I mövzu plan Əsas anlayışlar və təriflər


§3.1. Əsas anlayışlar və təriflər



Yüklə 1,41 Mb.
səhifə13/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.1. Əsas anlayışlar və təriflər
Elektrik enerjisinin istehsalı, çevrilməsi, ötürülməsi, paylanması və təlabatı prosesində iştirak edən qurğular toplusundan, məsələn, generatorlardan, transformatorlardan, EVX-dən, paylayıcı quruluşlardan, elektrik enerjisi qəbuledicilərindən, kommutasiya aparatlarından, kompensəedici qurğulardan, həmçinində mühafizə və avtomatika qurğularından ibarət olan sistem elektrik sistemi adlanır.

Elektrik sisteminin normal işini xarakterizə edən parametrləri təyin etmək üçün hökmən ona daxil olan elementlərin əvəz sxemi müəyyən edilməli və sistemin prinsipial sxeminə uyğun olaraq birləşdirilməlidirlər.

Baxılan sistemin və onun elementlərinin xüsusiyyətlərini özündə əks etdirən qrafiki təsvirə əvəz sxemi deyilir.

Elektrik sisteminin əvəz sxemi budaqlardan, düyünlərdən və konturlardan ibarət olur.



Budaq elektrik şəbəkəsinin hər hansı iki düyününü öz aralarında birləşdirir və onun istənilən nöqtəsindən axan cərəyan eyni təsiredici qiymətə malik olur.

Üç və daha artıq budağın birləşdiyi nöqtə düyün nöqtəsi adlanır. Bu budaqlardan biri gərginlik mənbəyi ola bilər. Bəzən açıq elektrik şəbəkələrinin prinsipial sxemlərində paylayıcı şinlər göstərilmədiyindən belə şəbəkələrdə iki və daha artıq budağın birləşdiyi nöqtəyə düyün nöqtəsi deyilir. Qeyd etmək lazımdır ki, paylayıcı şinlər elektrik şəbəkəsinin yük düyünləri adlanır.

Bir neçə budağın qapalı yol şəkilində birləşməsindən əmələ gələn sistem kontur adlanır. Konturlarının olmasına görə elektrik şəbəkəsi və sistemi açıq və qapalı şəbəkələrə və sistemlərə ayrılırlar.

Tərkibində heç bir qapalı konturu olmayan şəbəkələrə açıq şəbəkələr deyilir.

Tərkibində heç olmasa bir qapalı konturu olan şəbəkələrə isə qapalı şəbəkələr deyilir.

Elektrik şəbəkəsinin əvəz sxemində aktivpassiv elementlər iştirak edir.

Əvəz sxeminin passiv elementləri cərəyanın axması üçün yol yaradır. Bu elementlətinə misal olaraq, ona daxil olan trnsformatorların, EVX-nin və.s müqavimətlərini və keçiriciliklərini misal göstərmək olar.

EŞS-nin əvəz sxemində uzununaeninə elementlər iştirak edir. Uzununa elemetlərə iki düyün arasında yerləşən və onları birləşdirən budaqlar aid edilir. Həmin budaqlara EVX-nin, transformatorların və.s aktiv və reaktiv müqavimətləri daxil olur.

EŞS-nin hər hansı bir düyünü ilə yer (neytral nöqtə) arasına birləşən elementlər isə əvəz sxeminin eninə elementləri adlanır. Həmin elementlərə EVX-nin, transformatorların və s. yerə nəzərən uyğun olaraq aktiv və tutum, aktiv və induktiv keçiricilikləri və s. aid edilir.

Əvəz sxeminin aktiv elementlərinə isə bütün EHQ mənbələrini, yəni elektrik enerjisi istehsal edən bütün mənbələri misal göstərmək olar. Belə ki, həmin mənbələr elektrik şəbəkəsinin iş rejiminə birbaşa təsir edirlər.

Elektrik şəbəkə və sisteminin tam və dəqiq modelinə bir-biri ilə qarşılıqlı əlaqədə və təsirdə olan çoxsaylı obyektlər və onları xarakterizə edən parametrlər daxil olur. Əgər həmin obyektlər və onların xarakterizə edən parametrlər EŞS-nin modelində tamamilə nəzərə alınarsa, onda onun ölçüsü ifrat dərəcədə böyük olar. Belə olduqda, şəbəkənin iş rejimini təsvir edən tənliklər mürəkkəbləşər və bu tənliklərin həll edilməsi üçün tələb olunan informasıyaların həcminin artması hesabına onların həllinə ayrılan zaman artar. Elə bu səbəbdən də elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin modelləşdirilməsi zamanı, modelin sadə olması üçün yol verilən əsas amillər aşağıdakılardır:

1.Üçfazalı elektrik şəbəkələrinin modelləşdirilməsi zamanı şəbəkənin qərarlaşmış iş rejimi simmetrik qəbul edilir. Belə olduqda şəbəkənin ancaq bir fazası üçün qurulan hesabat sxemindən (birxətli sxemdən) istifadə olunur.

Üçfazalı real elektrik şəbəkələrində təlabatçıların güclərinin fazalar arasında qeyri-bərabər paylanması və onların iş rejimlərinin müxtəlifliyi nəticəsində fazalarda yüklərin, həmçinində EVX-də naqillərin yerə nəzərən müxtəlif formada yerləşdirilməsi, faza naqillərinin qarşılıqlı təsiri, naqillərin markalarının müxtəlifliyi və s. nəticəsində faza naqillərinin parametrlərinin qeyri-simmetrikliyi müşahidə edilir. Yəni hər bir fazanın yükü və naqillərin müqavimətləri bir birindən fərqlənir. Bu isə hər fazanın iş rejiminin ayrılıqda modelləşdirilməsini tələb edir. Yuxarıda qəbul edilmiş amil fazalardakı yüklərin və faza naqillərinin parametrlərinin simmetrik götürülməsinə və bir faza üçün modelin qurulmasına kömək edir. Bu zaman hesabat modelinin ölçüsü üç dəfə azalır. Təbiiki bu zaman modelin dəqiqliyi də aşağı düşür.

2. Elektrik şəbəkələrinin bütün passiv elementləri (EVX, transformatorlar, reaktorlar, kompensə edici qurğular və s.) xətti qəbul olunur. Yəni onları xarakterizə edən parametrlər şəbəkənin rejimindən asılı deyillər və sabit hesab olunurlar.

Məlumdur ki, əvəz sxeminin bir sıra parametrləri, rejim parametrlərindən asılı olaraq dəyişirlər. Məsələn, naqilin aktiv müqaviməti, naqildən axan cərəyandan asılı olaraq dəyişir.

3. Elektrik şəbəkəsinin aktiv elementləri, təlabatçıların yükünə uyğun olan cərəyan mənbələri və elektrik stansiyalarındakı generatorlar bir qayda olaraq qeyri-xəttidirlər.

4. Hesabatın aparılması zamanı sxemlər cəmlənmiş parametrli qəbul edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin