İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


İSTƏKLƏRİN TƏ’MİNİNDƏ ORTA HƏDD-«E’TİDALIN» GÖZLƏNİLMƏSİ



Yüklə 3,86 Mb.
səhifə46/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   127

İSTƏKLƏRİN TƏ’MİNİNDƏ ORTA HƏDD-«E’TİDALIN» GÖZLƏNİLMƏSİ


İndi isə bu nöqtəni araşdırmalıyıq ki, insanda belə bir ruhiyyəni, çirkin sifəti yaradan nədir? Nə üçün insan səhv bir iş gördükdə inadkarlıq göstərir və istəmir ki, ona qarşı çıxılsın? Nə üçün səhvin e’tiraf edilməsi insan üçün bu qədər çətin olur?

Uşaqlarla sıx ünsiyyətdə olanlar yaxşı bilirlər ki, uşaqlar öz səhvlərinə görə asanlıqla üzr istəyirlər. Böyüklər isə əksinə, inadkarlıq göstərir, öz nöqsanlı rəftarlarını davam etdirir, özlərini islah etmək istəmir və deyirlər: «Nə etmişəmsə, düz etmişəm...»

Belə bir rəftarın kökü bütün insanlarda mövcud olan özünəməhəbbətdir. Özünəməhəbbət hissi də başqa hisslər kimi orta həddə ola bilir, ya da ifrata, təfritə uğrayır. Orta həddə insanın özünü sevməsi nəinki pis deyil, əksinə, lazımlı bir meyldir. Şübhəsiz ki, özünü sevməyən insan öz təkamülü üçün addım atası deyil, hətta öz canını qorumaq üçün də çalışası deyil. Demək, insanın özünə məhəbbəti, həyatını davam etdirməyə çalışması heç də pis iş sayılmır. Əksinə, insanın özünə sevgisi Allahın onu özünü qoruyub, kamilliyə çatması üçün qərar verdiyi bir hissdir. Əgər belə bir hiss olmasaydı, heç bir mövcud öz maddi və mə’nəvi tərəqqisi üçün çalışmazdı.

Bəli, belə bir istək zəruri və əhəmiyyətlidir. İkinci əhəmiyyətli məsələ bu istəyin qədəri məsələsidir. Bu xasiyyət də digər xasiyyətlər kimi orta həddən çıxıb, ifrata və ya təfritə varması yaxşıdır və insanın kamilləşməsi üçün zəruridir. Bu xasiyyətin xeyirli həddi müəyyənləşdirildikdən sonra başqa bir mühüm məsələ qalır: Bəs kamillik ölçüsü nədir? İnsan özü üçün nəyi kamillik hesab etməlidir? Sözsüz ki, insan özünü sevir və daha kamil olmaq istəyir. Belə bir istəyin heç eybi yoxdur və müsbət qarşılanmalıdır. Amma kamilliyin nə olduğu müəyyənləşdirilməlidir. İnsan özü kamalın nə olduğunu bilmədikdə tanıma və mə’rifət kimi amillər onun köməyinə gəlir. Yə’ni kamilliyə doğru can atan insan kamillik ölçüsünü müəyyənləşdirmək üçün tanıma və mə’rifət amillərinə ehtiyaclıdır. Kamillik istəyi bu amillərlə müşayiət olunarsa, insanın səadəti tə’min olunar.

Bir qism meyl və istəklər insanda öz-özünə peyda olur və insanın həyatını öz tə’siri altına alır. Məsələn, insanın həyat istiqamətinin müəyyənləşməsində təbii, irsi, ictimai amillərin rolu var. Hətta bə’zən insanın özündən xəbərsiz onda həyat yolunu dəyişən meyllər yaranır. Demək, insan qarşısındakı yollardan onu həqiqi kamilliyə aparan düzgün yolu seçmək üçün tanıma, mə’rifət, düşüncə kimi amillərə ehtiyaclıdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin