I mövzu plan Əsas anlayışlar və təriflər


§3.8.4. Üçfazalı transformatorlar və avto-transformatorlar



Yüklə 1,41 Mb.
səhifə23/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   19   20   21   22   23   24   25   26   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.8.4. Üçfazalı transformatorlar və avto-transformatorlar
Bir çox hallarda transformator yarımstansiyalarında üç nominal gərginlikdən yüksək-UY, orta-UO və alçaq-UA istifadə etmək lazım gəlir. Bunun üçün iki ədəd ikidolaqlı transformatordan istifadə etmək olar. Lakin buna nəzərən iqtisadi cəhətdən daha əlverişli olan üçdolaqlı transformatorlar və ya üçdolaqlı avtotransformatorlar tətbiq oluna bilər (şək.3.17). Üçdolaqlı transformatorun və avtotransformatorun dolaqlarının birləşmə sxemləri şək. 3.18-də göstərilib.

Şək. 3.17. Üç nominal gərginliyi olan yarımstansiyanın sxemi: a) iki ikidolaqlı transformator; b) üçdolaqlı transformator; v) avtotransformator.




Şək.3.18. Üçdolaqlı transformator və avtotransformatorun dolaqlarının birləşmə sxemləri: a) üçdolaqlı transformator; b) avtotransformator

Üçdolaqlı transformator və ya avtotransformatorun iştirak etdiyi şəbəkənin hesablanması zamanı, şəbəkənin əvəz sxeminə onlar eyni əvəz sxemi ilə daxil olurlar (şək. 3.19).




Şək. 3.19. Əvəz sxemi: a) “Г” şəkill; b) sadələşdirilmiş;

v) q.q-ma təcrübəsi


Bu transformatorlarda aktiv və reaktiv keçiriciliklər və yüksüz işləmə itkiləri, ikidolaqlı transformatorlarda olduğu kimi təyin edilir.Üçdolaqlı transformatorlarda və avtotransformatorlarda uyğun dolaqların aktiv və reaktiv müqavimətlərini təyin etmək üçün yüksək-orta, yüsək-alçaq və orta-alçaq dolaqları arasındakı qısa-qapanma aktiv güc itkiləri (ΔPqq(Y-O),ΔPqq(Y-A), ΔPqq(O-A)) və qısa qapanma gərginlikləri (uqq(Y-O)%, uqq(Y-A)%, uqq(O-A)%,) verilməlidir. Bu qiymətlərin hər biri q.q-ma təcrübəsinə əsasən təyin edilir. Bu təcrübənin nəticəsinə uyğun olaraq transformatorun dolaqları arasındakı aktiv müqavimətlərin cəmi aşağıdakı kimi təyin edilir:




Bu tənlikləri birlikdə həll edərək transformatorun uyğun dolaqlarının müqavimətlərini aşağıdakı kimi təyin edirik:

Burada:


Əgər, üçdolaqlı transformatorda bütün dolaqların gücləri bir-birinə bərabər olarsa, onda dolaqların aktiv müqavimətləri aşağıdakı kimi təyin edilməlidir:



Anoloji olaraq transformatorun dolaqlarının reaktiv müqavimətlərini təyin edə bilərik. Lakin bu zaman uyğun dolaqlar arasındakı q.q-ma gərginliklərindən istifadə etmək lazımdır.




Bu tənliklərin birgə həllindən:

alırıq.


Burada

Əgər, XT(Y-O), XT(Y-A)XT(O-A) məlum olarsa, onda uyğundolaqların reaktiv müqavimətlərin aşağıdakı kimi də təyin etmək olar:



Burada qeyd etmək lazımdır ki, üçdolaqlı transformatorun əvəz sxeminin budaqlarından birinin (adətən orta gərginlik dolağının) müqaviməti sıfıra yaxın alınır. Üçdolaqlı transformatorlarda və avtotransformatorlarda yaranan ümumi güc itkiləri, ikidolaqlı transformatorlarda olduğu kimi aşağıdakı qaydada təyin edilir:



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin