İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati


Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü



Yüklə 0,52 Mb.
səhifə8/18
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#53650
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü


Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Məmun İmam Cavad əleyhissəlama üzünü tutub deyir: “Başına dönüm yaxşı olar ki ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz biz də öyrənək.” İmam Cavad (əleyhissəlam) buyurdu: “Bəli əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa bir qoyun kəffarə verməlidir yox əgər hərəmin daxilində ovlamışdırsa kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə onda həm süddən təzəcə ayrılmış bir quzu həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə bir inək dəvəquşu öldürmüşsə bir dəvə ceyran öldürmüşsə, bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola əgər bu vaxt o təməttö həccindədirsə qurbanı Minada kəsməlidir yox əgər ümrə həccindədirsə onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur ancaq bilərəkdən öldürmüşsə (kəffarədən əlavə) günah da etmişdir bilmədən öldürmüşsə heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa kəffarəsi öz boynuna quldursa, kəffarəsi sahibinin boynundadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa ona heç bir kəffarə düşmür əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşiman olan şəxsə (bu işinə görə) Axirət əzabı yoxdur ancaq işindən peşiman olmayan şəxsə isə bu işinə görə Axirət əzabı var.”27

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin