46-CI ƏSAS
Allahın ədaləti üç qismə bölünür:
1-Təkvini işlərdə (kainatın yaradılışında) olan ədalət: Allah taala hər hansı bir məxluqa, onun istedad və bacarığı qədər əta edir. Heç vaxt icad etmə məqamında istedadları yaddan çıxartmır. Qurani-kərim buyurur:
º†—Ó»sÔÊ«“†«‰sӖȆ√ÓŸt◊È”†„Ô‰sÓ†gÓÈt¡n††ŒÓ‰tvÓÁÔ†ÀÔÂsÓ†ÁӜȔ†;
“Rəbbimiz hər hansı bir şeyə onun xilqətini əta edən, sonra da onu doğru yola hidayət edən Allahdır.”113
2-Təşrii (qanun qoymaqla əlaqədar) işlərdəki ədalət:
Allah taala mənəvi kamalları kəsb etməyə qadir olan insanı peyğəmbər göndərmək və dini qanunları qoymaqla hidayət edir. Həmçinin insanın imkan və qüdrəti dairəsindən xaric olan hər hansı bir işə mükəlləf etmir:
º†«ÊsÓ†«‹Ó†ÈÓ√tÂÔ—Ô†»«‰tŸÓœt‰†ËÓ†«˘ÕtG«“ʆËÓ «È «“¡†–Ȇ«‰tvÔ—t»È”†ËÓ†ÈÓÊtÁÈ”†ŸÓʆ«‰tbÓÕtg«“¡†ËÓ†«‰tÂÔÊt„Ó—†ËÓ†«‰t»Ó⁄Ȇ
ÈÓŸÿÔ„ÔÂt†‰ÓŸÓ‰sÓ„ÔÂt† Ó–Ó„sÓ—ÔËÊÓ†;
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi əmr edir, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.”114
Ədalətli olmaq, yaxşılıq etmək, qohum-əqrəbanın əlindən tutmaq insanın yaxşı sifətlərindən, zina etmək, pis işlər görmək və zülm etmək isə pis sifətlərdən olduğu üçün ilk üç sifəti vacib, sonrakı üç sifəti isə qadağan edilmişdir. Həmçinin, Allah taala insanı, onun gücü çatmayan işlərlə mükəlləf (vəzifəli) etməməsi barədə buyurur:
º†‰«“†ÈÔ„Ó‰sbÔ†«‹Ô†ÊÓbtG«Î†«˙”†ËÔGtŸÓÁ«“†;
“Allah taala heç kəsi gücü çatmayan işi görməyə vadar etməz.”115
3-Cəzalandırma məqamında ədalət: Allah taala heç vaxt mükafatlandırmaq və ya cəza vermək baxımından möminlə kafirə, əməli salehlə günahkara bir səviyyədə baxmaz. O, hər bir insana, onun bacarıq və ləyaqətinə görə mükafat və ya cəza verir. Beləliklə, peyğəmbərlərin vasitəsilə insanlara, vəzifələrini çatdırmayınca, höccəti onlara tamamlamayınca, heç vaxt onları sorğu-suala tutmaz. Qurani-kərimdə buyurulur:
º†Ëӆ«“†„ÔÊsÓ«†ÂÔŸÓ–s»ÈÊÓ††ÕÓ tÈ”†ÊÓ»tŸÓÀÓ†—ÓGÔˉ«Î†;
“Biz, peyğəmbər göndərməmiş, heç vaxt əzab vermərik.”116
Başqa bir ayədə buyurulur:
º†ËÓ†ÊÓ÷ÓŸÔ†«‰tÂÓË«“GÈÊÓ†«‰tvGt◊Ó†‰ÈÓËt†«‰tvÈ«“ÂÓ:†bÓ‰«“† Ôÿt‰ÓÂÔ†ÊÓbtGφgÓÈt√Ά;
“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq və heç kəsə əsla zülm edilməz.”117
47-Cİ ƏSAS
Allah insanı hədəfsiz, boş yerə yaratmamışdır. Onun yaranmasında əsas hədəf, ibadət və bəndəçilik nəticəsində hasil olan insani kamallara çatmaqdan ibarətdir. Əgər insanın bir hədəfə çatması, Allah tərəfindən göstəriş verilən müqəddimələrə əməl etməklə şərtlənsə, Allah taala mütləq həmin müqəddimələri göndərər. Əks təqdirdə insanın yaradılışı hədəfsiz olar. Məhz buna görə də Allah insanları hidayət etmək üçün peyğəmbərlər göndərmiş və Özünün möcüzə və bəyanatlarını onların ixiyarında qoymuşdur. Həmçinin insanları ibadət-itaətə rəğbətləndirmək və günahdan çəkindirmək üçün mükafat və cəza vədəsi vermişdir.
Bu deyilənlərin hamısı ədliyyə məzhəbində bir çox etiqadi məsələlərin əsası və eləcə də əqlin yaxşını və pisi dərk etməkdə səlahiyyətli olması qaydasının təfərrüatından hesab olunan “lütf və kərəm qaydası”-nın xülasəsi idi.
QƏZA VƏ QƏDƏR
48-Cİ ƏSAS
İlahi qəza və qədər İsla dinində qəti əqidələrindən sayılır. Quranda və hədislərdə bu haqda söhbət açılmışdır, əqli dəlillər də onu təsdiq edir.
Qəza və qədər barədə bir çox ayələr vardır. Biz onların bir neçəsini qeyd edirik:
Qurani-kərim “qədər” barəsində buyurur:
º†«Ês«“†„Ô‰sÓ gÓÈt¡n†ŒÓ‰ÓvtÊ«“ÁÔ†»vӜӗn†;
“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.”118
Başqa bir ayədə buyurur:
º†ËÓ†«ÊsÓ†ÂÊt†gÓÈt¡n†«˙”†ŸÊtœÓÊ«“†ŒÓG«“∆ÊÔÁÔ†Ëӆ«“†ÊÔÊÓGs‰ÔÁÔ†«˙”†»vӜӗn†ÂÓŸt‰ÔËÂn†;
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın. Biz ondan ancaq müəyyən qədər göndəririk.”119
“Qəza” haqqında isə belə buyurulur:
º†ËÓ†«–«†vÓ÷È”†√ÓÂt—«Î†bÓ«ÊsÓ«“†ÈÓvÔˉԆ‰ÓÁÔ†„ÔÊt†bÓÈÓ„ÔËÊÔ†;
“Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız “ol!” - deyər, o da (dərhal) olar.”120
Başqa bir ayədə buyurur:
º†ÁÔËÓ†«‰sӖȆŒÓ‰ÓvÓ„ÔÂt†ÂÊt†◊ÈÊn†ÀÔÂsÓ†vÓ÷È”†√ÓÃÓ‰«Î†;
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl təyin edən Odur.”121
Qeyd olunan ayələrə, həmçinin bu zəminədə nəql olunan müxtəlif rəvayətlərə əsasən, heç bir müsəlman ilahi qəza və qədəri inkar edə bilməz. Bu məsələ olduqca mürəkkəb olduğu üçün idrak və fikir cəhətindən onu başa düşməyə hazırlığı olmayanlar bu məsələlərə girişməsinlər. Əks halda bu iş onların əqidəsində səhvə, şəkk-şübhəyə yol verər, düz yoldan azmalarına gətirib çıxarar. Elə buna görə də Həzrət Əmirəl-möminin Əli (əleyhis salam) belə şəxslərə xitab edərək buyurur:
º†◊Ó—ÈvφÂÔÿt‰ÂφbÓ‰«“† ÓGt‰Ô„ÔËÁÔ†ËÓ†»ÓÃt—φŸÓÂÈvφbÓ‰«“† Ó‰ÃÔËÁÔ†ËÓ†G—sÔ†«‹†bÓ‰«“† Ó Ó„Ó‰sÓbÔËÁÔ†;
“(Qəza və qədər) qaranlıq bir yoldur, onu keçməyin, dərin bir dənizdir, ora girməyin; Allahın sirridir, onu əldə etmək üçün özünüzü zəhmətə salmayın.”122
Əlbəttə, İmam Əli (əleyhis-salam), bu cür dəqiq maarifi qavrayıb başa düşməyə hazırlığı olmayan şəxslərə xəbərdarlıq edir. Çünki, bu iş onların azğın yola düşmələrinə səbəb olar. Müddəamızın şahidi budur ki, Həzrət Əli (ə) özü başqa yerlərdə qəza və qədəri bəyan etmişdir.123 Buna görə də biz öz mərifətimiz qədər, Quran və hədislərdən istifadə edərək, əqlin köməyi ilə bu mətləbi izah etməyə başlayırıq:
49-CU ƏSAS
“Qədər” lüğətdə “bir şeyin ölçülməsi və miqdarı”, “qəza” isə “onların “həyata gerçəkləşməsinin labüd və qəti olması” mənasını ifadə edir.124 İmam Riza (əleyhis-salam) qəza və qədərin təfsirində belə buyurur: “Qədər diri qalmaq və fani olmaq baxımından bir şeyin ölçülməsindən, qəza isə həmin şeyin qəti olaraq həyata keçməsindən ibarətdir.”125
Qəza və qədərin lüğətdəki mənasından aydın oldu ki, bir şeyin ölçülməsinə “qədər”, onun həyata keçməsinə isə “qəza” deyilir. İndi isə onların istilahi mənasını izah edirik.
a) Qədərin təfsiri:
Məxluqların hər hansı birinin yaradılışı mümkünül-vücud olduğu üçün vücudunun xüsusi bir ölçüsü və miqdarı vardır. Cansız təbiət bir cür, canlılar və bitkilər isə başqa cür ölçülür. Ölçüyə və miqdara malik olan hər hansı bir varlıq Allahın məxluqu olduğundan, təbiidirki, qədər də ilahi qədər olmalıdır. Belə olan təqdirdə ölçü və miqdar Allahın işlərindən olduğu üçün “feli qədər” adlanır. Amma Allah taala həmin işlərin yaradılışından qabaq onlardan agah olduğu üçün “elmi qədər” adlanır. Deməli “qədər”ə inanmaq əşyaların xüsusiyyətlərini nəzərə almaqla yanaşı, Allahın xaliqiyyətinə (xəlq etməsinə) də etiqad bəsləməkdir. “Feli qədər” Allahın əzəli və əbədi elminə etiqad bəsləmək olduğundan, “elmi qədər”-ə inanmaq, həqiqətdə Allahın əzəli və əbədi eminə inanmaq deməkdir.
b) Qəzanın təfsiri:
Qeyd etdiyimiz kimi, “qəza” hər hansı bir şeyin qəti şəkildə gerçəkləşməsi mənasını daşıyır. Şübhəsiz ki, hər hansı bir şeyin gerçəkləşməsi həmin şeyin tam illətinin (səbəbinin) vücuda gəlməsi dairəsində, illət və məlul qaydasına əsaslanır. İllət və məlul (səbəb-nəticə) qaydası Allaha istinad edilirsə, şübhəsiz ki, hər hansı bir şeyin gerçəkləşməsi də Onun qüdrət və iradəsinə əsaslanmalıdır. Bu da fel və yaradılış məqamında Allahın qəzası olub gerçəkləşmək barədə Allah taalanın əbədi elmi və Onun zati qəzası adlanır.
Qeyd olunanların hamısı Allahın (istər zati, istərsə də feli olsun) təkvini qəza və qədərinə aid olur. Bəzən də qəza və qədər təşrii məsələlərə aiddir.
Təşrii qanunların əsası Allahın qəzasıdır. Onların keyfiyyəti və xüsusiyyəti (vacib, haram və s.) Allahın təşrii qədəri adlanır. Həzrət Əmirəl-möminin Əli (əleyhis-salam) qəza və qədərin həqiqəti barədə soruşan şəxsin cavabında qəza və qədərin bu mərhələsini xatırladaraq buyurdu: “Qəza və qədər dedikdə məqsəd, itaətə əmr etmək, günahdan çəkindirmək, yaxşı işləri yerinə yetirmək və pis işləri tərk etmək baxımından insana qüdrət vermək, Allah dərgahına yaxınlaşmaq üçün tovfiq vermək, günahkarı özbaşına buraxmaq və s. kimi işlərdər. Bunlar Allahın bizim işlərimizdəki qəza və qədəridir.”126
Əli (əleyhis salam)-ın o şəxsin cavabında, yalnız təşrii qəza və qədəri izah etməklə kifayətlənməsinin səbəbi bəlkə də məclisdə iştirak edənlərin yanında o şəxsin vəziyyətini nəzərə alması olmuşdur. Çünki, o zamanlar təkvini qəza və qədər, habelə insanların işləri qəza və qədər dairəsində qərar tapması məcburiyyətdə olmaq və ixtiyarın olmaması kimi təsəvvür olunurdu.
Yuxarıda Həzrət Əli (ə)-dan nəql etdiyimiz hədisin davamı bu müddəaya şahiddir:
º†ËÓ†√ÓÂs«“†⁄ÓÈt—Ô†–«‰„Ó†bÓ‰«“† ÓÿÓÊsÔÁÔ†bÓ«ÊsÓ†«‰ÿsÓÊsÓ†‰ÓÁÔ†ÂÔÕt»◊φ‰‰t√ÓŸt«“‰†;
“Bundan başqa cür güman etmə, çünki, (o cür) güman əməllərin puç olmasına səbəb olar.”
Məqsəd budur ki, insan öz işlərindən ixtiyar sahibi olduğuna görə ona qiymət və dəyər verilir və əməllərdə məcburiyyətin təsəvvür olunması isə bu qiymət və dəyəri aradan aparır.
Bir sözlə, qəza və qədər “təkvini” və “təşrii” olmaqla iki qismə bölünür. Bunların hər biri də öz növbəsində iki hissəyə bölünür: 1-Zati (elmi), 2-Feli.
Dostları ilə paylaş: |