I mövzu plan Əsas anlayışlar və təriflər


Mövzu 9: Elektrik veriliş xətlərində güc və enerji itkiləri



Yüklə 1,41 Mb.
səhifə31/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   27   28   29   30   31   32   33   34   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

Mövzu 9: Elektrik veriliş xətlərində güc və enerji itkiləri
Elektrik enerjisinin, onu istehsal edən stansiyalardan təlabatçılara qədər ötürülməsi zamanı, şəbəkənin bütün elementlərində aktiv və reaktiv güc və enerji itkiləri ayrılır. Bu itkilər müxtəlif gərginlikli kabel və hava xətlərində, həmçinin də yüksəldici və alçaldıcı yarımstansiyaların transformatorlarında yaranır.

Orta hesabla enerji sisteminin şəbəkələrindəki itkilər, şəbəkəyə ötürülən enerjinin təxminən 10 %-inə qədərini təşkil edir. Bu itkilərin çox hissəsi elektrik veriliş xətlərində, az hissəsi isə transformatorlarda yaranır (transformatorlarda yaranan güc itkilərinə III-cü-fəsildə baxılıb).

Aktiv və reaktiv müqavimətləri uyğun olaraq RX olan üçfazalı xəttin hər hansı bir hissəsində aktiv və reaktiv güc itkiləri:



düsturları ilə təyin olunur. Burada, I-yük cərəyanıdır və o ötürülən tam gücü:

xarakterizə edir. Burada, P- aktiv güc (mexaniki, istilik, işıq gücünə çevrilən güc); Q-reaktiv gücdür (mühərriklərdə, transformatorlarda və elektrik veriliş xətlərində elektromaqnit sahəsinin yaranmasına sərf olunan güc).

Elektrotexnikanın nəzəri əsasları kursundan məlumdur ki, üçfazalı dövrədə tam güc aşağıdakı kimi təyin edilir:



burada, UI uyğun olaraq gərginlik və cərəyanın təsiredici qiymətləridir. Tam gücün bu ifadəsindən, cərəyanı aşağıdakı kimi təyin edib,

aktiv və reaktiv güc itkilərinin yuxarıdakı düsturlarında yerinə yazsaq (burada, U-xətt gərginliyidir), onda aşağıdakı ifadələri alarıq:

və ya S [MV·A] və U [kV] olduqda, aktiv və reaktiv güc itkiləri




kimi təyin edilər.

Qeyd etmək lazımdır ki, elektrik şəbəkəsinin iş rejiminin təhlil olunması zamanı aktiv və reaktiv güc itkiləri böyük maraq kəsb edir. Lakin şəbəkə yalnız enerji itkilərinə əsasən təhlil olunarsa, onda ancaq aktiv enerji itkiləri praktiki olaraq daha böyük əhəmiyyət kəsb edir. Reaktiv enerjinin hesablanması bu zaman praktiki əhəmiyyət daşımır.

Hava EVX-də yüksüz işləmə itkiləri faza naqilləri ətrafında tacın yaranmasına sərf olunan itkilərlə, həmçinində izolyatorlardan axan sızma cərəyanlarının onun materialında yaratdığı itkilərlə xarakterizə olunur.

Tac itkiləri naqilin en kəsiyinin sahəsindən, onun işçi gərginliyindən, fazaların konstruktiv quruluşundan və havanın quruluğundan, nəmliyindən, naqillərin səthinin qırovla örtülməsindən və s. asılıdır.

Qiyməti (0,5-1) mA olan sızma cərəyanlarının izolya-torlarda yaratdığı itkilər isə, izolyatorların çirklənmə dərəcəsindən, havanın növündən və EVX-nin 1 km-nə düşən dayaqların sayından asılıdır.

Əgər şəbəkənin, generatorların və təlabatçıların aktiv və reaktiv gücləri və həmçinində ayrı-ayrı düyünlərdəki gərginlikləri ilə xarakterizə olunan iş rejimi hər hansı bir t-zamanı ərzində dəyişməz qalarsa, onda enerji itkilərini çox sadə yolla aşağıdakı kimi təyin etmək olar:



Həqiqətdə isə şəbəkəni xarakterizə edən parametrlər daimi olaraq müəyyən dəyişikliyə məruz qaldığından, ona uyğun olaraq güc itkiləridə dəyişilir.

Beləliklə, göstərmək olar ki, yüklü rejimdə EVX üçün enerji itkilərini, naqilin uzunluğu boyu aktiv müqavimətin-R və gərginliyin-U dəyişməzliyi şəraitində, sonsuz kiçik zaman kəsiklərinə uyğun yaranan aktiv güc itkilərini cəmləməklə (inteqrallamaqla) aşağıdakı kimi təyin etmək olar,



və ya (4.1) düsturundan -nin qiymətini burada nəzərə alsaq, aşağıdakı ifadəni alarıq,



burada, S-zamandan asılı olan və xətlə ötürülən tam gücün funksiyasıdır.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin