İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə63/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   127

BAĞIŞLAMAQ QAYDASI


İctimai həyatda zəruri işlərdən biri də bağışlamaq, əl tutmaq kimi xeyirxah fəaliyyətlərdir. Vəsiyyətnamənin bu hissəsində Həzrət Əli (ə) uyğun məsələ ilə bağlı ümumi bir qayda açıqlayır. İnsanlar arasında rabitələrin, iqtisadi fəaliyyətlərin möhkəmlənməsi üçün həmin bu əxlaqi qaydaya əməl etmək kifayətdir.

Əlbəttə, əgər bu əlaqələrin ictimai yönümünü bir kənara qoyub, uyğun sözlərə başqa bir prizmadan baxsaq, görərik ki, Həzrət (ə) ictimai əlaqələrdən başqa, iqtisadi xeyirli işlərin üsulunu bəyan edir və buyurur: «Mehribanlıqla imtina, çox olsun ki, qaşqabaqlı şəkildə bağışlamaqdan üstündür». Bağışlamaq çox gözəl bir əməl olsa da, ictimai əlaqələrin möhkəmlənməsində müsbət tə’sir göstərsə də, qaşqabaqla, minnət qoyaraq bağışlamaqdansa, bu işi görməmək daha yaxşıdır. Ətrafımızda bir çox insanlar başqalarına xidmət göstərir və öz səxavətlərini əsirgəmirlər. Təəssüf ki, bu xeyirxahlıq minnət və qaşqabaqla müşayiət olunduqda onun gözəlliyi itir. Hansı ki, Allah-təala buyurmuşdur: «Ey iman gətirənlər, sədəqələrinizi riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla, əziyyət verməklə puça çıxarmayın».1

Demək, kimsəyə bir şey bağışlamadan insanlarla mehriban, mülayim rəftar etmək minnətlə bağışlamaqdan daha yaxşıdır. Aydın məsələdir ki, ictimai əlaqələri qorumaq, xüsusi ilə, iman əhli arasındakı bağlılıqların gücləndirilməsi üçün qarşılıqlı yardım çox faydalıdır. Bir şərtlə ki, bu köməklər minnətlə müşayiət olunmasın. Belə halda qarşı tərəf xəcalət çəkir və özünü alçalmış hiss edir. Qarşı tərəfə hörmətsizlik göstərməklə ona nə isə bağışlamaqdansa, sadəcə xoşrəftarlı olub, mülayim davranmaq daha üstündür. Şübhəsiz ki, ictimai əlaqələrdə, xüsusi ilə maddi yardım göstərilməsində hamıdan qabaq yaxınlar nəzərə alınmalıdır. İslam dininin tə’kidli göstərişlərindən biri insanın öz qohum-əqrabasına yardım göstərməsi, onları yoxlaması, yə’ni «sileyi-rəhm»dir. İctimai əlaqələrin möhkəmlənməsində bu işin xüsusi əhəmiyyəti vardır. Qohumluq əlaqələrinin möhkəmləndirilməsində maddi yardımlar olduqca tə’sirlidir. Təəssüf ki, dövrümüzdə bu məsələyə lazım olduğu qədər diqqət yetirilmir. Bir çoxlarımız bu şər’i və əxlaqi vəzifələrimizi, ümumiyyətlə yaddan çıxarmışıq. Hansı ki, «sileyi-rəhm», yə’ni qohumlarla əlaqələrin möhkəmləndirilməsi onlara maddi yardımlar olduqca təsirlidir. Təəssüf ki, dövrümüzdə bu məsələyə lazım olduğu qədər diqqət yetirilmir. Bir çoxlarımız bu şər’i və əxlaqi vəzifəmizi, ümumiyyətlə yaddan çıxarmışıq. Bu əlaqələrin möhkəmlik dərəcəsi nəzərdə tutulmuş şərtlərə əsasən müəyyənləşdirilir. İstisna hallar da mövcuddur. Hər halda bu mövzular ciddi araşdırılmalıdır. Xalqın bu qaydalara riayət etməsi, onların təşviq olunması xüsusi əhəmiyyət kəsb edir. İnsanlara xatırladılmalıdır ki, uyğun qaydaya riayət etməsələr, hansı zərərlərlə üzləşəcəklər. Xüsusi ilə xatırladılmalıdır ki, qohumluq əlaqələrinin qırılması «kəbirə», yə’ni böyük günahlardandır. Bə’zi hallarda qohumluq əlaqələrinin qorunması vacib sayılmışdır. Sözsüz ki, heç də bütün qohumlar qohumluq əlaqələrini dərinliyinə görə eyni deyildirlər. Daha yaxın qohumun haqqı daha da böyükdür və qohumlar arasında ehtiyaclı olanlara daha çox diqqət ayrılmalıdır. Məhz bu baxımdan varlı insanlara tövsiyyə olunur ki, öz zəif qohumları ilə əlaqəni kəsməsinlər. İmkansız qohum da öz növbəsində varlı qohumlarla yaxınlıq etməlidir. «O mənə möhtac deyil, onun qapısına getsəm, elə bilərlər ki, umacağım var» kimi bəhanələrlə varlı qohumdan üz döndərmək düzgün deyil.

İnsan heç bir şəraitdə sileyi-rəhmi tərk etməməlidir. Bu vəzifəyə zəruri həddə əməl olunmalıdır. Sadəcə, hal soruşmaqla da olsa, əlaqələr qorunmalıdır. Əlbəttə ki, bu işdə şəxsiyyət də qorunmalıdır. Sileyi-rəhm o demək deyil ki, insan öz hörmətini ayaq altına atsın. İnsan bacardığı qədər hörmət göstərməli və imkanı həddində bağışlamalıdır. Amma heç bir halda sileyi-rəhmi tərk etmək olmaz. Sileyi-rəhm fəqirlərə kömək etmək deyil. Yoxsullara yardım tamamilə ayrı bir vəzifədir. Sileyi-rəhmə münasibətdə nə varlı insan öz yoxsul qohumunu, nə də yoxsul insan öz varlı qohumunu yaddan çıxara bilər. Şərait nəzərə alınmaqla bu vəzifəyə əməl olunmalı və qohumluq əlaqələrinin möhkəmlənməsi üçün sə’y göstərilməlidir. Çünki bu rabitə təbii şəkildə ictimai əlaqələri möhkəmləndirir. Sileyi-rəhm etmək böyüklük əlamətidir.

Söhbətin davamında Həzrət Əli (ə) sileyi-rəhmin, yə’ni qohumluq əlaqələrinin qırılmasının nəticələri haqqında danışır: «Əgər yaxınlarından üz döndərsən, kim sənə e’timad göstərəcək?!» Bu halda kim sənə kömək üçün əl uzadar?! Çünki sənin qohumlarla pis rəftarın onları səndən uzaq salar. Hətta başqaları da insanı öz qohumları ilə pis rəftarını görüb, ondan ümidlərini üzə bilərlər. Düşünərlər ki, əgər bu insan öz yaxınları ilə belə rəftar edirsə, ondan heç bir xeyir iş gözləmək olmaz. Mö’minlər arasındakı gözəl rabitə tələb edir ki, onlar öz rəftarları ilə başqalarının kömək istəməsinə rahat şərait yaratsınlar. Mö’min elə olmalıdır ki, ehtiyaclı şəxs ondan istəməyə çəkinməsin.

Əlbəttə ki, bir şəxsin öz hörmətini qoruyub, kimsəyə ağız açmaması tamamilə başqa bir mövzudur və bu işin mö’minlər arasındakı rabitə mövzusuna aidiyyatı yoxdur. «İzzəte-nəfs» adlanan gözütoxluq və şəxsiyyətin qorunması xasiyyəti insanı başqalarına əl açıb, özünü sındırmaqdan çəkindirir. Belə insan öz olanları ilə kifayətlənməyə üstünlük verir. Amma bu o demək deyil ki, imkanlı insanlar ehtiyaclıları yaddan çıxarıb, onların problemləri haqqında düşünməməlidirlər. Çünki yuxarıda zikr olunmuş iki tövsiyyə arasında heç bir ziddiyyət yoxdur. Əksinə hər iki sifariş ictimai həyatda bir-birini tamamlayaraq, bir sıra problemləri həll edir.

Bundan əlavə, digər bir bəyənilmiş rəftar da mövcuddur və bu yuxarıdakı iki tövsiyyəni formalaşdırır. Bu gözəl tövsiyyədə imkanlı adamlara tapşırılır ki, ehtiyaclıların sıxılmadan müraciət edə bilmələri üçün siz də arabir onlara, gücü daxilində olan bə’zi xahişlərlə müraciət edin. Belə etsəniz, onlar səmimi şəkildə öz ehtiyaclarını sizə bildirərlər. Unutmamalıyıq ki, Allah-təala insanların məhz Ona böyük təvəkkül edərək, ehtiyaclarını Onun qərar verdiyi vasitələrdən diləmələrini istəmişdir. Bu vasitələrdən biri də müxtəlif şərtlərə, eləcə də, izzəti nəfs və Allaha təvəkkül şərtlərinə əməl etməklə başqalarından kömək istənilməsidir.

Əslində ictimai əlaqələr müxtəlif ehtiyacların tə’min olunması üçün Allah-təalanın qərar verdiyi bir yoldur. İctimai rabitələrin forması, keyfiyyəti, mərtəbələri vardır və bütün bunlara riayət olunmalıdır. Yalnız bu halda cəmiyyət sağlam ola bilər. Qeyri-sağlam ictimai əlaqələrin nişanələrindən biri budur ki, bu cəmiyyətin üzvləri bir-birlərinin köməyindən faydalanmaq istəmirlər. Onlar tanımadıqları adamlara öz yaxın adamlarına nisbətən daha həvəslə müraciət edirlər. Şübhəsiz ki, belə bir rabitə heç vaxt bəyənilə bilməz. Sağlam islami cəmiyyətdə insanlar labüd problemlərin həllində bir-birlərindən faydalanmalıdırlar. Bir cəmiyyətdə ki, insan insanın dərdinə şərik deyil, bu cəmiyyət sağlam hesab oluna bilərmi?! İki qonşunun bir-birinə kömək etməsi nəinki əxalaqa və şəriətə zidd deyil, hətta sağlam islami rabitələr belə bir ruhiyyə tələb edir. Çünki insanlar arasındakı sağlam və mehriban ünsiyyət bu ruhiyyəni zəruri edir. Bəli, sağlam cəmiyyətdə insan insanı həvəslə köməyə çağırır və bir-birinin çağrışına həvəslə cavab verirlər. Əgər cəmiyyətdə bu sayaq səmimi bağlılıqlar mövcud olmasa, onda kimsə öz yaxınlarına müraciət etmək istəməz, onları köməyə çağırmaqda çətinlik çəkər. Beləcə, izzəti-nəfsi, şəxsiyyəti qorumaq şərti ilə İslam bizi başqalarının yardımlarından istifadə etməyə çağırır. Digər bir tərəfdən imkanlı insan özü başqalarının köməyinə tələsməlidir. Elə bir şərait yaratmalıdır ki, başqaları ona sıxılmadan müraciət edə bilsinlər. Əlbəttə ki, bu mühüm məsələ səmimiyyət və məhəbbətin ölçüsündən asılıdır.

Unutmamalıyıq ki, bu qarşılıqlı yardımlarda yaxınların və qohum-əqrəbanın payı daha böyükdür. Əgər qohum-əqrəbaya lazımınca diqqət yetirməsək, şəksiz ki, başqaları da bizi məzəmmət edəsidir. Eləcə də, qohumlara kömək etməsək, kim bizə ümid gözü ilə baxar?! Axı qohum-əqrəbasından üz döndərmiş insana necə e’timad göstərmək olar?! Şəksiz ki, belə insanlara kimsə ağız açmaq istəməz.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin