ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə17/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

53-CÜ ƏSAS

Biz, insanın öz işlərində azad və ixtiyar sahibi olmasına etiqad bəsləməklə yanaşı, buna da inanırıq ki, Allah taala ilk əzəldən bizim işlərimizdən və əməllərimizdən agah və xəbərdardır və bu iki əqidənin (əzəli agahlıqla insanın ixtiyarı) bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Bunların hər ikisinin eyni zamanda düz olmasını qeyri-mümkün hesab edən şəxslər diqqət yetirməlidirlər ki, Allahın əbədi və əzəli elmi insandan baş verən fellərin “ixtiyari surətdə olması əsasındadır. Təbiidir ki, belə bir əzəli elmin insanın azadlığı ilə ziddiyyəti olmayacaq. Başqa sözlə desək, ilahi elm insandan baş verən fellərə əhatəli olduğu kimi, onun işlərinin baş vermə keyfiyyətinə də (insanın ixtiyarına da) əhatəli olur. Belə bir əzəli və əbədi elmin nəinki insanın ixtiyarı ilə ziddiyyəti yoxdur, üstəlik ona möhkəmlik və sabitlik də bəxş edir. Çünki bir iş insanın ixtiyarından asılı olmasa, Allahın elmində öz həqiqətini aşkar etməyəcək. İlahi elm o zaman insanın işlərinə aid olur ki, işlər ixtiyari olaraq baş versin, yəni insan bu əməli azad olaraq yerinə yetirsin. Belə olan təqdirdə, fel məcburiyyət qarşısında deyil, əksinə, həmin xüsusiyyət əsasında (ixtiyari) həyata keçməlidir.




BEŞİNCİ FƏSİL

ÜMUMİ NÜBÜVVƏT


PEYĞƏMBƏRLƏRİN GƏLİŞİNİN LÜZUMUNA AİD DƏLİLLƏR




54-CÜ ƏSAS

Hikmətli Allah insanların təkamülə çatması, habelə onlara doğru yol göstərilməsi üçün yüksək məqama malik olan insanlar göndərmiş və onları, qeybi xəbərləri insanlara çatdırmaq üçün vasitə qərar vermişdir. Bunlar insanların təkamülə çatması üçün Allah tərəfindən göndərilən peyğəmbərlərdir. Peyğəmbərlik məqamı İslamın əziz Peyğəmbərinin dövrünədək davam etmişdir. Bunu da etməliyik ki, hər hansı bir peyğəmbərin gətirdiyi din, onun dövründə yaşayan ümmətlər üçün ən kamil bir din olmuşdur. Əgər bu ilahi nemət davam etməsəydi, bəşər övladı mənəvi təkamülə çata bilməzdi.

İnsanın xilqəti hikmətli Allahın feli olduğu üçün, təbiidir ki, onun yaranması da hədəfsiz və səbəbsiz deyildir. İnsan heyvanla müştərək olduğu nəfsani ehtiraslardan əlavə, əql, düşüncə və idrak qüvvəsinə də malikdir. Buna görə də insanın yaradılmasında ağlabatan bir səbəb olmalıdır.

Digər tərəfdən, insanın əql və düşüncəsi, onun təkamülə çatmasında tam təsirli və zəruri olmasına baxmayaraq, kafi şərt deyildir. İnsanın hidayət olunmasında əql və düşüncə ilə kifayətlənsək, o, heç vaxt təkamülə çatma bilməz. Bəşəri daim maraqlandıran məsələlərin ən mühümü məbdə (Allah) və məad (ölüm) buna misal ola bilər. İnsan həmişə bilmək istəyir ki, haradan gəlmişdir, nə üçün gəlmişdir və haraya gedəcək. Əql və düşüncə təklikdə bu suallara mükəmməl cavab verməyə qadir deyildir. Müasir dövrdəki insanların elm və texnologiyada yüksək nailiyyətlər əldə edib elmi-texniki tərəqqiyə çatması ilə yanaşı, yenə də insan cəmiyyətinin bir çox hissəsinin bütpərəst olması bu müddəaya açıq-aşkar bir şahiddir.

Əql və düşüncənin kafi olması, yalnız məbdə və məad mövzusuna məxsus deyildir; əksinə, o, həyati məsələlərin çoxunun həllində də aciz qalmışdır. İnsanların iqtisadiyyat, əxlaq, ailə münasibətləri və s. kimi məsələlərdə olan ixtilaflı fikirləri əqlin bu məsələləri düzgün dərk edə bilmədiyini göstərir.

Qeyd olunan incəliyə diqqət yetirməklə, sağlam əql hökm edir ki, Allahın hikməti insanlara düzgün yaşayış tərzini öyrətmək üçün ilahi rəhbərlər göndərilməsini tələb edir.

Əqlin yol göstərməsini asimani hidayətləri əvəz edə biləcəyini təsəvvür edənlər aşağıda qeyd olunan iki mətləbə diqqət yetirməlidirlər:

1-Bəşərin elmi və əqli insanı tam və mükəmməl surətdə tanımaqda, habelə varlıqların sirrini kəşf etməkdə acizdir. Halbuki, bəşərin Xaliqi insandan və onun vücudunun sirlərindən tamamilə xəbərdardır. Qurani-kərim buna işarə edərək buyurur:

º†√Ó†‰«“†ÈÓŸt‰ÓÂÔ†ÂÓÊt†ŒÓ‰ÓvÓ†††ËÓ†ÁÔËÓ†«‰‰sÓ◊ÈbÔ†«‰tŒÓ»È—†;

“Məgər yaradan (öz yaratdığı hər şeyi) bilməzmi? Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır.”131

2-İnsan nəfsani istək və ehtirasların tələbinə əsasən, istər-istəməz, həmişə öz şəxsi mənafeyini güdür və müəyyən proqram tökərkən, şəxsi və ümumi mənafelərin təsir dairəsindən tam surətdə ayrıla bilmir. Buna görə də bəşərin proqramları yüksək səviyyədə olmayacaq. Peyğəmbərlərin proqramları isə Allah tərəfindən olduğu üçün hər növ eyb və nöqsandan uzaqdır.

Deməli, bəşər ilahi hidayətlərdən və peyğəmbərlərin proqramlarından heç vaxt ehtiyacsız olmayıb və olmayacaqdır da.



QURAN VƏ PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN HƏDƏFLƏRİ




55-Cİ ƏSAS

Ötən əsasda elm və düşüncəyə əsaslanaraq, ilahi peyğəmbərlərin göndərilməsinin zərurəti ilə tanış olduq. İndi isə Quran ayələri və hədislər nöqteyi-nəzərindən peyğəmbərlərin göndərilməsinin lüzumu və onların hədəflərini araşdıracağıq. Bunu da nəzərə alaq ki, Quranın bu məsələ barəsindəki nəzəri bir növ əqli tədqiqat hesab olunur.

Qurani-kərim peyğəmbərlərin göndərilməsinin hədəf-lərini aşağıda qeyd olunanlarda bilir:

1-Tovhid ideologiyasının və əqidəsinin möhkəmlən-məsi və bu məsələ ilə əlaqədar yaranan hər növ inhirafla mübarizə aparmaq:

º†ËÓ†‰ÓvÓœt†»ÓŸÓÀtÊ«“†bȆ„Ô‰s†√ÔÂsÓ:n†—ÓGÔˉ«Î†√ÓÊ†«Ÿt»ÔœÔË«†«‹Ó†ËÓ†«Ãt ÓÊ»ÔË«†«‰◊s«“⁄ÔË Ó†;

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” - deyə, peyğəmbər göndərdik.”132

Buna görə də ilahi peyğəmbərlər daima müşriklərlə barışmaz mübarizə aparmış və bu yolda ağır əzab-əziyyətlərə məruz qalmışlar. Həzrət Əmirəl-möminin Əli (əleyhis-salam) peyğəmbərlərin göndərilməsinin hədəfi barədə buyurur:

º†ËÓ†‰ÈÓŸtv‰Ó†«‰tŸ»«“œÔ†ŸÓÊt†—Ó»sÁÂt†Â«“†ÃÓÁÓ‰ÔËÁÔ†bÓÈÔŸt—sbÔËÁÔ†»—Ô˻ԻÈsÓ Á†»ÓŸtœÓ†Â«“†√ÓÊt„Ó—ÔË«†ËÓ†ÈÔËÓÕsœÔÁÔ†»«˘Ô‰ÔËÁÈsÓ:†»ÓŸtœÓ

«“†ŸÓÊÓœÔË«†;

“Allah ona görə peyğəmbərləri göndərdi ki, bəndələri tovhid və Allahın sifətləri haqqında bilmədiklərini öyrənsinlər, habelə, inkar (əvvəllər) etdikdən sonra Onun birliyinə, yeganəliyinə inansınlar.”133

2-Xalqı qeybi xəbərlərlə, ilahi mərifətlə, düzgün tərbiyə yolları ilə tanış etmək:

º†ÁÔËÓ†«‰sÓ–Ȇ»ÓŸÓÀÓ††bȆ«˘ÔÂsÈsÈÊÓ†—ÓGÔˉ«Î†ÂÊtÁÔÂt†ÈÓ t‰ÔË«†ŸÓ‰ÓÈtÁÂt†¬È«“ Á†ËÓ†ÈÔGÓ„sÁÂt†ËÓ†ÈÔŸÓ‰sÂÔÁÔÂÔ†«‰t„ «“ Ó†ËÓ

†«‰tÕ„tÂÓ:Ó†;

“Ümmi xalqın özlərinin içindən olan bir peyğəmbər göndərən Odur. Bu peyğəmbər Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırar, onlara kitab və hikməti (elmi) öyrədər.”134

3-Xalq arasında ictimai ədaləti bərqərar etmək. Qurani-kərim bu barədə buyurur:

º†‰ÓvÓœt†√Ó—tGÓ‰tÊ«“†—ÔGÔ‰ÓÊ«“†»«‰t»ÓÈsÊ«“ †ËÓ†√ÓÊtGÓ‰tÊ«“†ÂÓŸÓÁÔÂt†«‰t„ «“»Ó†ËÓ†«‰tÂÈG«“ÊÓ†‰ÈÓvÔËÂÓ†«‰Ês«“GÔ†»«‰tvGt◊†;

“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan (ədalət tərəzisi) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər.”135

Ədaləti bərqərar etmək dedikdə məqsəd budur ki, insanlar ictimaiyyətin müxtəlif sahələrində bir-birləri ilə ədalətlə rəftar edib, ilahi hökumət vasitəsi ilə onu həyata keçirsinlər.

4-İxtilaflı məsələlərdə düzgün mühakimə etmək:

º†„«“ÊÓ†«‰Ês«“GÔ†√ÔÂsÓ:Ά˫“ÕœÓ:ΆbÓ»ÓŸÓÀÓ†«‹Ô†«‰ÊsÓ»ÈsÊÓ†ÂÔ»Ógs—ÈÊÓ†ËÓ†ÂÔÊt–È—ÈÊÓ†ËÓ†√ÓÊtGÓ‰Ó†ÂÓŸÓÁÔÂÔ†«‰t„ «“»Ó†»«‰tÕÓvs

‰ÈÓÕt„ÔÂÓ†»ÓÈtÊÓ†«‰Ês«“G†bÈ«“†«Œt Ó‰ÓbÔË«†bÈÁ†;

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasında, onların ixtilaflı olduqları məsələlər barədə hökm (mühakimə) etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.”136

Şübhəsiz ki, bu ixtilaflar yalnız onların əqidələrinə məxsus deyildi, əksinə, həyatın müxtəlif sahələrinə də aiddir.

5-İnsanlara (bəndələrə) höccəti tamamlamaq:

º—ÔGÔ‰«Î†ÂÔ»Ógs—ÈÊÓ†ËÓÂÔÊt–È—ÈÊÓ†‰∆Ó‰«s”†ÈÓ„ÔËÊÓ†‰‰Ês«“G†ÕÔÃsÓ:φŸÓ‰ÓȆ«‹†»ÓŸtœÓ†«‰—sÔGÔ‰†ËÓ„«“ÊÓ†«‹Ô†ŸÓGÈG«Î†ÕÓ„È«Î;

“Biz peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün, peyğəmbərlərdən sonra Allaha qarşı bir höccət yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir.”137

Şübhəsiz ki, insanın xəlq olunmasında bir hədəf vardır. Bu hədəf bəşərin həyatının bütün sahələrində mükəmməl proqramların nizama salınması ilə gerçəkləşir. Bu proqramlar Allah tərəfindən insanlara elə çatdırılmalıdır ki, onlara höccət tamamlanmaqla heç bir bəhanə yeri qalmasın.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin