İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə59/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   127

otuz üçüncü dərs




İCTİMAİ ƏLAQƏLƏR




«Yaxşılıqla bağışla. Xalqla gözəl surətdə danış. Bu söz cəmiyyət üçün necə də hikmətlidir. Özün üçün istədiyini xalq üçün də istə. Özün üçün xoşlamadığını, onlar üçün də xoşlama. Az olar ki, birinə münasibətdə hövsələsizlik edib, salamat qalasan və ya ehsan edib peşiman olasan. Həqiqətən də, əhdə vəfa böyüklükdür. Üz döndərmək kin-küdurət nişanəsidir. Bəhanə axtarmaq xəsislik əlamətidir. Mehribancasına imtina, olsun ki, qaşqabaqlı halda əta etməkdən üstündür. Yaxınları yoxlamaq («sileyi-rəhm») böyüklükdəndir. Əgər yaxınlarından üz döndərsən, kim sənə e’timad göstərəcək?! Pis işin israrı (təkrarı) əlaqələrin qırılması səbəblərindəndir. Qardaşın üz döndərdikdə özünü onunla yaxınlığa vadar et. Sənə arxa çevirsə, sən mehribanlığını kəsmə. O xəsislik etsə, sən bağışlamaqdan qalma. Səndən qaçsa, sən yaxınlaşmaqda davam et. Əgər tündlük göstərsə, mülayimliyindən qalma. Günaha yol versə, üzrünü qəbul et. Elə bil ki, onun qulusan və sənə ne’mət verən odur. Məbada, lazımsız, ləyaqətsiz adamlara belə yaxşılıqlar edəsən».1

Əqlə görə ictimai həyat qəti zərurətlərdəndir və insanın belə bir həyat tərzindən boyun qaçırmaq imkanı yoxdur. İnsanı ictimai həyata səsləyən qüvvə və bu həyat tərzini onun üçün asanlaşdıran amillər insanı ictimai əlaqələrin tənzimlənməsinə də’vət edir. İlahi məqsədlərə yalnız bu yolla çatmaq mümkündür. Qanunsuz və pərakəndə cəmiyyət məqbul sayılmır. Ağıl belə bir ictimai həyatı qəbul etmir və insanları bu cəmiyyətin mənfiliklərindən qorumaq üçün ondan kənarlaşmağa çağırır. Ona görə də deyə bilərik ki, yalnız sağlam ictimai əlaqələrin hakim olduğu bir cəmiyyət normal sayıla bilər. Ağıl yalnız belə bir həyatı tövsiyyə edir. Əqli zərurətlərdən əlavə, dövrün praktiki ən’ənələri də bizi ictimai həyata vadar edir. Məsələnin mühümlüyünü nəzərə alaraq, belə bir həyatın bə’zi mühüm əsaslarını və onun tənzimlənib möhkəmləndirilmə yollarını araşdıraq.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin