ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə16/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

50-Cİ ƏSAS

İlahi qəza və qədərin insanın azadlığı və ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki, Allahın təqdirinə əsasən, insanın işləri onun ixtiyarı ilə və azad bir şəraitdə həyata keçməlidir. İnsan tam ixtiyar və iradəyə malikdir, hər hansı bir əməli görməsi və ya tərk etməsi, onun öz ixtiyarındadır. İlahi qəzaya əsasən, insanın iradə və ixtiyarından sonra, onun işlərinin gerçəkləşməsi mərhələsi gəlir.

Başqa sözlə, insanın xilqəti ixtiyar və azadlıqla yoğrulmuşdur. İlahi qəza da budur ki, hər vaxt insan ixtiyar üzündən bir işin səbəbini vücuda gətirsə, ilahi qəza da bu yolla yerinə yetirilir.

Bəzi insanlar günahkar olduqlarını ilahi təqdir əsasında olduğunu hesab edir və belə təsəvvür edirlər ki, onlar üçün getdikləri yoldan başqa bir yol yoxdur. Halbuki, həm əql, həm də vəhy bu təsəvvürü yersiz və batil hesab edir. Çünki, əql nöqteyi-nəzərindən insan öz istəyi ilə öz müqəddəratını təyin etməlidir. Şəriət nöqteyi-nəzərindən də insanın hörmətli, pis, yaxşı, kafir, imanlı və s. olması onun öz əlindədir. Qurani-kərim bu barədə buyurur:

º†«Ês«“†ÁÓœÓÈtÊ«“ÁÔ†«‰GsÓ»ȉӆ«Âs«“†g«“„—«Î†ËÓ†«Âs«“†„ÓbÔË—«Î†;

“Biz ona (insana) haqq yolu göstərdik. İstər (nemətlərimizə) şükr edən olsun, istərsə də küfr edən (bu onun öz işidir).”127

Risalət dövründə bütpərəstlərin bir qrupu özlərinin haqq yoldan inhirafa yuvarlandıqlarının dəlilini ilahi məşiyyət (Allahın qəza-qədəri) təsəvvür edərək deyirdilər: Əgər Allah istəməsəydi, biz bütpərəst olmazdıq. Qurani-kərim onların puç təsəvvürlərini belə bəyan edir:

º†GÓÈÓvÔˉԆ«‰sÓ–ÈÊÓ†√ÓgÓ—Ó„ÔË«†‰ÓËt†g«“¡Ó†«‹Ô†Â«“†√Ógt—Ó„tÊ«“†ËÓ†‰«“†¬»«“¡ÔÊ«“†ËÓ†‰«“†ÕÓ—sÓÂtÊ«“†ÂÊt†gÓÈt¡n†;

“Müşriklər belə deyəcəklər: Əgər Allah istəsəydi, nə biz, nə də bizim ata-babalarımız müşrik olardı və nə də biz bir şeyi haram edə bilərdik.”128

Ayənin davamında onlara cavab verərək buyurur:

º†„Ó–«“‰„Ó†„Ó–sÓ»Ó†«‰sÓ–ÈÊÓ†ÂÊt†vÓ»t‰ÁÂt†ÕÓ tÈ”†–«“vÔË«†»Ó√ÓGtÊ«“†;

“Onlardan əvvəlkilər də (peyğəmbərləri) belə təkzib etdilər. Nəhayət əzabımızı daddılar.”

Qeyd etmək lazımdır ki, kainatda bəzən insanın səadətinə, bəzən də onun zərər və bədbəxtliyinə tamam olan işlər (Allahın ümumi qanunları) ilahi qəza və qədər hesab olunur. Məhz insanlar öz ixtiyarı ilə onların kikisindən birini seçir. (Keçən bəhslərimizdə insan barəsində islami dünyagörüş bəhsində bəzi mətləblər bəyan olundu.)

İNSAN VƏ İXTİYAR




51-Cİ ƏSAS

İnsanın işlərində azad və ixtiyar sahibi olması inkaredilməz bir həqiqətdir. O, bunu müxtəlif yollarla dərk edə bilər. Həmin yollar aşağıda qeyd olunanlardan ibarətdir:

1-Hər bir insanın vicdanı şəhadət verir ki, o hər hansı bir işi yerinə yetirməkdə və ya tərk etməkdə qəti bir qərara gələ bilər. Əgər bir kəs bu aşkar mətləbdə də şəkk edərsə, onda sair həqiqətləri qəbul edə bilməz.

2-Cəmiyyətdə müxtəlif şəxslər tərəfindən görülən (istər dini, istərsə də qeyri-dini) yaxşılıqlar və pisliklər göstərir ki, yaxşı və pis iş görən kimsə öz işlərində ixtiyar sahibidir.

3-Əgər insan ixtiyar və azadlığa malik olmasaydı, şəriət hökmlərinin verilməsi yersiz və mənasız olardı. Çünki, əgər hər bir insan üçün əvvəlcədən yazılan yolların keçilməsi labüddürsə, belə olan təqdirdə Allah tərəfindən verilən əmr və nəhy, təyin olunan mükafat və cəza mənasız olacaq.

4-Tarixdə çoxlu şəxslər cəmiyyəti müəyyən yola hidayət etmək fikrində olmuş, bu məqsədlə proqramlar tökmüş və müsbət nəticələr almışlar. Aydındır ki, bu iş insanın məcbur olması fikri ilə uyğun gəlmir. Çünki insanın məcbur olması fərz edildikdə, bütün bu işlər mənasız və əbəs olacaqdır.

Qeyd olunanlar insanın ixtiyar və azadlığının inkaredilməz bir həqiqət olmasını bəyan edir.

Əlbəttə, bəziləri insanın ixtiyar sahibi və azad olmasından belə bir nəticə ala bilər ki, insan tamamilə öz başına buraxılmışdır və Allahın onun işlərində heç bir təsiri yoxdur. “Təfviz” (mütləq ixtiyar, işlərin hamısının insana həvalə edilməsi) adlanan bu əqidə insanın daim Allaha möhtac olması məsələsi ilə ziddiyyət təşkil edir, həmçinin Allahın xaliqiyyət və qüdrət dairəsini məhdudlaşdırır. Bu mətləbin həqiqəti barədə ətraflı şəkildə sonrakı əsasda söhbət edəcəyik.



52-Cİ ƏSAS

İslamın əziz Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) vəfat etdikdən sonra müsəlmanların arasında ciddi şəkildə müzakirəyə qoyulmuş məsələlərdən biri də insandan baş verən işlərin keyfiyyəti idi. Bəziləri inanırdı ki, insan işlərdə tam məcburiyyətə malikdir. Başqa bir qrupun nəzəriyyəsinə görə Allah taala bütün işləri insanların ixtiyarında qoymuş, Öz qüdrət və hakimiyyətini (qəzavətini), eləcə də təqdirini onlardan götürmüşdür. Birinci qrupun fikrincə, insanın bütün işlərinin səbəbkarı məhz Allahdır. İkinci dəstənin fikrincə isə, insanın işlərinin səbəbkarı tam mənada onun özüdür.

Bu iki azğın və yanlış fikrin müqabilində Peyğəmbər Əhli-beytinin bəyan etdiyi həqiqət və doğru əqidə bundan ibarətdir ki, insanın işləri nə tam cəbr (icbar), nə də tam təfviz əsasında deyil; həqiqət bu iki fikrin arasında orta mövqedə olan bir nöqtədir. Yəni insan bu dünyada öz işlərində tam məcbur olmadığı kimi, tan mənada öz başına da buraxılmamışdır.

İmam Sadiq (əleyhis salam) bu iki etiqad arasındakı orta və mötədil olan haqq yolu məşhur bir cümlədə belə bəyan edir:

º†‰«“†ÃÓ»t—Ó†ËÓ†‰«“† ÓbtËÈ÷Ó†ËÓ†‰ˆˆ„Êt†√ÓÂt—φ»ÓÈtÊÓ†«˘ÓÂt—ÓÈtÊ†;

“İslamda nə tam cəbr vardır, nə də tam təfviz; əksinə, (haqq yol) bu ikisinin arasında olan bir yoldur (orta mövqedir).”129

Yəni hər hansı bir iş insana istinad edilməklə yanaşı, Allaha da istinad edilir. Çünki hər hansı faildən (işi görəndən) bir iş baş verirsə, failin özü və onun malik olduğu qüdrəti Allahın məxluqu olduğu üçün, həmin iş Allahdan ayrı şəkildə təsəvvür oluna bilməz.

Əhli-beytin (ə), insanın işlərinin həqiqət və mahiyyətini bəyan edərkən göstərdikləri haqq yol Qurani-kərimdə də gəlmişdir. Allah tərəfindən göndərilən bu kitab işləri insana aid etdiyi kimi, Allaha da aid etmişdir. (Yəni hər ikisi bu nisbəti qəbul edir.) Belə ki, buyurulur:

º†Ëӆ«“†—ÓÂÓÈt Ó†«–t†—ÓÂÓÈt Ó†ËÓ†‰ˆˆ„ÊsÓ†«‹Ó†—ÓÂÈ”†;

“(Ya Peyğəmbər! Düşmənlərə) atdığın oxu, sən atmadın, əksinə Allah atdı.”130

Bu ayədə məqsəd budur ki, Həzrət Peyğəmbər (s) o işi özünün müstəqil qüdrəti ilə görmədi, əksinə onu ilahi bir qüdrət gördü. Beləliklə, bu işin hər ikisi (həm Allaha, həm də Peyğəmbərə aid edilməsi) düzgündür.

Başqa sözlə, ilahi qüvvə və qüdrət hər bir varlıqda təsir göstərir. Məsələn: mənbəyə qoşulan lampadakı elektrik cərəyanını nəzərə alaq. Biz açarı qoşmaqla işıq yanır. Doğrudur ki, “biz işığı yandırdıq”, deyirik, amma həqiqətdə lampa elektrik cərəyanı nəticəsində yanır.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin