41. NƏSİHƏT İSTƏYƏNİN HAQQI
وَأمّا حَقُّ المُسْتَنصِحِ فَإنَّ حَقَّهُ أَنْ تُؤَدِّيَ إلَيهِ النَّصِيحَةَ عَلَى الحَقِّ الَّذِي تَرَى لَهُ أنّهُ يحْمِلُ وَتخرُجَ المَخرَجَ الَّذِي يَلينُ عَلَى مَسَامِعِهِ، وتُكَلِّمَهُ مِنَ الْكَلامِ بمَا يُطِيقُهُ عَقلُهُ، فَإنَّ لِكُلِّ عَقْلٍ طَبقَةً مِنَ الْكَلامِ يَعْرِفُهُ ويَجْتَنِبُهُ، وَلْيَكُنْ مَذهَبَكَ الرَّحْمَةَ. ولا قُوَّةَ إلا باللهِ.
“Səndən nəsihət istəyənin sənin boynunda haqqı odur ki, dözümü olan miqdarda ona nəsihət ver. Elə yolla sözə başla ki, qulağına xoş gəlsin və onun ağılı miqdarında onunla danış. Çünki, hər bir ağılın sözü başa düşüb dərk etməsindən ötrü müəyyən dərəcədə danışmaq lazımdır. Məsləhət verməkdə mehribançılıq yolunu tutmalısan! “
İmam Səccad (əleyhissalam)-ın nəsihət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, ona qabiliyyəti olan qədər nəsihət et və onunla elə danış ki, qəbul olunası olsun. Bu işdə çox mehribançılıq göstər.
"Nəsh" sözü ərəbcə lüğətdə, xalis olmaq və xalis etməyə deyilir. Ərəbcə: “Nəsəhu əsəl" cümləsi, balı saflaşdırıb xalis etməyə deyilir. "Nihayə" kitabında yazır: "Nəsh" lüğətdə, saf mə`nasındadır. "Nush" sözü isə ixlas mə`nasındadır. "Əqrəbul-Məvarid" kitabında müəllif yazır: "Nəsəhəhu, nəshən və nusuhən”, yə`ni, ona nəsihət verdi və onu saflaşdırdı.1
İslam əxlaq məktəbində ən mühüm və dəyərli mövzulardan biri də insanların bir-birinə qarşı nəsihət verməsi və xeyirxah olmalarıdır. Qur`ani-Kərim İlahi peyğəmbərləri cəmiyyətin nəsihət verənləri kimi tanıtdırır. Nümunə üçün aşağıdakı ayələrə diqqət yetirək.
PEYĞƏMBƏRLƏR, CƏMİYYƏTİN NƏSİHƏT VERƏNLƏRİ
Həzrət Nuh (əleyhissalam) öz tayfasına belə buyurur: "Mən sizə Rəbbimin əmirlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!"2
Saleh peyğəmbər barəsində Qur`an buyurur: "Saleh onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz! “1
Həzrət Şüeyb peyğəmbər barəsində Qur`an buyurur: "Şüeyb onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"2
Bütün peyğəmbərlərin hədəfi, insanlara öyüd-nəsihət verib onları düzgün yola yönəltmək olub. Hər bir insan, xeyirxah və nəsihətçi insanı açıq ürəkliyi ilə qəbul edir. Lakin, pak tövhid fitrətini əldən verib, peyğəmbərlərin nəsihətlərinə qulaq asmayan insanları tezliklə şiddətli əzab tutar. Maraqlıdır ki, Şeytanda insanı nəsihət yolu olə aldadıb yoldan çıxarır. Ə`raf surəsində Şeytan barəsində oxuyuruq:
"(Şeytan) həm də onlara (Adəm və Həvvaya): "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm"– deyə and içdi."3
Burdan aydın olur ki, bə`zən düşmən, xeyirxah adı ilə insanı yoldan azdıra bilər. Necə ki, Adəm və Həvva barəsində bu işi görmüşdü.
Gördüyümüz kimi Qur`anda peyğəmbərlər nəsihət verən və xeyirxah kimi tanıtdırılmışdır. İmamlardan (əleyhimussalam) da belə rəvayətlər var ki, mö`minlər bir-birinə qarşı nəsihətçi və xeyirxah olmalıdırlar.
MÖ`MİNLƏR BİR-BİRİNİN NƏSİHƏT VERƏNLƏRİDİR
İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`minin başqa mö`mini nəsihət etməsi vacibdir.”4
Mərhum əlləmə Məclisi, özünün "Mira`tul-Uqul" kitabında yazır: Rəvayətdə nəsihətdən məqsəd, mö`minə din, dünya, tə`lim-tərbiyət və qafil şəxsləri tanıtdırmaqla ona yol göstərməkdir. Zərəri ondan dəf edib, onun xeyirinə çalışmalıdır. Əgər qəbul etməsə, “əmr be mə`ruf və nəhy əz münkər" cəhətindən öz xeyirxahlığını ona bildirsin.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Özünün nəsihətçi olduğu kimi sizlərdən hər biriniz digərinizə nəsihət etməlidir.”1
Bu rəvayət nəsihətin bütün cəhətlərinə görə hamıya aiddir.
Dostları ilə paylaş: |