İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə55/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   127

TAMAHKARLIQ DÜŞÜNCƏSİZ ƏMƏLDİR


İstər mö’minlərə, istərsə də qeyri-mö’minlərə ünvanlanmış digər bir əxlaqi göstəriş tamahkarlıqdan çəkinməkdir. Bir çox hallarda insan daha böyük faydalara çatmaq üçün əlindəki xeyir işi boşlayır. Hansı ki, bu iş ağıla müvafiq deyil. Hər birimiz ətrafda uyğun halları müşahidə etməklə yanaşı, bə’zən özümüz də belə bir səhvə yol veririk. Bir də görürsən şəhərdə hay düşür ki, filan mal bahalaşacaq. Əksəriyyət əlində olan malı satıb, həmin maldan alıb yığmaq, sonra satıb varlanmaq fikrinə düşür. Heç şübhəsiz, belə bir əməl xoşagəlməzdir. Əslində belə bir münasibət Allaha e’timadsızlığın nümunəsidir. Bu hərəkətə tamahkarlıqdan başqa nə ad vermək olar?! Bu əməl əxlaqi və dini cəhətdən bəyənilməməklə yanaşı, əqli cəhətdən də qəbul edilməzdir. Bə’zən insan ağlını işə salıb, yaxşı götür-qoy etdikdən sonra alış-veriş edib, mənfəət götürür. Belə bir işin heç bir eybi yoxdur, çünki bütün insanlar öz maddi ehtiyaclarını tə’min etmək üçün çalışırlar. Məsələn, əkinçi əkdiyi hər toxumdan qat-qat artıq sayda toxum əldə etməklə öz ehtiyaclarını tə’min edir. Yə’ni əlində olanı torpaqda yatırdır ki, bir müddət sonra məhsul götürsün. Sözsüz ki, belə bir iş ağıla müvafiqdir. İnsan faydalanmaq ümidi ilə zəhmət çəkir. O bir müddət sonra qazanc əldə etmək üçün əlində olanı bir növ dövriyəyə buraxır. Bə’zən isə tamah insana elə güc gəlir ki, o əlində olan sərmayəni düşüncəsiz bir məqsədlə əlindən çıxarır və ümid edir ki, on il sonra çox böyük qazanc götürəcək. Bu həm ağıl, həm də din nöqteyi-nəzərdən məqbul deyil və məzəmmət olunur. Həzrət Əli (ə) vəsiyyətinin bu yerində buyurur: «Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma!» Belə bir iş görən insan əlindəki nağd sərmayədən də məhrum qala bilər. Belə vəziyyətlərdə əldə olan sərmayəni qorumaq, onu qənimət bilmək daha ağlabatandır. Belə bir işi yalnız iki şərt daxilində görmək olar: 1. Bu arzunu ağılın mühakiməsi təsdiq etsin, yə’ni görüləcək işin mənfəətinə şübhə qalmasın. 2. Bu faydaya çatmaq yolu düzgün olmalıdır.

Həzrət Əlinin (ə) bu öyüdləri insanı hərislik və tamahkarlıqdan çəkindirir. Belə ki insan bə’zən tamahkarlıq ucbatından əlində olan sərmayəni ağılsız bir iş yolunda əldən çıxarır. Belə bir iş əqli baxımdan düzgün deyil və İslam baxımından da məzəmmət olunmuşdur. Çünki Allaha ümidvar olan, e’timad göstərən insan heç vaxt belə hərəkət etmir.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin