AİZ-in əsas fəaliyyət istiqamətləri
Ticarət zonaları
|
Sənaye zonaları
|
Texniki zonalar
|
Servis zonaları
|
Güzəştli gömrük
|
idxal zonaları
|
Texnopolis
|
Ofşor zonalar
|
Təchizat anbarları
|
İxrac zonaları
|
Texnopark
|
Maliyyə mərkəzləri
|
Azad liman
|
Sənaye parkları
|
İnnovasiya mərkəzi
|
Bank xidmətləri
|
Azad ticarət zonası
|
Elmi-texniki parklar
|
|
iaşə xidmətləri
|
Rüsumsuz mağazalar
|
|
|
Ekoloji parklar
|
AİZ-də investora dövlət qanunvericiliyi tərəfindən hüquq və zəmanətlər verilir, şirkətləri təmsil edən müəssisələr sadələşdirilmiş qaydada qeydiyyata alınır. Gömrük məntəqələrində əlavə rüsum alınmır. İdxal və ixrac əməliyyatları isə daha asan həyata keçirilir.
Beynəlxalq şirkətlər AİZ-ə əlverişli güzəştlər və yüksək mənfəət imkanı kimi baxır. Şirkətlər istehsalı genişləndirməklə regionun davamlı iqtisadi inkişafına nail olur; məsələn, Asiyada yerləşən AİZ-də transmilli şirkətlərin mənfəəti 40%-dən çoxdur.
14 aprel 2009-cu ildə “Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olunmuşdur. Qanuna əsasən, AİZ-in yaradılması üçün zəruri olan infrastruktur (yol, elektrik enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Bundan başqa, AİZ-ə tələb olunan - güzəştli gömrük, azad ticarət, vergilərdən azad, investisiyaların genişlənməsi məqsədilə şəraitin yaradılması və s. şərtlərin yerinə yetirilməsi üçün əsasnamə hazırlanmışdır.
Azərbaycanda dünya standartlarına uyğun Ələt AİZ-in yaradılması istiqamətində işlər görülür. Ələtin dəniz sahilində, düzənlik ərazidə, paytaxta yaxın və respublikanın digər bölgələrini birləşdirən dəmir yolu, avtomobil magistrallarının üzərində yerləşməsi məntəqənin AİZ üçün əlverişli mövqeyini göstərir. Gələcəkdə Ələt AİZ- in liman, nəqliyyat qovşağı və azad ticarət zonası kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.
Dostları ilə paylaş: |