ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə21/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

67-Cİ ƏSAS

İlahi peyğəmbərlərin ismətinin amili iki şeydən ibarətdir: 1-Peyğəmbərlər “Allahın xüsusi dostlarıdır. Onlar ilahi mərifət baxımından heç vaxt Allah taalanın rizasını başqa şeylə əvəz etməz, onlar Allah dərgahında yüksək və ali məqama malikdirlər. Başqa sözlə, onların Allahın əzəməti, cəmalı və cəlalı barədəki mərifəti, Allahdan qeyrisi barədə fikirləşməyə mane olur. Onlar Allahın rizasından başqa bir şeyi fikirləşmirlər. Mərifətin bu mərtəbəsi Həzrət Əli (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisdə cəm olmuşdur:

º†Â«“†—Ó√ÓÈt Ó†gÓÈt∆«Î†«˙”†ËÓ†—Ó√ÓÈt Ô†«‹Ó†vÓ»t‰ÓÁÔ†ËÓ†»ÓŸtœÓÁÔ†ËÓ†ÂÓŸÓÁÔ†;

“Hər bir şeyi gördümsə, onunla birlikdə, ondan sonra və qabaq Allahı gördüm.”

Həmçinin İmam Sadiq (əleyhis-salam) buyurmuşdur:

º†ËÓ†‰ˆˆ„ÊsȆ√ÓŸt»ÔœÔÁÔ†ÕÔ»t«Î†‰ÓÁÔ†ËÓ† ‰t„Ó Ÿ»«“œÓ:Ô†«‰t„—«“†;

“Mən Allaha, Onu sevdiyim üçün ibadət edirəm. “u da kəramətli şəxslərin ibadətidir.”152

2-Peyğəmbələrin isməti onların itaətin parlaq əməl, günahın isə dünya və axirətdə pis və acınacaqlı aqibətindən tamamilə xəbərdar olmasından irəli gəlir. Əlbəttə, hər sahədə ismət məqamına malik olanlar, yalnız Allahın bir dəstə xüsusi övliyalarıdır. “əzi təqvalı möminlər də əməllərinin çoxunda günahdan uzaqdırlar. Məsələn: təqvalı bir şəxs heç vaxt nə özünü, nə də günahsız kimsəni öldürməz. Hətta adi şəxslər də bəzi işlərdə özünü günahdan qoruyurlar. Məsələn: bir kəs razı olmaz ki, əlini elektrik cərəyanına vurmaqla özünü öldürsün.

Göründüyü kimi, bu cür işlərdən qorunmaq şəxsin öz əməlinin pis olmasını qəti şəkildə bilməsindən irəli gəlir. Əgər belə bir elm və akahlıq ən pis günahlar barəsində də hasil olsa, şübhəsiz, şəxsi günahdan saxlayacaqdır. Deməli, peyğəmbərlər, günahların pis və acınacaqlı aqibəti barədə qəti elmi olduğu üçün, qətiyyən günah etməyə razı deyildirlər.

68-Cİ ƏSAS

İsmətin amillərinə diqqət yetirməklə yanaşı, bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin isməti, onların ixtiyar və azadlığı ilə zidd deyildir. Əksinə, məsum və günahsız bir şəxs Allah barəsində, habelə itaətin və ya günahın aqibətinə yüksək səviyyədə mərifətə malik olmaqla yanaşı günaha da mürtəkib olmaq onun ixtiyarındadır, amma heç vaxt bu qüdrətdən istifadə etmir. Bu mətləb, eynilə mehriban atanın öz əziz oğlunu qətlə yetirməyə qadir olmasına bənzəyir; amma o, heç vaxt bu işi görmür. Həmçinin qüdrətli Allah təqvalı şəxsi cəhənnəmə, günahkar şəxsi isə behiştə apara bilər, amma Onun hikməti belə bir işi görməsinə mane olur. Deməli, günahı tərk etmək, ibadəti isə yerinə yetirmək məsumlar üçün böyük bir iftixardır. Onlar günah etməyə qadir olduqları halda, heç vaxt ona mürtəkib olmurlar.



69-CU ƏSAS

Bütün peyğəmbərlər məsum və günahsızdırlar, amma mümkündür ki, bir şəxs peyğəmbər olmadığı halda, məsum və günahsız olsun. Qurani-kərim Həzrət Məryəm (ə) barədə buyurur:

º†È«“†ÂÓ—tÈÓÂÔ†«ÊsÓ†«‹Ó†«gt◊Ób«“„†ËÓ†◊ÓÁsÓ—Ó„†ËÓ†«gt◊Ób«“„†ŸÓ‰È”†ÊG«“¡†«‰tŸ«“‰ÂÈÊÓ†;

“Ya Məryəm, həqiqətən Allah səni seçmiş, (günahlardan) təmizləmiş, aləm qadınlarından üstün tutmuşdur.”153

Qurani-kərimin Həzrət Məryəm barəsində “istəfa” (seçdi) kəlməsini işlətməsindən məlum olur ki, o, məsum və günahsız olmuşdur. Çünki peyğəmbərlər barəsində də “istəfa” kəlməsindən istifadə olunmuşdur. Məsələn:

º†«ÊsÓ†«‹Ó†«gt◊ÓbÈ”†¬œÓÂÓ†ËÓ†ÊÔËիΆËÓ†¬‰Ó†«»—«“ÁÈÂÓ†ËÓ†¬‰Ó†ŸÂt—«“ÊÓ†ŸÓ‰È”†«‰tŸ«“‰ÓÂÈÊÓ†;

“Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin övladlarını və İmran ailəsini aləmlərə seçilmiş (üstün) etdi.”154

Bundan əlavə, yuxarıda qeyd olunan ayədə Həzrət Məryəmin paklanmasından söz açılır. Məqsəd də yəhudilərin, Məryəmin oğlu ilə əlaqədar töhmət vurduqları günahdan təmizlənməsi deyil, onun bütün çirkinliklərdən təmizlənməsidir. Onun günahdan təmizlənməsi Həzrət İsanın təvəllüdünün elə ilk günlərində dil açıb danışması ilə sübut olundu. Həmçinin, Həzrət Məryəmin bütün çirkinliklərdən təmizlənməsini bəyan edən ayələr onun hələ Həzrət İsaya hamilə olmadığı dövrə aiddir. Beləliklə, məlum olur ki, Həzrət Məryəmin günahsız olması ona vurulan töhmətə görə deyildir.



ALTINCI FƏSİL




XÜSUSİ NÜBÜVVƏT


70-Cİ ƏSAS

Ötən fəsildə, ümumi nübüvvət haqqında söhbət etdik. Bu fəsildə isə İslam Peyğəmbəri Həzrət Mühəmməd ibni Əbdüllah (səlləllahu əleyhi və alihi və səlləm)-in xüsusi nübüvvəti (peyğəmbərliyi) barədə danışacağıq. Əvvəldə qeyd etdik ki, peyğəmbərlərin nübüvvəti üç yolla sübut olunur:

1-Nübüvvət iddiası ilə yanaşı möcüzə gətirməklə;

2-Peyğəmbərlik iddiasının doğruluğuna şəhadət verən müxtəlif əlamət və dəlillər;

3-Öncə gələn peyğəmbərlərin onu təsdiq etməsi.

İslam Peyğəmbərinin nübüvvətini də qeyd olunan üç yolla sübut etmək olar. Biz burada onları qısa şəkildə bəyan edirik:



QURAN, YAXUD ƏBƏDİ MÖCÜZƏ

Tarix şəhadət verir ki, İslam Peyğəmbəri (s) öz dəvətində müxtəlif möcüzələrdən istifadə etmişdir. Lakin bu möcüzələrin içərisində, o Həzrət özünün əbədi möcüzəsi sayılan Qurani-kərimə digər möcüzələrə nisbətən daha çox təkid etmişdir.

İslam Peyğəmbəri (s) öz nübüvvətini bu səmavi kitabı gətirməklə elan etmiş və xalqı onun əmr və göstərişlərinə əməl etməyə dəvət etmişdir. O Həzrət İslam müxaliflərini Quran surələrinə bənzər bir surə gətirməyə dəvət etdi, lakin heç kəs bu işi bacara bilmədi. Hətta müasir dövrdə də əsrlərin keçməsinə baxmayaraq, Qurani-kərim həmin sözü təkrar elan edərək buyurur:

º†‰Ó∆Ê†«Ãt ÓÂÓŸÓ †«˘ÊtGÔ†ËÓ†«‰tÃÊsÔ†ŸÓ‰È”†√ÓÊt†ÈÓ√t Ôƒ«†»ÂÀt‰†Áˆˆ–«“†«‰tvÔ—¬Ê†‰«“†ÈÓ√t ÔËÊÓ »ÂÀt‰Á†ËÓ†‰ÓËt†„«“ÊÓ†»ÓŸt÷ÔÁÔÂt†

‰»ÓŸt÷n†ÿÓÁÈ—«Î†;

“Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.”155

Qurani-kərim burada müxalifləri mübarizəyə dəvət məqamında buyurur: “Ey Peyğəmbər, de ki, əgər qüdrətiniz varsa, bu Qurana bənzər bir kitab gətirin.” Başqa bir yerdə isə bu miqdarı azaldaraq belə buyurur:

º†vÔ‰t†bÓ√t ÔË«†»ŸÓgt—†GÔËÓ—n†ÂÀt‰Á†ÂÔbt Ó—ÓÈ«“ n†;

“Onlara (müşriklərə) de ki, onun (Quran) kimi on surə uydurub gətirin.”156

Daha sonra buyurur:

º†vÔ‰t†bÓ√t ÔË«†»GÔË—Ó:n†ÂÊt†ÂÀt‰Á†;

“De ki, ona bənzər bir surə gətirin.”157

Bildiyimiz kimi, İslam dininin zühur etməsindən 14 əsr keçir. Bu müddət ərzində islam düşmənləri bu dinə zərbə vurmaq üçün əllərindən gələnlərini əsirgəməyiblər. Hətta İslam Peyğəmbərinə (s) sehrkar, məcnun və s. kimi töhmətlər vurmaqdan belə çəkinmirdilər. Amma bununla belə, heç vaxt Qurana bənzər bir şey gətirə bilmədilər. Müasir dövrün elm və texnologiya əsri olmasına baxmayaraq, yenə də bu sözün müqabilində aciz qalmışlar. Bu da onu göstərir ki, Quran bəşər kəlamının fövqündə olan bir kitabdır.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin