İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə58/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   127

TƏHLÜKƏNİN AĞILA UYĞUN QƏBULU


Əmirəl-mö’minin Əlinin (ə) vəsiyyətinin sonrakı hissəsində iki gözəl tə’bir bəyan olunmuşdur. Bu tə’birlər zahirən bir-birinə uyğun deyil. Həzrət (ə) buyurur: «Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma». Digər bir tərəfdən isə qeyd olunur ki, tacir özünü təhlükəyə atmışdır. Bəli, bə’zən ticarət zamanı sərmayə də əldən çıxa bilər. Daha çox qazanmaq istəyən adam əlindəki mayanı da itirər.

Mümkün şübhələri aradan qaldırmaq üçün, təfsirçilərin bildirdiyi kimi, hər iki kəlamı ayrı-ayrı vəziyyətlər üçün nəzərdə tutmalıyıq. Yə’ni birinci buyuruq bir şəraitə, ikinci buyuruq isə başqa bir şəraitə aiddir. Birinci buyuruqdan belə bir nəticə alınır ki, düzgün hesabat aparmamış, xam xəyallara qapılaraq, əldəki işi buraxıb, daha böyük qazanc ardınca qaçmamalıyıq. Həzrət (ə) diqqətimizə çatdırır ki, məbada, tamahkarlıq ucbatından hesab-kitabsız xülyalara qapılaq. Bu halda insan əlində olan sərmayədən də məhrum olur. «Tacir özünü təhlükəyə atmışdır» buyuruğunda isə qəflət ucbatından nəzərdən qaçırılmış təhlükələrdən söhbət gedir. İstənilən bir məqsədə doğru hərəkət edən yolçu üçün təhlükələr mövcuddur. Sadəcə, bu təhlükələr iki qrupa bölünür. Hesab-kitablı tacir gözəl anlayır ki, onun işində müəyyən itkilər ola bilər. Amma bu itkilər onu yolundan döndərmir. Çünki bütün işlərdə müvəffəqiyyətsizlik mümkündür. İkinci mərhələdə bəyan olunur ki, bütün dünya işlərinin, eləcə də ticarətin təbii itkiləri mövcuddur. Məsələn, əkinçi torbasındakı buğda dənəsini torpağa səpməsə, məhsul götürə bilərmi?! Sözsüz ki, yox! Bu dənələrin göyərməyəcəyi ehtimal olunsa da, iş dayandırılmamalıdır. Əgər toxumun göyərməyəcəyi ehtimalını nəzərə alaraq bütün əkinçilər işlərini dayandırsalar çoxsaylı problemlərlə üzləşərik. Belə vəziyyət ticarətdə də mövcuddur. Ticarətə başlayan şəxs ehtimal verir ki, sərmayəsi əlindən çıxa bilər. Bununla belə, işə başlayır. Ticarətdə zərər ola bilər deyə, kimsə ticarətlə məşğul olmasa, cəmiyyətin bir sıra ehtiyacları tə’min olunmamış qalar. Əgər ticarət, alış-veriş olmasa, insanlar bu işdəki faydalardan məhrum qalarlar. Bu işdəki zərər ağıla uyğundur. Çünki bu zərər işin təbiətindədir və dəqiq hesabatlara əsasən qəbul olunur. Amma heç bir dəqiq hesabat aparmadan yalnız xam xəyallar əsasında hərisliklə təhlükələrə qucaq açmaq qəbul edilmir və məzəmmət olunur. Çünki belə hallarda nəinki qazanc olmur, hətta bə’zən sərmayə də əldən çıxır. Beləcə, ağıla əsaslanaraq təhlükələri qəbul etmək yaxşı, xam xəyallar əsasında təhlükələrə qucaq açmaq isə pisdir.




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin