I mövzu plan Əsas anlayışlar və təriflər


§3.8.1. İkidolaqlı transformatorlar



Yüklə 1,41 Mb.
səhifə21/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.8.1. İkidolaqlı transformatorlar
Elektrik şəbəkələrinin və sistemlərinin prinsipial sxemlərinində ikidolaqlı transformatorların şərti işarəsi aşağıdakı kimi göstərilir (şək 3.12).

Şək. 3.12. İkidolaqlı transformatorun şərti işarəsi


İkidolaqlı transformatorların daxil olduğu elektrik şəbəkələrinin hesablanmasında onlar şəbəkənin əvəz sxeminə adətən sadələşdirilmiş “Г”şəkilli əvəz sxemi ilə daxil olurlar (şək. 3.13).


Şək. 3.13. İkidolaqlı transformatorun “Г”şəkilli əvəz sxemi

Şəkildən görünür ki, transformatorun əvəz sxemi uzununa və eninə sxem parametrlərindən ibarətdir. Uzununa parametrlərə transformatorun aktiv-RT və induktiv-XT müqavimətləri, eninə parametrlərə isə onun aktiv-GTvə induktiv-BT keçiricilikləri aid edilir.

Əvəz sxemində transformatorun aktiv və induktiv müqavimətləri, birinci tərəf dolağının müqaviməti ilə ikinci tərəf dolağının müqavimətinin birinci tərəfə gətirilmiş qiymətlərinin cəminə bərabərdir. İkinci tərəf dolağının müqavimətinin birinci tərəf dolağına gətirilmiş qiymətini təyin etmək üçün, ikinci tərəf dolağının müqaviməti, transformatorun transformasiya əmsalının kvadratına vurulur.

Transformatorun aktiv keçiriciliyi, maqnitləşdirici cərəyanın-Iμ onun nüvəsində yaratdığı aktiv güc itkiləri ilə şərtlənir. Reaktiv keçiriciliyi isə onun dolaqlarındakı qarşılıqlı maqnit induksiya selinə əsasən təyin edilir.

Transformatorların əvəz sxeminə daxil olan parametrlərin hesablanması üçün onun aşağıdakı kataloq göstəriciləri məlum olmalıdır:



Snom– nominal gücü, MV·A;

UY.nom, UA.nom- yüksək və alçaq tərəf dolaqlarının nominal gərginlikləri, kV;

ΔPy.iy- yüksüz işləmə aktiv güc itkisi, kVt;

Iy.i%- yüksüz işləmə cərəyanı, %Inom;

ΔPq.q– qısa qapanma aktiv güc itkisi, kVt;

Uq.q%- qısa qapanma gərginliyi, %Unom;

kT-transformasiya əmsalı.

Bu verilənlərə əsasən transformatorun əvəz sxeminə daxil olan bütün parametrləri, həmçinində transformatorlarda yaranan aktiv və reaktiv güc itkilərini də hesablamaq olar.

Elektrik şəbəkələrinin hesablanması zamanı ikidolaqlı transformatorlar aşağıdakı kimi sadələşdirilmiş əvəz sxemi ilə təsvir edilir (şək. 3.14).


Şək. 3.14. İkidolaqlı transformatorun sadələşdirilmiş əvəz sxemi


Bu sxemdə maqnitləşdirici budaq, transformatorun nüvəsində yaranan əlavə itkilər və ya yüksüz işləmə itkiləri kimi nəzərə alınır.

Transformatorun maqnitləşdirici dolağının aktiv və reaktiv keçiricilikləri, onun nüvəsində yaranan yüksüz işləmə itkiləri ilə şərtlənirlər. Həmin itkilər yüksüz işləmə təcrübəsinə əsasən təyin edilir. Bu zaman transformatorun ikinci tərəf dolağı yükə qoşulmur. Onun birinci tərəf dolağına isə transformatorun nominal gərginliyinə bərabər gərginlik verilir (şək. 3.15). Bu rejimdə transformator şəbəkədən yalnız yüksüz işləmə itkilərinə bərabər olan güc tələb edir, yəni:







Şək. 3.15. Transformatorun yüksüz işləmə əvəz və hesabat sxemləri

Belə olduqda maqnitləşdirici budağın aktiv və reaktiv keçiricilikləri həmin itkilərə əsasən aşağıdakı ifadələrlə təyin edilə bilər:




burada, gərginlik kV-la, güclər isə MVt və MVar-la ifadə olunur.

Transformatorun nüvəsindəki aktiv güc itkisi, gərginliyə əsasən təyin edilir və belə hesab olunur ki, o yük cərəyanından və gücündən asılı deyil. Belə olduqda demək olar ki, yüksüz işləmə aktiv güc itkisi, transformatorda sabit bir qiymətə malikdir və onun qiymətini kataloq qiymətinə əsasən təyin etmək olar.

Transformatorun maqnitləşdirici cərəyanının aktiv mürəkkəbəsi çox kiçik qiymətə malik olduğundan və hesabatın nəticələrinə təsiri olmadığından, onu nəzərdən atmaq olar. Eyni zamanda qeyd etmək lazımdır ki, yüksüz işləmə rejimində maqnitləşdirici cərəyan elə yüksüz işləmə cərəyanına bərabər olur. Bu isə o deməkdir ki, yüksüz işləmə cərəyanı da özünün reaktiv mürəkkəbəsinə bərabər olacaq.

Belə olduqda, yüksüz işləmə reaktiv güc itkisini aşağıdakı kimi təyin edə bilərik:

Qeyd etmək lazımdır ki, yüksüz işləmə rejimində, aktiv güc itkisi, reaktiv güc itkisindən çox-çox kiçik olduğundan, Sy.i gücü təxmini olaraq, ΔQy.i gücünə bərabər olur.Yuxarıdakı ifadəni nəzərə almaqla transformatorun reaktiv keçiriciliyini aşağıdakı kimi təyin edə bilərik:




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin