ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə24/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

75-Cİ ƏSAS

Ondan əvvəl gələn peyğəmbərin onun peyğəmbərliyini təsdiq etməsi:

İlahi peyğəmbəri tanıma yollarının biri də onun özündən əvvəlki peyğəmbərin təsdiq edərək xəbər verməsidir. Çünki, əgər əvvəlki peyğəmbərin nübüvvətini qəti dəlillər isbat edirsə, şübhəsiz, onun özündən sonrakı peyğəmbərin gəlişi haqda verdiyi xəbərlər də qəti və mötəbər bir sənəd olacaq. Qurani-kərimin bəzi ayələrindən məlum olur ki, kitab əhli, İslam Peyğəmbərini öz övladları kimi yaxşı-yaxşı tanıyırdılar. Yəni o Həzrətin nübüvvət əlamətləri, onların asimani kitablarında çox aşkar şəkildə bəyan olunmuşdur. Hətta İslam Peyğəmbəri (s) bu sözü dedikdə, kimsə onu təkzib etmədi. Qurani-kərim buyurur:

º†√Ó‰sÓ–ÈÊÓ†¬ ÓÈtÊ«“ÁÔÂÔ†«‰t„ «“ Ó†ÈÓŸt—bÔËÊÓÁÔ†„Ó«“†ÈÓŸt—bÔËÊÓ†√Ó»tÊ«“¡ÓÁÔÂt†ËÓ†«ÊsÓ†bÓ—Èv«Î†ÂÊtÁÔÂt†‰ÓÈÓ„t ÔÂÔËÊÓ†«‰tÕÓvsÔ†ËÓ†ÁÔÂt†

ÈÓŸt‰ÔÂÔËÊÓ†;

“Kitab verdiyimiz şəxslər (yəhudilər və məsihilər) onu (Mühəmməd (s) peyğəmbəri) öz övladlarını tanıdıqları kimi (yaxşı) tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.”164

Həzrət Peyğəmbər (s) buyurdu ki, Həzrət İsa (ə) onun gəlişini müjdə vermişdir. Qurani-kərim İsanın dilindən belə buyurur:

º†ËÓ†ÂÔ»Ógs—«Î†»—ÔGÔˉn†ÈÓ√t ȆÂÊt†»ÓŸtœȆ«GtÂÔÁÔ†√ÓÕtÂӜԆ;

“Məndən sonra Əhməd adlı bir peyğəmbərin gəlməsini müjdə verirəm.”165

Kitab əhli Həzrətin bu sözünü eşitdikdə onu təkzib etmədilər, lakin onların bir qismi həqiqəti bilə-bilə gizlədirdilər. Təəccüblü burasıdır ki, İncilin təhrif olunmasına baxmayaraq, yenə də “Yuhənna” İncilində (14-15-16-cı fəsillərdə) Həzrət İsa (ə) “Farqilata” (Mühəmməd) adlı bir şəxsin gəlişini xəbər vermişdir. Bu barədə əlavə məlumat almaq üçün həmin fəsillərə, habelə “Ənisül-əlam” kitabına müraciət edə bilərsiniz.


76-CI ƏSAS

Əvvəldə qeyd etdiyimiz kimi, Həzrəti Mühəmməd (s)-in möcüzələri, Qurani-kərimlə bitmir. O Həzrət müxtəlif münasibətlərdə xalqı razı salmaq üçün möcüzə göstərirdi. Qeyd etmək lazımdır ki, əqli mühasibələr də Həzrət Peyğəmbərin (s) həyatında Qurani-kərimdən başqa, göstərdiyi sair möcüzələri sübut edir. Həzrət Peyğəmbər (s) Musa (ə)-ın doqquz möcüzəsindən, İsa (ə)-ın beş möcüzəsindən söhbət etmişdir. Görəsən, özünü digər peyğəmbərlərdən üstün sayan və onların sonuncusu olan Həzrət Mühəmməd (s) özündən qabaqkı peyğəmbərlər üçün müxtəlif möcüzələr saydığı halda, özünün təkcə bir möcüzəsi olmasını qəbul etmək olarmı? Görəsən, insanlar qabaqkı peyğəmbərlərin o qədər məcüzəsini eşitməklə, Peyğəmbərdən (s) müxtəlif möcüzə göstərməsini istəməmiş, amma bir möcüzə ilə kifayətlənmişlər?

Qurani-kərim Peyğəmbərin (s) müxtəlif möcüzələrini bəyan etmişdir ki, aşağıda onları qeyd edəcəyik:

1-Şəqqul-qəmər (ayın parçalanması):

Müşriklər Peyğəmbərə (s) dedilər ki, işarə ilə Ayı iki hissəyə bölməyincə, biz sənə iman gətirməyəcəyik. Həzrət də Allahın izni ilə Ayı iki hissəyə böldü. Qurani-kərimdə buyurulur:

º†«vt Ó—Ó»Ó †«‰Gs«“ŸÓ:Ô†ËÓ†«ÊtgÓvsÓ†«‰tvÓÂÓ—Ô†ËÓ†«Êt†ÈÓ—ÓËt«†¬ÈÓ:ΆÈÔŸt—÷ÔË«†ËÓ†ÈÓvÔˉÔË«†GÕt—φÂÔGt ÓÂÓ—sφ;

“Qiyamət yaxınlaşdı, Ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı. Əgər müşriklər (Mühəmmədin (s) peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir möcüzə görsələr, üz döndərib, “Bu uzun müddət davam edən sehrdir!” deyərlər.”166

Axırıncı ayədən məlum olur ki, ayın parçalanması deyiləndə məqsəd qiyamət gününə deyil, Peyğəmbərin (s) dövrünə aiddir.

2-Merac:

Həzrət Peyğəmbər (s) bir gecədə Məkkədə Məscidül-həramdan Fələstindəki Məscidül-əqsaya, oradan da göy aləminə səyahət etdi. Bu, Həzrətin Qurani-kərimdə bəyan olunan digər möcüzəsidir:

º†GÔ»tÕ«“ÊÓ†«‰sÓ–Ȇ√ÓGt—È”†»ŸÓ»tœÁ†‰Èt‰«Î†ÂÊÓ†«‰tÂÓGtÃœ†«‰tÕÓ—«“Â†«‰ÈÓ†«‰tÂÓGtÃœ†«˘Óvtg«†«‰sÓ–Ȇ»«“—Ó„tÊ«“†ÕÓËt‰ÓÁÔ

‰ÊÔ—ÈÓÁÔ†ÂÊt†¬È«“ Ê«“†«ÊsÓÁÔ†ÁÔËÓ†«‰GsÓÂÈŸÔ†«‰t»ÓgÈ—Ô†;

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Həzrət Peyğəmbəri (s) gecə ikən Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidən və biləndir.”167

3-Kitab əhli ilə mübahilə168 etmək:

Peyğəmbər (s) öz peyğəmbərliyinin haqq olmasını sübut etmək üçün bir qrup kitab əhlini mübahiləyə dəvət edib buyurdu: “Gəlin, özümüzü, övladlarımızı və arvadlarımızı bir yerə yığıb mübahilə edək.”

Şübhəsiz, mübahilə iki qrupun birinin məğlub olması ilə tamamlanmalı idi. Amma o Həzrət öz hazırlığını elan etdikdə, kitab əhlindən olanlar onun müqavimətini, möhkəmliyini, habelə öz əzizlərini mübahiləyə gətirdiyini gördükdə, onun qoyduğu şərtləri qəbul edib məğlub oldular.

Əvvəldə qeyd etdik ki, Həzrət İsa (ə) qeyb aləmindən xəbər verdiyi kimi İslam Peyğəmbəri (s) də vəhy vasitəsi ilə qeyb aləmindən xəbər verirdi. Onların biri romalıların iranlılara qalib gəlməsi, digəri isə Məkkənin fəth olunması idi.

Bunlar da Qurani-kərimdə qeyd olunan möcüzə-lərdəndir. İslam mühəddisləri və tarixçiləri o Həzrətin digər möcüzlərində də nəql etmişlər,



HƏZRƏT MÜHƏMMƏDİN (S) NÜBÜVVƏTİNİN XÜSUSİYYƏTLƏRİ

İslam Peyğəmbərinin dəvətinin ən mühüm xüsusiyyətləri dörd dənədir. Biz onları üç əsasda bəyan edəcəyik.



77-Cİ ƏSAS

İslam dini xüsusi irqə, müəyyən millətə, hansısa iqlim qurşağına və zonaya məxsus deyildir. O, bütün dünya millətləri üçün gəlmişdir. Qurani-kərim buyurur:

º†Ëӆ«“†√Ó—tGÓ‰tÊ«“†«˙”†„«“bsÓ:Ά‰‰Ês«“G†»ÓgÈ—«Î†ËÓ†ÊÓ–È—«Î†;

“(Ya Mühəmməd!) Biz səni (təkcə öz qövmünə deyil,) bütün insanlara müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik.”169

Həmçinin buyurur:

º†Ëӆ«“†√Ó—tGÓ‰tÊ«“„Ó†«˙”†—ÓÕtÂÓ:Ά‰‰tŸ«“‰ÓÂÈÊÓ†;

“(Ya Mühəmməd!) ëəni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.”170

Gördüyümüz kimi, o Həzrət öz dəvətini “Ən-nas” (bütün insanlar) kəlməsi ilə başlayaraq buyurur:

º†È«“†√ÓÈsÔÁÓ«†«‰Ês«“GÔ†vÓœt†Ã«“¡Ó„ÔÂt†«‰—sÓGÔˉԆ»«‰tÕÓvs†ÂÊt†—Ó»s„ÔÂt†bÓ¬ÂÊÔË«†ŒÓÈt—«Î†‰Ó„ÔÂt†;

“Ey insanlar! Peyğəmbər Rəbbiniz tərəfindən sizə haqla gəldi. Ona iman gətirin ki, sizin üçün xeyirli olar.”171

Əlbəttə, Həzrət Peyğəmbər (s) öz dəvətini başlayarkən, ilk dəfə öz qövmünü ilahi əzabdan qorxutdu. Onlar üçün o Həzrətdən başqa, ilahi əzabdan qorxudan bir peyğəmbər gəlməmişdi. Qurani-kərim bu barədə buyurur:

º†‰ ÔÊt–—Ó†vÓËt«Ά«“†√Ó «“ÁÔÂt†ÂÊt†ÊÓ–È—n†ÂÊt†vÓ»t‰„Ó†;

“O (Quran) səndən əvvəl heç bir peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmaq üçün Rəbbindən nazil olan bir haqdır.”172

Əlbəttə, bu mətləbin mənası o demək deyildir ki, o Həzrətin risaləti xüsusi bir qövmə məxsusdur. Çünki, bəzən Qurani-kərim xüsusi bir qövmü haqqa dəvət etdiyi halda, dərhal həmin dəvəti bütün insanlar üçün də höccət qərar verib buyurur:

º†ËÓ†√ÔËtÕÈÓ†«‰ÓÈsÓ†Áˆˆ–«“†«‰tvÔ—¬ÊÔ†‰√ÔÊt–—Ó„ÔÂt†»Á†ËÓ†ÂÓÊt†»Ó‰Ó⁄Ó†;

“Bu Quran mənə vəhy olundu ki, sizi və ona yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxudum.”173

Məlum olduğu kimi, bütün peyğəmbərlər ilk növbədə öz qövmünü gətirdiyi dinə dəvət etməlidir, -istər onların dəvəti bütün insanlar üçün olsun, istərsə də təkçə bir məntəqə üçün. Qurani-kərim belə:

º†Ëӆ«“†√Ó—tGÓ‰tÊ«“†ÂÊt†—ÓGÔˉn†«˙”†»‰G«“Ê†vÓËtÂÁ†‰ÈÔ»ÓÈsÊÓ†‰ÓÁÔÂt†;

“Biz hər bir peyğəmbəri, yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) onlara izah edə bilsin.”174

Əlbəttə, hər bir peyğəmbərin öz millətindən göndərilməsi, heç vaxt onun dəvətinin hansısa bir qövmə məxsus olması demək deyildir. İslam dininin müqəddəs kitabı olan Qurani-kərimin ərəb dilində nazil olması, da ilahi sünnət (davranış) sayılan “peyğəmbərlərin öz millətlərinin dilində danışması və onları başa salması” qanununa riayət etmək məqsədi daşıyır.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin