İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Bağışlanmaq istəyindən ibarət olan mühüm məsələni xatırlamaq



Yüklə 391,59 Kb.
səhifə95/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   91   92   93   94   95   96   97   98   ...   226
Bağışlanmaq istəyindən ibarət olan mühüm məsələni xatırlamaq

Mən ötən il mübarək ramazan ayının bu günlərində bu mübarək ayda tövbə etmək və bağışlanma istəmək barədə geniş söhbət etdim. Bu gün yenidən bu barədə bir elmi məsələ, yaxud Quran və hədis mövzusu kimi söhbət etmək niyyətim yoxdur. Sadəcə, çox mühüm və əziz olan mübarək qədr gecələrinin yaxınlaşması münasibəti ilə bu məsələni yada salmaq istəyirəm.

Mənim əzizlərim! Qardaş və bacılar! Birinci addım Allah-Taaladan bağışlanmaq istəmək və Allaha qayıtmaqdır. Tövbə odur ki, biz Allaha sarı qayıdaq. Siz harada olsanız, kamilliyin hansı həddində olsanız, hətta Əmirəlmöminin (ə) həddində olsanız da, bağışlanma diləməyə ehtiyacınız var. Allah-Taala Peyğəmbərinə (s) buyurur: "Günahının bağışlanmasını dilə"2; "Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə"1. Allah-Taala Quranda dəfələrlə Peyğəmbərinə (s) "bağışlanmaq dilə" deyə buyurmuşdur. Peyğəmbər (s) məsum olsa da, günah etməsə də və Allahın əmrindən çıxmasa da, ona bağışlanmasını diləməyi əmr edir.

Əlbəttə, ölvliyaların və böyük insanların bağışlanma diləməsinin növü başqa bir mövzudur. Onlar bizim kimilərin etdiyi günahlara görə bağışlanmaq istəmirlər. Onlar belə günahları etmirlər, onların məqamları ucadır. Onlar Allaha çox yaxın olduqlarından, bizə halal və bəlkə də müstəhəb olan bəzi işlər onlar üçün maneədir. Onlar bu məqama uyğun şəkildə bağışlanmaq istəyirlər; həm də bu, ciddi istəkdir, formal deyil.

Kumeyl duasına baxın. Rəvayətlərə görə bu dua Əmirəlmöminindən (ə) nəql olunmuşdur. O həzrət Kumeyl duasında əvvəldə əfv diləməyə başlayır. Əvvəlcə Allahı adına, qüdrətinə, əzəmətinə, calal və camal sifətlərinə and verir və sonra bağışlanmaq istəməyə başlayır: "İlahi! Mənim həya pərdələrini yırtan günahlarımı bağışla"2. Əbu Həmzə Sumali duası və bu böyük insanların etdiyi digər dualar da belədir. Mənim və sizin əfv diləməyə ehtiyacımız var. Ey əziz möminlər! Ey pak və təmiz qəlbli insanlar! Məbada məğrur olub deyəsiniz ki, biz günah etməmişik. Xeyr! Biz bilmədən və bilərəkdən çoxlu günahlara qərq olmuşuq. Bizim gördüyümüz yaxşı işlər Allahın nemətləri və ilahi şükrün haqqı qarşısında heç nədir. Biz layiqincə şükür edə bilmərik, bunu bacarmarıq. Məgər insan ilahi lütf və mərhəmətə bir an da ehtiyacsız ola bilərmi?! Həmişə möhtacıq, həmişə də Allah bizə lütf edir: "Sənin xeyrin bizə nazil olur".3 Biz isə layiqli şükür etməyə acizik və hər halda əfv diləmək lazımdır.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin