Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


NƏSİHƏTÇİLƏR ƏN YAXŞI İNSANLARDIR



Yüklə 21,47 Mb.
səhifə89/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   85   86   87   88   89   90   91   92   ...   111

NƏSİHƏTÇİLƏR ƏN YAXŞI İNSANLARDIR


İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur: “Qiyamət nü, Allah dərgahında ən böyük mənzilət və məqamı olan şəxslər onlardır ki, yer üzündə Allah bəndələrinə ən çox nəsit ediblər! “2

Bu hədisdə “məşvərət”-dən məqsəd, ola bilsin, insanların hidayətindən ötrü həqiqi addım atanlar olsun. Yaxud, ola bilsin, cəmiyyətin işlərinə ən çox əhəmiyyət verənlərdir.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Allah bəndələrinə nəsit etmək sizə lazımdır. Nəsitdən üstün bir əməl rmədim! “3

Bu rəvayətlərdə ən çox qeyd olunan məsələ, nəsihətin hədəfidir. O da budur ki, qeyd olunan dəyər və savablar o zaman insana çatır ki, Allaha görə xalisanə nəsihət verilsin. Lakin, əgər nəsihətdən hədəf, Şeytani fikirlər, o cümlədən, özünü göstərmək və ya maddi hədəflərə görə olsa, insana məhrumiyyətdən başqa bir şey qalmaz.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədə, Mina çölündəki xütbəsində bu mövzuya işarə edərək buyurur:

"Üç şey var ki, h bir müsəlmanın qəlbi onda xəyanət etməməlidir. Əvvəl: Allaha rə xalis əməldə. İkinci: Müsəlmanların hakimlərini nəsit etməkdə. Üçün: Camaat namazında yaxud, müsəlmanların toplantısında iştirak etməkdə.”1

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) əməlin cəhətini Allaha görə qərara alır. Nəsihət, təkcə cəmiyyətin adi üzvləri üçün deyil, bəlkədə, cəmiyyətin hakimləri və rəhbərlərinə də aiddir. Bu barədə keçən bəhslərdə danışmışdıq.

NƏSİHƏTİN YOLU


Keçən bəhslərdə, rəvayətlərdən mə`lum oldu ki, nəsihətin qarşı tərəfdə əsər qoymasından ötrü Allaha görə nəsihət etmək lazımdır. Həmçinin, nəsihət, qarşı tərəfin qəbul etməsi ölçüsündə olmalıdır. Hamıya istədiyimiz qədər nəsihət verə bilmərik. Bəlkədə, nəsihətin yolunu, ölçüsünü və həddini bilib, hansı sözün nəsihət olduğunu və qarşı tərəfə necə çatdırmağı dərk etməliyik.

İmam Səccad (əleyhissalam) buyurur: "H də icazə yoxdur ki, istədiyini deyəsən.Çünki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allah rəhəmət eləsin o kəsə ki, yaxşı söz danışa və fayda türə. Yaxud, sakit olsun və sağlam qalsın! "2

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Yolunu danışa bilmədiyiniz və qiqətindən agah olmadğınız sözü danışmaqdan çəkinin! Çünki, dediyin söz, ağlının dərəcəsinə dəlalət edir və dediyin ifadə mə`rifət və agahğından xəbər verir.“3

Nəsihət etməyin yollarından biri də odur ki, eşidən nəsihətdən yorulmasın. Əksinə, yüksək meyllə qulaq assın. Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Ən yaxşı söz odur ki, eşidənlər ondan meyilsiz olmayıb, ağılları çətinliyə salmasın.”4

Həmin mövzunu İmam Səccad (əleyhissalam), nəsihət istəyənin bir haqqı ünvanı ilə bəyan edərək buyurur: Nəsihətin onun qulağında aram və yumuşaq eşidilsin. Elə söz danışılsın ki, ağıl və dərkin qəbul etməyə qüdrəti olsun. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Biz peyğəmbərlərin mə`muriyyəti var ki, insanlarla öz ağılları səviyyəsində söhbət edək!

İmam Səccad (əleyhissalam) buyurur: Nəsihətdə qorxutmaq və vəhşətdən yox, mehribançılıq və mərhəmət yolundan istifadə etmək lazımdır.Çünki, belə nəsihətin heç bir tə`siri yoxdur. Tə`siri olmayan nəsihətin isə faydası yoxdur.

Bu bəhsin sonunda xəlifə Mənsur Dəvaniqinin İmam Sadiq (əleyhissalam)-dan istəyinə işarə edirik.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin