Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QOCALIQ, CƏMİYYƏTDƏN KƏNARLAŞMAQ



Yüklə 21,47 Mb.
səhifə92/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   88   89   90   91   92   93   94   95   ...   111

QOCALIQ, CƏMİYYƏTDƏN KƏNARLAŞMAQ


Qocalığın ən böyük müsibətlərindən biri də budur ki, təbii olaraq insanı cəmiyyətin fəaliyyətindən uzaqlaşdırır, zəiflik və qüvvətsizliyin üzündən naçar olaraq əhalinin çox qaynar yerlərini tərk edib, ən çox ev mühitində yaşayırlar. Bundan da müsibət qocalara odur ki, ailə və ev mühitində haqq tanımaz övladlar və övlada bənzərlər, onlarla yaxşı rəftar etməyib, onlara qarşı mehribansızlıq etsinlər. Bə`zən də, onlarla kobud rəftar oluna bilər və ailə mühitində kobudcasına şəkildə təhqir olunaraq çölə çıxarılmaq ehtimalı var. Dözümləri az olan qocalar, bu vəziyyətə çox da davam gətirməyib həyatlarını dəyişirlər.

RUHİ SIXINTIYA GÖRƏ ÖLÜM


Amerika Kallecinin üzvü "doktor Adolf" yazır: "Xəstəxanaların birində, sümük nahiyəsindən xəsarət almış yetmiş yaşlı bir qadını müalicə edirdim. Müalicə vaxtı xüsusi aparatla yoxlanıldıqda mə`lum oldu ki, sınmış sümüklərinin sağalması tez başa gələcək. Bu müstəsna sağalmağa görə ona təbrik ərz etdim. Qadın daha əl arabası ilə yox, qoltuğ ağacı ilə yeriyə bilərdi.

Onu müalicə edən cərrah mənə dedi: Bu qadın iyirmi dörd saatdan sonra xəstəxanadan çıxarıla bilər, artıq sağalmışdır. Tez sağaldığına görə qadının üzü gülürdü. Birinci gün, (yə`ni, mən qadının cərrah həkimi ilə söhbət etdiyim gün) həmişə oduğu kimi bir nəfər qız onu yoxlamağa gəldi. Mən ona dedim: Sabah ananızı xəstəxanadan çıxara bilərsiniz. Artıq ananız kifayət qədər sağalıb və qoltuq ağacı ilə yeriyə bilər.

Qız öz planlarından mənə bir şey demədən, bir başa anasının sorağına gedib onunla müzakirəyə başlayır. Ona deyir: Ərim mənimlə söhbət edib. Təəssüflər olsun ki, sənin xəstəxanadan evə qayıtmağına razı deyil. Əlbəttə, bu imkan var ki, səni qocalar evində yerləşdirək. Bir neçə saat sonra mən hələdə xəstəxanada idim. Məni qoca qadının yanına çağırdılar. Əvvəlcə, halı yaxşı olan bu qadın artıq ölmüşdü. Lakin, sümük sınığından yox, bəlkə də, qəlbinin sınmasından dünyasını dəyişmişdi. Sınmış sümük sağaldı lakin, sınmış qəlb sağala bilmədi.”1

Bəli! Bu günkü dünya, qocaları mehr ocağı sayılan ailə mühitindən ayırıb, qocalar evinə göndərir. Onların dərdlərinə dava etmək əvəzinə, dərdlərini artırırlar. Lakin, İslam dini bu mövzuda qocaların hüququ ünvanı ilə onların ən yaxşı şəkildə ehtiramına göstəriş verir.


RƏVAYƏTLƏRDƏ QOCALARIN EHTİRAMI HAQQINDA


"Üsul-Kafi" kitabında, Ağsaqqal müsəlmanın ehtiramının vacib olması" ünvanı ilə çoxlu rəvayətlər gətirilib. Biz bu rəvayətlərə işarə etməklə, İslam əxlaq məktəbində yaşlılara necə ehtiram olunmasını bəyan edəcəyik. Rəvayətlərdə, ağsaqqaları olan ailələrə, onları qocalar evinə göndərməkdənsə, belə şəxslərdən necə müvazib olmaları bəyan olununur.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qoca və yaşlı müsəlmana ehtiram stərib rmətini saxlamaq, Allahın ən çox xoşuna lən işlərdəndir. “1

Başqa bir rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "r kim qoca və yaşlının qədrini bilib ona ehtiram etsə, Allah-taala onu qiyamət nünün heybət və vəhşətindən amanda saxlayar. “2

Yenədə başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:



"Üç dəstə var ki, yalnız münafiq şəxslər olar ki, onların haqqını tanımasınlar: Əvvəl: Saqqalını İslam yolunda ağardan. İkinci: Qur`an və İlahi vəhyi ml edəni. Üçün: miyyətdə ədalətlə rəftar edən adil hakimi.”3

Üçüncü rəvayətdə ibni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, Həzrət mənə buyurdu:

Qoca və mö`min müsəlmana ehtiram stərmək, Allah-taalaya ehtiramdır. r kim qoca mö`minə ehtiram stərsə, Allaha-taalaya ehtirama başlayıb. r kim mö`mini yünl tutub, rmətsizlik etsə, Allah-taala, ona ölməmişdən əvvəl elə bir kəsi mübtəla edər ki, ona qarşı min rmətsiliyi edər.“1

Bəli, budur əməl və əksül-əməl. “Hədisi Qüdsüdə" Allah-taala buyurur:

Saqqalın ağartısı mənim nurumdur. Mən Öz nurumu cəhənnəm atəşinə atıb əzab verməkdən ya edirəm. “2

"İbni Əbi Şeybə" nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağ tükü saqqaldan yolmaqı qadağan etdi, buyurdu: O, mö`minin nurudur! "3

"Hüzeyl" qəbiləsindən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və ərz edir:

Ey Allahın Peyğəmbəri! Mənim yaşım çoxalıb. Sümüklərim və qüdrətim zəifləyib. Belə ki, namaz və orucumu lazım olan kimi yerinə yetirə bilmirəm. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Sözlərini təkrar et. Sənin ətrafında olan bütün mövcudat sənin halına yanır. Necə ola bilər ki, Allah-taala sənə rəhm etməsin? “4

Allah-taala Lut peyğəmbərin tayfasının şəhərlərini alt-üst edib dağıtmağı sübhə kimi tə`xirə salır. Lut bu tə`xirin səbəbini soruşur. Cəbrail ərz edir: Allah-taala buyurur: Bu cəmiyyətin arasında saqqalı ağarmış bir kişi arxası üstə yatıb. Onun saqqalının ağlığına görə əzabı sübhə kimi tə`xirə saldım ki, o da üzü üstə çevrilsin.

İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:



"Allah-taala, r n sübh və şam vaxtı qoca mö`min kişinin ağarmış saqqalına baxıb buyurur: Ey Mənim bəndəm! Yaşın çoxalıb. Sümüklərin boşalıb. Bədəninin dərisi nəzilib. Əcəl yaxınlaşıb Vaxt çatıb ki, Mənə tərəf ləsən. Məndən utan ki, Mən, sənin ağ saqqalını cəhənnəm atəşində yandırmaqdan ya edirəm. Sonra İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağladı. Peyğəmbərdən soruşdular: Ağlamağının səbəbi nədir? Buyurdu: Ağlayıram ki, Allah ona əzab verməkdən ya edir, bəs o, necə Allahdan utanmır?!"1

Yenədə başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Allah-taala yetmiş yaşlı qoca kişilərə ehtiram stərir. ştad yaşlı qocalardan isə ya edir. Bəs əmr edir ki, onların nahlarını bağışlayıb əməllərinə yaxşı işlər yazılsın! “2


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin