İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati


İmam Cavad əleyhissəlamın tükənməz elmindən nümunələr



Yüklə 0,52 Mb.
səhifə10/18
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#53650
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

İmam Cavad əleyhissəlamın tükənməz elmindən nümunələr

1. İmam Cavad əleyhissəlamın fətva verməsi və saray fəqihlərinin rüsvay olması


İmam Cavad (əleyhissəlam) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o Həzrətin, bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan29 deyir: “Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda, deyir: Bu gün Allahdan istədim ki kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə?

— Xəlifə Mötəsimin məclisində İmam Cavad (əleyhissəlam) tərəfindən başıma gələn hadisəyə görə.

— Məgər nə baş vermişdir?

— Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavad əleyhissəlamı da çağırtdıraraq bizdən soruşdu: “Oğrunun əli haradan kəsilməlidir?”



Mən dedim ki biləkdən kəsilməlidir. Xəlifə dedi: “Hansı əsasa görə deyirsən?” Mən dedim: “Çünki təyəmmüm barədə olan ayədə ondan torpaqdan üzünüz əllərinizə sürtün30 deyildikdə, əlləriniz sözündən “biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki dəstamaza aid olan ayədə üzünüzü əllərinizi dirsəklərinizə qədər yuyun31 deyildikdə, əlləriniz sözündən məqsəd “dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavad əleyhissəlama tutub dedi: “Bu barədə sənin fikrin nədir?” O dedi: “Bunlar fətva verdilər məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam) ) dedi: “İndi ki, and verirsən onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: “Hansı əsasa görə?” O cavab verdi: “Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın əllərin iki ovucu iki dizlər ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək yaxud dirsəkdən kəsilərsə onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: Şübhəsiz ki bütün səcdəgahlar səcdə üçün lazım olan yeddi bədən üzvü Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.”32 Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”33

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin