyi kimi bir tərəfdən qidalandırılan radial və magistral şəbəkə sxemi formasında hazırlanır. Magistral konfiqurasiyaya malik şəbəkədə, radial şəbəkəyə nisbətən naqil və kommutasiya aparatları az sərf olunur. Bundan əlavə, hava xətlərinin ümumi uzunluğunun az olması səbəbindən dayaq, izolyator, xətt armaturaları və s. xərcləri də azalır. Buna görə də magistral xətlər, radial xətlərə nisbətən ucuz başa gəlir. Ancaq bir tərəfdən qidalanan açıq şəbəkələr, əsasən də magistral xətləri olan şəbəkələr az etibarlığa malikdirlər. Belə ki, şəbəkənin baş (əsas) hissəsinin dövrədən açılması, ondan qidalanan bütün elektrik enerjisi təlabatçılarının işinin pozulmasına gətirib çıxarır. Bununla yanaşı olaraq şin naqillərdən hazırlanan magistral şəbəkələr yüksək etibarlığa malikdirlər.

Gərginliyi 110-220 kV olan paylayıcı şəbəkələr böyük rayonları elektrik enerjisi ilə təchiz etdiyindən onlar bir tərəfdən qidalanan və ehtiyyat xəttə malik radial-magistral şəbəkə formasında hazırlanırlar (şək. 1.4).

Şək.1.4.Ehtiyat xətti olan radial-magistral şəbəkənin

konfiqurasiyası
İkiqat radial-magistral şəbəkə, bir və ya müxtəlif dayaqlar üzərində yerləşdirilən xətlərin birinin digərini əvəz etməsi hesabına qidalanmanın ehtiyyat xətt vasitəsi ilə yerinə yetirilməsini təmin edir. Bu sxem hər iki xəttin bərabər yüklənməsi ilə xarakterizə olunur. Belə yüklənmə zamanı itkilər azalır.


Şək. 1.5. Bir qidalanma mərkəzi olan dairəvi qapalı şəbəkə

Açıq şəbəkələrin konfiqurasiyasının sadə, qiymətinin ucuz, naqil materialına və avadanlıqlarına çəkilən xərclərin minimal olması onların müsbət cəhəti adlanır. Artıq yüklənmənin olmaması isə qəza rejimləri zamanı hesabatın və naqillərin en kəsiyinin seçilməsinin ancaq nominal iş rejiminə görə aparılmasına imkan verir.Bir mənbədən qidalanan, ehtiyyat xətti olmayan dairəvi qapalı şəbəkə sxemi şək. 1.5-də, göstərilib. Belə şəbəkənin müsbət cəhəti lazım gəldikdə asanlıqla radial-magistral şəbəkə formasında bütün təlabatçıları elektrik enerjisi ilə qidalandıra bilməsidir.

Elektrik enerjisinin ötürülməsi və təlabatçıların qıdalandırılmasında ən geniş tətbiq edilən şəbəkələr iki tərəfdən qidalandırılan birqat və ikiqat qapalı şəbəkələrdir. Belə şəbəkələrin sxemi şək. 1.6. a) və b)-də göstərilib.

a)



b)


Şək. 1.6. İki tərəfdən qidalandırılan şəbəkənin konfiqurasiyası: a) birqat; b) ikiqat.


Belə şəbəkələr mənbələr arasında böyük əraziləri əhatə etməyə imkan verir. İki tərəfdən qidalandırılan birqat şəbəkələr kənd yerlərinin elektrikləşdirilməsi üçün gərginliyi 110 kV olan şəbəkələrdə, həmçinin də gərginliyi 220 kV olan paylayıcı şəbəkələrdə tətbiq edilir. Bu cür konfiqurasiyaya malik şəbəkələrin baş (əsas) hissələrinin ötürmə qabilliyyəti məhduddur. Belə ki, onlardan biri sıradan çıxarsa, onda digər hissə bütün yarımstansiyaları qidalandırmaq imkanına malik olmalıdır. İki tərəfdən qidalandırılan ikiqat şəbəkələr isə böyük ötürmə qabliyyətinə malikdirlər. Belə şəbəkələr şəhərlərin elektrik təchizatı sisteminin gərginliyi 110 kV olan şəbəkələrində, həmçinin də böyük uzunluğa malik dəmir yollarının gərginliyi 110-220 kV olan şəbəkələrində tətbiq olunur.

Bu cür şəbəkələrin ümumi uzunluğnu azaltmaq məqsədi ilə yaxın məntəqələrdə yeni yarımstansiyaların qoşulması mürəkkəb qapalı konfiqurasiyaya malik şəbəkələrin (çoxkonturlu şəbəkələrin) yaranmasına gətirib çıxarır (şək. 1.7 )


Şək. 1.7. Mürəkkəb konfiqurasiyalı qapalı şəbəkə

Belə şəbəkələr yüksək etibarlığa malik şəbəkələrdir. Mürəkkəb qapalı şəbəkələrin hesablanması, onların iş rejimlərinin təhlili, mühafizəsi və idarə olunması açıq şəbəkələrə nisbətən daha çətin məsələdir. Mürəkkəb qapalı şəbəkələr radial-magistral şəbəkələrə nəzərən baha başa gəlir. Belə şəbəkələrdən böyük şəhərlərin elektrik təchizatında istifadə olunur.

Gərginliyi 0,38-35 kV olan şəbəkələr əsasən bir mənbədən qidalanan açıq radial və magistral konfiqurasiyaya malik formada hazırlanırlar (şək. 1.3 ÷şək. 1.5) . Bəzi hallarda isə bu şəbəkələr iki mənbədən qidalanan qapalı şəbəkə formasında hazırlanır (şək. 1.6, 1.7), ancaq açıq şəbəkə rejimində istismar olunurlar. Paylayıcı şəbəkələrin sxem quruluşu və iş funksiyası, şəbəkənin etibarlığı, hansı sahəyə mənsubluğu və təlabatçıların xarakterindən asılıdır.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin