ƏMANƏTDARLIQ
Bə’zi dəyərlər üçün isə müsbət və mənfi olmasına baxmayaraq istisna halları yoxdur. Bu dəyərlərə hər şəxs, hər yerdə, hər zaman riayət etməlidir. Bu dəyərlərdən biri əmanətdarlıq, əmanətə vəfadır. Bu dəyər üçün heç bir istisna hal yoxdur. Əgər bir şəxs sizə əmanət tapşırmışsa, istənilən bir halda bu əmanəti qorumaq lazımdır. Əgər tapşırılan əmanəti qəbul etmisinizsə, onu qorumağa borclusunuz. Əmanət tapşıranın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Heç bir istisna halda əmanətdarlıqdan imtina etmək olmaz. Zamanın, məkanın, əmanət tapşıranın və onu qəbul edənin əmanətdarlığının mahiyyətinə və dəyərinə heç bir tə’siri yoxdur. Əmanət bütün hallarda qorunmalıdır. Ona görə də hətta kafir bir şəxs sizə əmanət tapşırmışdırsa, onu qoruyub, vaxtında sahibinə qaytarmalısınız. Hətta əgər düşməndən əmanət qəbul etmişsinizsə, bu əmanətə xəyanət etmək olmaz.
Olduqca maraqlı bir rəvayətdə İmam Səccad (ə) buyurur: «Əgər atamın qatili öz qılıncını mənə əmanət tapşırsa, onun əmanətini qoruyub, özünə qaytararam». Unutmayın ki, bu sözü deyən imam Səccaddır (ə) və o, atasının qatilinin əmanəti haqqında danışır. Olsun ki, varlıq aləmində bundan yetərli misal çəkmək mümkünsüzdür. Uyğun rəvayətdən göründüyü kimi əmanətə münasibətdə heç bir istisna hal yoxdur. Ona görə də imam (ə) qəti şəkildə əmanətin toxunulmazlığına öz münasibətini bəyan edir.
Mə’lum məsələdir ki, insan əmanəti qəbul etməyə də bilər. Əmanəti qəbul etməmək ona xəyanət etməkdən fərqli bir hərəkətdir. Amma elə ki əmanət qəbul olundu artıq onu qorumaq vacib olur. Əmanətə vəfalı olmaq, ona xəyanət etməmək heç bir mübahisə doğurmayan prinsiplərdir.
Dostları ilə paylaş: |