İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə49/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   127

TƏRSLİYİN ÇARƏSİ


Yaxşı olar ki, bir qədər də tərslik və inadkarlıq xasiyyətinin müalicəsi haqqında danışaq. Uyğun xəstəliyə düzgün müalicə tə’yin etmək üçün əvvəlcə təsəvvürümüzdə tərs və inadkar bir uşaq canlandıraq. Onunla necə rəftar edirsiniz? Əgər inadkarlıq göstərirsə, nə tədbir görərsiniz? Tutaq ki, bir uşaq xəstədir və orqanizmi üçün zərərli olan bir şey yemək istəyir. Ya da bu uşaq ona məsələhət görülməyən oyunlara qatılmaq üçün inadkarlıq göstərir. Əgər bu vaxt onunla baş-başa gəlsəniz, siz də inadkarlıq etmiş olarsınız. Belə bir münasibətin zərərini müəyyənləşdirmək çətindir. Amma ağıllı bir tədbir görmək istəsəniz, onun sevdiyi, maraqlandığı bir işi öz məqsədiniz üçün vasitə seçməlisiniz. Tutaq ki, həmin uşaq hansısa bir oyuncağı daha çox sevir və ya parkda, əyləncə yerlərində gəzməyi xoşlayır. Uşaq tərslik göstərib, bir işdən əl çəkmək istəmədikdə onun diqqətini başqa bir sevdiyi işə yönəltməyə çalışın. Onu xoşladığı yerlərdə gəzdirin ki, diqqəti əvvəlki işdən yayınsın. Amma uşaq inadkarlıqla zərərli bir şey yemək və ya zərərli bir iş görmək istəyirsə, siz ona sərt şəkildə qadağa qoysanız, uyğun rəftarınız uşaqdakı tərsliyi bir qədər də gücləndirəcəkdir. Bu sayaq rəftarlarınızın ilkin zərəri yetərsiz tərbiyədir. Onu tutduğu səhv yoldan uzaqlaşdırmaq üçün yeganə doğru yol diqqətini ikinci maraqlı işə yönəltməkdir. Adətən, insan sevdiyi bir şeyin ardınca gedərkən yolda ikinci bir sevdiyi şeylə rastlaşarsa, əvvəlki istədiyi bir qədər zəifləyir. Əlbəttə ki, bu qayda təkcə tərsliyə aid deyil. Digər insani və heyvani meyllərdə də belə bir təzahür nəzərə çarpır. İnsanda baş qaldırmış hər hansı bir istəyi aradan götürmək asan iş deyil. Bu vaxt ən yaxşı yol diqqəti başqa bir maraqlı işə cəlb etməkdir. Şəhvət, qəzəb, eqoistlik kimi dəlisov miniklər tərsliyə başladıqda onların qarşısını almaq çətin olur. İlkin mərhələdə çalışmaq lazımdır ki, bu istəklər çərçivədən çıxmasın. Məsələn, şəhvət qığılcımları alovlanıb tüğyan qopardıqda onun qarşısını almaq çox çətin olur. Ariflər demişkən, şəhvət qazanını qaynamağa qoymayın. Bu qazan qaynamağa başladıqda onu soyutmaq asan olmur. Qəzəb də belədir. Əsəblərinin qıcıqlandığını hiss edən insan bu hissi qızışdıran şəraitdən qaçmalıdır. Amma elə ki, qəzəb cuşa gəldi onu soyutmaq ciddi bir problem olur. Tərslik də eyni səciyyədədir. İlkin mərhələdə onu cilovlamaq lazımdır. Əgər səhv bir söz deyilmişsə, bu səhvi dərhal aradan qaldırmaq nisbətən asan olur. Amma bu səhv ikinci dəfə naçarlıqla təkrarlandıqda artıq bu ruhiyyəni kənarlaşdırmaq çətin olur. Ona görə də insan ağzından çıxmış səhv sözün üstündə dayanıb, inadkarlıq göstərməməli, «mən belə demişəm, başqa cür də ola bilməz» deməməlidir. Ona görə də nə qədər ki, tüğyan qopmayıb, özümüzü cilovlamalıyıq. Xüsusi ilə mühakimə yürütməyə tələsməməliyik.

Elə ki ağızdan bir söz çıxdı, bu sözü geri qaytarmaq çətin olur. Ona görə də min ölçüb, bir biçmək, düşünüb danışmaq, mühakimələrdə tələskənliyə yol verməmək lazımdır. Bu üsul tərsliyin qarşısını almaq və bu dəlisov atı cilovlamaq yollarından biridir. Bizdən bir söz soruşurlarsa tələsik cavab verməməliyik. Bir qədər düşünməklə yanlış sözlərdən pəhriz etməliyik. Çünki tələsik danışarkən səhvə yol vermək ehtimalı da böyük olur. İnsan səhvə yol verdikdən sonra bu səhvin qarşısını almaq xeyli çətin olur. Amma düşünüb danışdıqda tərslik və inadkarlıq üçün meydan daralır. Ona görə də bütün rəftarlarınızda götür-qoy etməli, ən gözəl yolu seçməliyik. Əgər bizə bir iş təklif olunursa, bu barədə təqribən bir saat düşünsək, çox yaxşı olar. İmkan olduqda hətta bir gün götür-qoy edib, sonra qəti qərara gəlmək lazımdır



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin