1-ci kateqoriya elektrik enerjisi təlabatçıları-birinci kateqoriya elektrik enerjisi təlabatçılarına elə təlabatçılar aid edilir ki, orada elektrik enerjisinin kəsilməsi zamanı:
- insan həyatı üçün təhlükə yaranır;
-avadanlıq zədələnir;
-kütləvi şəkildə məhsul zay olur;
-mürəkkəb texnoloji proses pozulur;
-şəhər təsərrüfatının xüsusilə vacib olan elementlərinin işi pozulur.
2-ci kateqoriya elektrik enerjisi təlabatçıları- bu kateqoriyalı elektrik enerjisitəlabatçılarına elə təlabatçılar aid edilir ki, orada elektrik enerjisində yaranan fasilə:
-məhsulun kütləvi şəkildə buraxılmamasına;
-işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının boş dayanmasına;
-şəhər əhalisinin nəzərəçarpacaq miqdarda olan hissəsinin normal fəaliyyətinin pozulmasına səbəb olur.
Dostları ilə paylaş: |