FÜRSƏTİ NECƏ QƏNİMƏT SAYAQ?
Deyilənlər uyğun ilahi kəlamın mə’nasına münasibətdə bir ehtimal idi. Amma əvvəl deyilənlərə əsasən, digər bir mə’na da mövcuddur. Əgər deyilirsə işin tə’xirə salınması bə’zən məhrumiyyətlə nəticələnir, məqsəd budur ki, ilk fürsət ələ düşən kimi növbəti fürsət gözlənilmədən işə başlanılsın. Çünki, doğrudan da, hər axtaran tapası deyil. Fürsətin qənimət sayılması haqqında Həzrətin (ə) kəlamı tələb edir ki, şeytanın vəsvəsələrinin dəfi, tənbəlliklə mübarizə üçün ilk fürsətin qədrini bilək. Nəzərdə saxlamalıyıq ki, münasib fürsət ikinci dəfə ələ düşməyə də bilər. Məsələn, fəhlə özünə deyərsə «bu gün işləməyim mühüm deyil, ehtiyatda olan puldan xərcləyərəm», nəzərdə tutmalıdır ki, sabah fürsət olmaya da bilər. Məsələn, tələbə belə düşünərsə ki, «bu gün dərs oxumaq bir o qədər də mühüm deyil, sabah oxuyaram», o da nəzərdə saxlamalıdır ki, sabah başqa problemlərlə üzləşə bilər. Demək, Həzrət Əli (ə) bildirmək istəyir ki, günü günə satıb, bu günün işini sabaha, sabahın işini o biri günə saxlamaq düzgün deyil. Olsun ki, sabah da müvəffəqiyyət üzə gülməyə. Məgər insan istədiyi vaxt müvəffəq ola bilərmi?! Əlbəttə ki, yox! Fürsəti qənimət bilin, əgər bu gün imkan varsa, işi sabaha saxlamayın.
Başqa sözlə, Həzrət Əli (ə) insanları fəaliyyətə həvəsləndirir, onları süstlük və tənbəlliklə mübarizəyə qaldırır. Həzrət (ə) bizə öyrədir ki, əgər şeytan bu günün işini sabaha saxlamağa çağırırsa, ona deyək: sabah başqa problemlərlə üzləşə bilərik. Axı sabaha müvəffəq olacağımıza kim zəmanət verə bilər?! Axı sabah da müvəffəqiyyətsizliklə üzləşmək mümkündür. Əgər bu gün çalışsaq, ən azı işimizin bir hissəsini görə bilərik. Sabah isə ortaya elə bir problem çıxa bilər ki, əlimiz boşda qalar. Hər halda Həzrət Əlinin (ə) ilahi kəlamından belə bir mə’na da əldə olunur ki, insan açıq gözlü olub, fürsətləri qənimət saymalı, öz işlərində süst və tənbəl olmamalıdır. Eləcə də, işin nəticəsinə göz dikməməliyik. Çünki bu halda hər hansı müvəffəqiyyətsizlik insanın həyat həvəsini azaldır.
Dostları ilə paylaş: |