İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə20/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   127

Bir qılınc düzəldək tiyəsi polad


Çalaq gözlərə ki, qəlb ola azad.
Qəlb naməhrəmə baxılmasını istəyir. Qəlbi qorumaq, onun ixtiyarını əlimizə almaq istəyiriksə, gözə nəzarət etməli, onu lazımsız şeylərə baxmaqdan çəkindirməliyik. Çalışmalar vasitəsi ilə, tədricən qəlbin xoşagəlməz meyl və istəklərini ondan uzaqlaşdırmaq, bu haldan uzaqlığı səbr və dözüm vasitəsi ilə qəlbdə sabitləşdirmək lazımdır. Başqa sözlə, əgər qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalarla, səbr və dözümlə ona bu halın tərkini vərdiş etdirməliyik. Yə’ni «riyazət» vasitəsi ilə qəlbə, xoşlamasa da, naməhrəmə göz yummağı öyrətməliyik. «Riyazət» sözünün lüğət mə’nası «idman, məşq»-dir. Bu elə həmin çalışmadır. Demək, qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalar və məşqlər vasitəsi ilə onu xoşlamadığı çətin işlərə vadar etməli və bu yolla tərbiyələndirməliyik. Necə ki, bir şəxs pəhlivanlıq məqamına çatmaq istədikdə bədənini möhkəmləndirməli, məsələn, yüngül və ağır daşlar qaldırmalı, ağrılı hərəkətlər yerinə yetirməlidir. Mə’nəvi işlərdə də qəlb təmayüllərinə, nəfs istəklərinə hakim olmaq, qəlbin ixtiyarını ələ almaq istəyən şəxs bu sahədə məşqlər etməlidir. Mə’nəviyyat meydanının məşqi budur ki, qəlbə səbr və dözüm adət etdirilsin, bu məşqlər vasitəsi ilə qəlb öz istəyindən əl çəkməyə vərdiş versin. Yalnız bu yolla mənəvi mübarizə meydanının qəhrəmanı olmaq mümkündür.

«Təsəbbür» insanın özünü səbrə məcbur etməsidir. Başqa sözlə, təf’il və təkəllof, yə’ni bir şeyi zəhmətlə qəbul etmək. Səbr etmək asan iş deyil. Əksinə, xeyli zəhmət və təlaş lazımdır ki, insan özünü səbrə vadar etsin. Məsələn, harama baxmaq istəmiriksə, çalışmalı, bəzi halal şeylərə də göz yummalıyıq. İnsan təbii olaraq, o yan-bu yana baxır. Ona görə də özümüzə nəzarət etməyimiz xeyli çətindir. Olsun ki, bu iş özünü zindana salmaq kimi çətindir. Əgər harama düçar olmaq istəmiriksə, halal baxışımıza da nəzarət etməli, özümüzə tam hakim olmalıyıq. Məsələn, bir məşq olaraq, namazdan sonra bir neçə dəqiqəlik gözünü yerə dik, təqibat və təsbihat oxu, dua et! İnsan səbr və dözüm məşqləri ilə güc tapıb, özünə nəzarət edə bilir, öz qəlbinin ixtiyarını ələ alır. İnsan qəlbi cilovu qırılmış at kimidir. O istədiyi cəhətə yön alır. Qəlbi səbrdən başqa heç bir başqa vasitə ilə cilovlamaq mümkün deyil. Əgər qəlbinizi cilovlamaq istəyirsinizsə, xoşlamadığınız işlərə səbr etməli, özünüzü bu səbrə məcbur etməlisiniz. Məşq etməli, «riyazət» çəkməli, qəlb istəklərinizi məhdudlaşdırmalı, xoşlamadığınız işlərə səbr etməlisiniz.



Dünyəvi həyatın tələblərindən olan təbii və adi çətinliklərdən əlavə, başqalarının yaratdığı problemlər qarşısında da dözümlü olmaq lazımdır. Bə’zən müəyyən şəxslərdən elə hərəkətlər baş verir ki, bu hərəkətlərə də dözmək, bir növ, dərinə getməmək lazım gəlir. Xüsusi ilə, mö’min bir şəxs belə bir hərəkətə yol verdikdə hər hansı bir dözümsüzlük onun xəcalət çəkməsinə bais ola bilər. Belə yerdə səbir etməklə həmin mö’minin abır və heysiyyətini qorumaq lazımdır. Başqalarının müəyyən əməllərinə dözməyin savabı bə’zən illərcə ibadətin savabından çox olur və insanın ruhi və mə’nəvi təkamülündə daha tə’sirli olur. Hər halda xoşlanmayan işlərə dözmək, çətinliklərə səbr etmək, onlara adət etmək bais olur ki, insan yavaş-yavaş qəlbinin ixtiyarını ələ alsın və öz qəlb istəklərinə nəzarət etməklə onu həvəslərdən qorusun.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin