ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə11/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

ALLAHIN FEL SİFƏTLƏRİ

Allahın zat sifətlərinə aid olan ilkin mətləblərlə tanış olduq. İndi isə Allahın bəzi fel sifətlərini bəyan edərək onlardan üçü haqda söhbət edəcəyik.

1-Danışmaq.

2-Doğruluq.

3-Hikmət.

38-Cİ ƏSAS

Qurani-kərim Allahın Musa ilə danışdığını bəyan edərək buyurur:

º†ËÓ†„Ó‰sÓÂÓ†«‹Ô†ÂÔËGÈ”† Ó„t‰È«Ά;

“Allah Musa ilə, sözlə danışdı.”86

Həmçinin buyurur:

º†Ëӆ«“†„«“ÊÓ†‰»ÓgÓ—n†√ÓÊt†ÈÔ„Ó‰sÂÓÁÔ†«‹Ô†«˙”†ËÓÕtȫΆ«ÓËt†ÂÊt†ËÓ—«“¡†Õë“»n†«ÓËt†ÈÔ—tG‰Ó†—ÓGÔˉ«Î†;

“Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər.”87

Beləliklə, danışmağın Allahın sifətlərindən olmasında heç bir şəkk-şübhə yodur. Əsas məsələ onun həqiqəti, hansı keyfiyyətdə olması barəsindədir. Yəni sual yaranır ki, görəsən bu sifət Allahın zat sifətlərindəndir, yoxsa fel sifətlərindən? Aydın məsələdir ki, insanda olan danışığı Allah üçün təsəvvür etmək olmaz.

Qurani-kərimdə Allahın danışmasının həqiqətini başa düşmək üçün elə Quranın özünə müraciət etmək lazımdır. Quran Allahın Öz bəndələri ilə danışmasını üç cür bəyan edərək buyurur:

º†Ëӆ«“†„«“ÊÓ†‰»ÓgÓ—n†√ÓÊt†ÈÔ„Ó‰sÂÓÁÔ†«‹Ô†«˙”†ËÓÕtȫΆ«ÓËt†ÂÊt†ËÓ—«“¡†Õë“»n†«ÓËt†ÈÔ—tG‰Ó†—ÓGÔˉ«Î†bÓÈÔËÕÈÓ†»«–tÊÁ†Â«“

†ÈÓg«“œÔ†«ÊsÓÁÔ†ŸÓ‰ÈφÕÓ„ÈÂφ;

“Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, (hər şeydən) ucadır, hikmət sahibidir.”88

Allahın insan ilə danışması yalnız aşağıda qeyd olunan üç yolla mümkündür:

1-”«˙”†ËÓÕtȫΔ- Qəlbə ilham etməklə;

2-”√ÓËtÂÊt†ËÓ—«“¡†Õ뻓- Hicab arxasından danışmaqla; belə ki, insan (peyğəmbər) Allahın danışığını eşidir, lakin Onu görmür. Allahın Musa (ə)-la danışması buna misal ola bilər.

3-”√ÓËt†ÈÔ—tG‰Ô†—ÓGÔˉ«Î”- Bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə vəhy edər.

Yuxarıda qeyd olunan ayədə Allahın insanla danışması ya vasitəsiz (birbaşa), ya da mələyin vasitəsi ilə bir söz icad etməklə olur. Birinci surətdə söz birbaşa peyğəmbərin qəlbinə ilham olunur, ya da qulaqları vasitəsilə onun qəlbinə çatır. Bu surətlərin hər birində sözü icad etmək mənasını ifadə edən danışmaq Allah taalanın fel sifətlərindən sayılır.

Allahın danışmasının necəliyi barədə olan bu izahlar Qurani-kərimdən əldə olunur. İndi isə bu məsələni başqa cəhətdən araşdırırıq. O da budur ki, Allah taala bütün kainatı Özünün kəlamı və sözü sayıb buyurur:

º†vÔ‰t†‰ÓËt†„«“ÊÓ†«‰t»ÓÕt—Ô†Âœ«“œ«Î†‰„Ó‰«“ †—Ó»sȆ‰ÓÊÓbœÓ†«‰t»ÓÕt—Ô†vÓ»t‰Ó†√ÓÊt†„Ó‰«“ Ô†—Ó»sȆËÓ†‰ÓËt†Ã∆tÊ«“†»ÂÀt‰Á†ÂӜӜ«Î†;

“(Ya Mühəmməd!) De ki, əgər Rəbbimin kəlmələrini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi.”89

Bu ayədə “kəlimat” (sözlər) dedikdə, məqsəd, Allahdan başqa bir kimsənin saymağa qüdrəti olmayan məxluqlardır. Mətləbin şahidi budur ki, Qurani-kərimdə Həzrət İsa Məsih (ə) “kəlimətullah” (yəni Allahın kəlamı) adlandırılmışdır:

º†«ÊsÓ«“†«‰tÂÓGÍÕÔ†ŸÈGÈÓ†»tÊÔ†ÂÓ—ÈÓ†—ÓGÔˉԆ«‹†ËÓ†„Ó‰ÂÓ ÔÁÔ†√Ó‰tv«“Á«“†«‰È”†ÂÓ—tÈÓ†;

“Həqiqətən, Məryəmin oğlu İsa Məsih Allahın peyğəmbəri və (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı sözdür.”90

Həzrət Əmirəl-möminin Əli (ə) söhbətlərinin birində Allahın kəlamını Onun feli kimi təfsir etmiş və buyurmuşdur:

“Allah taala bir şeyi yaratmaq istəsə, ona “ol!” deyir, o da dərhal vücuda gəlir. Amma Onun danışması nə uca səs, nə də eşidilən nida deyildir. Allahın danışması Onun felidir. Həmin şeyi yoxdan yaradır və ona varlıq bəxş edir.”91

39-CU ƏSAS

Ötən bəhslərdə Allahın kəlamını (sözünü) iki cür-vasitəsiz və ya mələk vasitəsilə məna etdik. Bununla da isbat olunacaq ki, Allahın kəlamı qədim deyil, hadisdir (yəni zaman baxımından sonradan vücuda gəlmişdir). Çünki, Allahın kəlamı, elə Onun felidir, təbii olaraq Allahın feli də hadisdir. Deməli, “danışmaq” hadis bir işdir.

Baxmayaraq ki, Allahın kəlamı hadis və sonradan vücuda gəlmişdir, lakin ədəb qaydalarına riayət etmək üçün Allahın kəlamına “məxluq” demirik. Çünki, onun “saxta və düzəldilmiş” mənasına təfsir edilməsi ehtimalı qarşıya çıxa bilərdi. Amma əgər belə bir iş qarşıya çıxmasaydı, təbii olaraq Allahdan başqa hər bir şeyi Onun məxluqu hesab etmək lap yerinə düşərdi. Süleyman ibni Cəfər deyir: İmam Musa ibni Cəfər (ə)-dan soruşdum: Quran Allahın məxluqudur?

Həzrət cavabında buyurdu: “Mən deyirəm ki, Quran Allahın kəlamıdır.”92

Burada qeyd etməliyik ki, 212-ci hicri ilində müsəlmanlar arasında Quranın qədim və ya hadis olması barədə bir məsələ ortaya çıxdı və bu məsələ onların arasında ixtilafa və iki tirəliliyə gətirib çıxartdı. Quranın qədim olmasını iddia edənlərin öz müddəaları üçün düzgün və tutarlı dəlilləri yox idi. Çünki, bəzi ehtimallara görə Quran hadis, bəzilərinə görə isə qədim olurdu.

Əgər Allahın kəlamı dedikdə məqsədimiz, oxuduğumuz Quran kitabı və onun ayrı-ayrı kəlmələri, habelə Allah tərəfindən Cəbrailin vasitəsilə Həzrət Peyğəmbər (s)-in qəlbinə nazil olunan kəlmələr olsa, şübhəsiz ki, bunların hamısı hadisdir. Yox əgər məqsədimiz, peyğəmbərlərin başına gələn əhvalatlar, həmçinin Peyğəmbəri Əkrəmin (s) müşriklərlə apardığı döyüşlərə aid olan Quran ayələrinin məna və məfhumudursa, yenə də onları qədim adlandırmaq olmaz.

Amma əgər, məqsədimiz, Allahın Quranın kəlmə və mənalarına olan elmidirsə, şübhəsiz, bu, qədim olub Onun zat sifətlərindən sayılacaqdır.

40-CI ƏSAS


Allah taalanın feli sifətlərindən biri də Onun “sidq”, yəni öz buyurduqlarında doğruçu olmasıdır. Yalan, pis və qəbahətli bir iş olduğu üçün, heç vaxt Allahın zatında ona yer ola bilməz. Bunun dəlili də tamamilə aydındır. Çünki, yalan danışmaq ya nadanların və cahillərin, ya acizlərin, ya qorxaqların, ya da ehtiyaclıların işidir. Allah taala da bunların hamısından uzaq və pakdır. Başqa sözlə, yalan danışmaq pis işdir, Allah da pis işlərdən uzaq və pakdır.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin