İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


TƏQVASIZ MÜSAFİR DÜNYADA DA NAKAMDIR



Yüklə 3,86 Mb.
səhifə42/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   127

TƏQVASIZ MÜSAFİR DÜNYADA DA NAKAMDIR


Həzrət Əli (ə) buyurur ki, ziyankarlıqdan biri də insanın öz azuqəsini məhv etməsidir. İnsan yol azuqəsini bir kənara atıb, onu nə vaxtsa yenidən əldə edəcəyini düşünürsə, özünü quyuya atmış kimidir. Azuqəni əldən vermək insanın özünü məhv etməsi deməkdir. Qur’an və din övliyalarının dilində iman əhli üçün azuqə təqvadır. Demək, azuqəsini zay edən insan təqvasını əldən vermiş olur. Təqvasını itirmiş insan isə yol azuqəsini itirmiş müsafir kimidir. Sözsüz ki, belə bir münasibət insanın məhvi ilə nəticələnir.

«Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun». İnsanın əlinə düşmüş fürsətdən istifadə etməməsinin səbəblərindən biri daha böyük xeyirlər axtarmasıdır. Bə’zən insan bugünkü işi yalnız az xeyirli olduğu üçün tə’xirə salır. Düşünür ki, sabah daha yaxşı hazırlıqla başqa bir işi yerinə yetirər və daha böyük nəticələr əldə edər. Belə bir düşüncə tərzi insanın əlindəki işə laqeyd münasibətə sövq edir və insan günün işini tə’xirə salır. Düşünür ki, daha yaxşı hazırlıqla işə başlasa, faydası daha çox olar. Hansı ki, belə bir düşüncə tərzi tamamilə yanlışdır. Bunu da qeyd etmək lazımdır ki, əgər insan sabah daha yaxşı şəraitin olacağına əmin olduğundan bugünkü enerjisini qoruyursa, bu günün işini tə’xirə sala bilər. Təsəvvür edin ki, bu gün on faiz qazanc verəsi bir alış-veriş etmək imkanınız var. Amma bu işi sabaha saxlasanız iyirmi faiz qazancı olası bir iş görmək mümkün olacaq. Bu halda bu günün alış-verişini tə’xirə salıb, sabahkı alış-verişi gözləmək daha münasibdir. Əgər sabahkı iş sizdən bu günün sərmayəsini və enerjisini tələb edirsə, bu yerdə sabahkı işi gözləmək daha məqsədəuyğun olar. Ağıllı insan belə bir məqamda düşünür ki, nə üçün iyirmi faizlik qazancı qoyub, on faizlik qazancın ardınca getməlidir? Beləcə, bu günün işini saxlayıb, sabaha hazırlıq görür. Əgər iki işdən yalnız birini görməyə macal varsa, daha faydalı işi seçməliyik. Amma hər iki işi görmək mümkün olduqda işlərin birini tə’xirə salmayın. Məsələn, bu gün on faiz qazanc verəsi işiniz sabah iyirmi faiz qazanc verəsi işə mane olmursa, hər iki işi görməyə çalışın. Mə’lum məsələdir ki, bu halda hər iki işdən faydalanmış olarsınız. Məsələn, bir şəxs düşünür ki, sabah 13-cü rəcəb, «əyyamul-bəyz» adlı gündə oruc tutmağın savabı daha böyükdür və buna görə də həmin gün (12-si rəcəb) oruc tutmağı tə’xirə salır. Amma hər iki günü oruc tutmaq imkanı varsa, bu fürsəti əldən qaçırmamalıyıq. Əgər rəcəbin həm 12-ci, həm də 13-cü günü oruc tutmağa imkanımız varsa, nə üçün bu savabdan məhrum olmalıyıq?! İşin az savablı olmasını əsas götürüb, onu tə’xirə salmaq ağıllı iş deyil. Amma iki işdən yalnız birini görmək mümkündürsə, daha faydalı və daha savablı işi seçmək lazımdır. Deyilənlər bütün maddi və mə’nəvi, dünyəvi və üxrəvi işlərə şamildir. Demək, bə’zən az qazancla kifayətlənmək daha xeyirlidir. Axı, doğrudan da, bə’zi az qazanc bə’zi çox qazancdan daha xeyirli ola bilər.

«Nəhcül-bəlağə»nin bə’zi şərhçiləri uyğun tə’birlərə münasibətdə başqa bir mə’nada bəyan etmişlər. Onların nəzərincə, Həzrət (ə) az qazanc, fayda dedikdə «az halal», çox qazanc, fayda dedikdə «çox haram» nəzərdə tutmuşdur. Yə’ni az da olsa, halal qazanc ondan artıq haram qazancdan üstündür. Demək, insan halal qazancdan qaçmamalıdır. Uyğun izahat bir o qədər də münasib görünmür. Çünki «halal və haram» ifadələri «az və çox» ifadələrindən xeyli fərqlidir. Həzrətin (ə) buyuruğunda «halal və haram» yox, «az və çox» müqayisə olunmuşdur.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin