ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ


ALLAHIN SİFƏTLƏRİ 34-CÜ ƏSAS



Yüklə 5,11 Mb.
səhifə10/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

ALLAHIN SİFƏTLƏRİ



34-CÜ ƏSAS


Allah taalanın zatı sonsuz və qeyri-məhdud bir həqiqətdir, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Elə buna görə də insan Allah taalanın zatının nə olmasını dərk edə bilməz. Amma Onu cəmal (sübuti) və cəlal (səlbi) sifətləri vasitəsilə tanıya bilər.

Cəmal sifətləri dedikdə məqsəd, Allah taalanın vücudunun kamalını göstərən sifətlərdir. Məsələn: elm, qüdrət, həyat, ixtiyar və s...

Cəlal sifətlər dedikdə isə məqsəd, Allahdan uzaq olan sifətlərdir. Çünki bu kimi sifətlər təyin olunan ismin eybli, nöqsanlı və aciz olduğunu bildirir. Allah taala da nöqsan və eyb sayılan hər növ sifətlərdən uzaq və pakdır. Məkanda yerləşmək, cisim olmaq, zamanla hüdudlanmaq, mürəkkəblik və s. kimi sifətlər buna misal ola bilər. (Bu iki sifətin birincisinə sübuti, ikincisinə isə səlbi sifətlər də deyilir.)

35-Cİ ƏSAS


Əvvəldə İslamda mərifət yollarını bəyan edərkən qeyd etdik ki, biz həqiqəti tanımaq üçün hissiyyat, əql və vəhydən kömək alırıq. Eləcədə Allah taalanın cəmal və cəlal sifətlərini tanımaq üçün də bu iki yoldan kömək almaq olar:

1-Əql yolu: Allahın xəlq etdiyi varlıq aləmində aparılan tədqiqat, onun mürəkkəb sirr və rəmzləri bizə, Allahın vücudunun kamal həddə olmasını göstərir. Məgər bu böyük kainatı elm, güc, ixtiyar olmadan qurub tənzim etmək olarmı? Qurani-kərim bu barədə əqlin verdiyi hökmü təsdiq etmək üçün insanı kainata aid olan təkvini ayələri araşdırmağa dəvət edib buyurur:

º†vÔ‰t†«ÊtÿÔ—ÔË«†Â«“†–«“†bȆ«‰GsÓ«“Ë«“ †ËÓ†«˘Ó—t÷†;

“De ki, bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var!”76

Əlbəttə, əql təbiətin sirlərini araşdırarkən hissiyyatdan kömək alır. Belə ki, əvvəlcə hissiyyat hər hansı mövzunu qəribə şəkildə dərk edir, sonra isə əql, məxluqunu qəribə olmasını Xaliqin cəmal və qüdrət nişanəsi hesab edir.

2-Vəhy yolu: Əgər qəti dəlillər nübüvvət və vəhyin, həmçinin Quranın və Peyğəmbər kəlamının tamamilə Allah tərəfindən olduğunu isbat etsə, onda təbiidir ki, Quran və hədislərdə gələnlər Allahın sifətlərini tanımaqda insana kömək edər. Bu iki yol Allahı ən yaxşı sifətlərlə vəsf etmişdir. Qurani-kərimdə Allah taala üçün 135 ism və sifət bəyan olunmuşdur. Biz misal üçün aşağıdakı ayəni qeyd etməklə kifayətlənirik:

“O Özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, əmin-amanlıq, salamatlıq bəxş edən, gözətçi, yenilməz qüvvət və qüdrət sahibi, məqamı böyük və (hər şeyin) fövqündə olan Allahdır! Allah müşriklərin Ona şərik qoşduğu şeylərdən pak-pakizədir. O (hər şeyi) yaradan və (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Ona təqdis və təsbih deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.”77

Qeyd etməliyik ki, Allahın sifətlərini tanımaq ilə əlaqədar bəhs olunmasını inkar edənlər, “müəttilə adlanan qruplardır. Çünki, onlar insanı əql və vəhyin hidayət etdiyi İslamın yüksək maarifindən məhrum edirlər. Əgər bu kimi maarif barədə elmi mübahisələr aparmaq qadağan olsaydı, Qurani-kərimdə bu qədər sifətlərin zikr olunması və onlar barədə təfəkkür etməyə əmr olunması əbəs bir iş olardı.



36-CI ƏSAS


Başqa bir baxımdan Allah taalanın sifətləri iki qismə bölünür:

1-Zat sifətləri; bunlar o sifətlərdir ki, Allah taalanı həmin sifətlərin vasitəsilə vəsf etmək üçün, zatın özünü təsəvvür etmək kifayətdir. Başqa sözlə, o sifətlər Allahın zat məqamından alınır. Məsələn: elm, qüdrət və həyat.

2-Fel sifətləri; Bunlar o sifətlərdir ki, Allahın zatı, Onun fellərini nəzərə alaraq həmin sifətlərlə vəsf olunsun. Məsələn: ruzi verən, yaradan, bəxş edən və s kimi sifətlər fel sifətləridir. Əgər Allahdan bir iş baş verməsə bu sifətlər gerçəkləşməz.

Başqa sözlə desək, Allahdan xəlq etmək və ruzi vermək kimi bir fel, iş baş verməyincə, Onu xaliq və ruzi verən adlandıra bilmərik, baxmayaraq ki, xəlq etmək, ruzi vermək, rəhmət və bəxşiş etməyə zatən qadirdir.

Bu bəhsin sonunda onu da qeyd edək ki, Allahın fel sifətlərinin hamısının mənşəyi Onun uca zatından ibarətdir. Yəni Allah taala bütün feli kamalların mənşəyi olan mütləq kamal sahibidir.


ALLAHIN ZAT SİFƏTLƏRİ

Allahın sübuti və səlbi, zat və feli sifətlərindən agah olduqdan sonra onlara aid olan mühüm məsələləri də açıqlayırıq:



37-Cİ ƏSAS


1-Əbədi elm.

Allahın elminin Onun zatı ilə eyni olması hökmünə əsasən bu elm əbədi və sonsuzdur. Qurani-kərim müxtəlif ayələrdə Allah taalanın sonsuz elminə işarə edərək buyurur:

º†«ÊsÓ†«‹Ó†»„Ô‰s†gÓÈt¡n†Ÿ‰ÈÂÈÂÏ;

“Həqiqətən, Allah hər şeyi biləndir.”78

Həmçinin buyurur:

º†√Ó†‰«“†ÈÓŸt‰ÓÂÔ†ÂÓÊt†ŒÓ‰ÓvÓ†¨Ó†ÁÔËÓ†«‰‰sÓ◊ÈbÔ†«‰tŒÓ»È—†;

“Məgər yaradan (sizin gizlin saxladığınız hər şeyi) bilməzmi?! Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!”79

Məsum imamlardan nəql olunan hədislərdə də dəfələrlə Allahın əbədi və sonsuz elmi bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur:

º†‰ÓÂt†ÈÓGÓ‰t†Ÿ«“‰«Ά»«‰tÂÓ„«“Ê†vÓ»t‰Ó† Ó„tËÈÊÁ†„ÓŸ‰tÂ†»Á†»ÓŸtœÓ††Â«“†„ÓËsÓÊÓÁÔ††ËÓ†„Ó–«“‰„Ó†Ÿ‰tÂÔÁÔ†»ÃÓÂÈŸ†«˘ÓgtÈ«“¡†;

“Allah, məkanı yaratmazdan qabaq ona alim olması, habelə bütün məxluqatı yaratmasından öncə, onlardan xəbərdar olması, elə onları yaratmasından sonrakı elmi kimidir”80

2-Yenilməz qüdrət.

Allahın qüdrəti də, elmi kimi, əbədi və yenilməzdir. Onun qüdrətinin zatı ilə eyni olmasının hökmünə əsasən qüdrətidə qeyri-məcuz və sonsuzdur. Qurani-kərim Allahın yenilməz qüdrət və qüvvətinə təkid edərək buyurur:

º†ËÓ†„«“ÊÓ†«‹Ô†ŸÓ‰È”†„Ô‰s†gÓÈt¡n†vÓœÈ—«Î†;

“Allah hər şeyə qadirdir.”81

Həmçinin buyurur:

º†ËÓ†„«“ÊÓ†«‹Ô†ŸÓ‰È”†„Ô‰s†gÓÈt¡n†ÂÔvt Óœ—«Î†;

“Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir.”82

İmam Sadiq (ə) buyurur:

º†√Ó˘ÓgtÈ«“¡Ô†‰ÓÁÔ†GË«“¡Ï†Ÿ‰t«ΆËÓ†vÔœt—Ó:ΆËÓ†GÔ‰t◊«“ʫΆËÓ†ÂÔ‰t„«Î†ËÓ†«Õ«“◊Ó:Ά;

“Bütün əşyalar (və məxluqlar) Allahın elmi, qüdrəti, hakimiyyəti, malikiyyəti (səltənəti) və onları əhatə etməsi baxımından eyni bir səviyyədədir.”83

Zatən qeyri-mümkün olan bir şeyin yaranması Allahın qüdrət dairəsindən xaricdir, amma bu, Onun qüdrətinin məhdud və naqis olmasına səbəb deyil, əksinə bu halda həmin şeyin icad olmağa qabiliyyəti yoxdur.

Həzrət Əmirəl-möminin Əli (əleyhissalam)-dan zatən qeyri-mümkün olan işlərin icad olunması haqda soruşulduqda buyurdu:

º†«ÊsÓ†«‹Ó† Ó»«“—Ó„Ó†ËÓ† ÓŸ«“‰È”†‰«†ÈÔÊ«G»Ô†«‰È”†«‰tŸÓÃtG†ËÓ†«‰sÓ–ȆGÓ√Ó‰t ÓÊȆ‰«“†ÈÓ„ÔËÊÔ†;

“Şübhəsiz, Allah taalanı aciz hesab etmək olmaz, amma sənin soruşduğun sual, mümkün olan bir şey deyildir.”84

3-Həyat (yaşayış).

Alim və qadir olan Allah diridir. Çünki, qeyd etdiyimiz sifətlər (elm və qüdrət) diri olan varlığın xüsusiyyətlərindəndir. Məhz bununla da Allahın həyatı və diriliyi məlum olur. Əlbəttə, Allahın həyat və yaşayışı digər sifətlərində olduğu kimi, hər hansı eyb və nöqsandan uzaq və pakdır. Onun həyatı insan həyatı kimi deyildir. Belə ki, O, zatən diri olduğu üçün heç vaxt ölə bilməz. Başqa sözlə, Allahın vücudu mütləq kamal olduğu üçün, Onun zatında bir növ nöqsan hesab olunan ölümə yer yoxdur. Qurani-kərim bu barədə buyurur:

º†ËÓ† ÓËÓ„sÓ‰t†ŸÓ‰ÓȆ«‰tÕÓÈs†«‰sÓ–Ȇ‰«“†ÈÓÂÔË Ô†;

“(Ya Mühəmməd!) Ölməz, həmişə diri olan Allaha təvəkkül et!”

4-İradə və ixtiyar.

Agah failin (iş görənin) işi, agah olmayan failin işinə nisbətən daha mükəmməldir. Eləcə də, iradə və ixtiyar sahibi olan failin işi, məcburiyyət qarşısında qalaraq iş görən failin işindən üstündür, çünki, məcburiyyət qarşısında qalaraq iş görən fail işin yalnız bir tərəfini seçməlidir (ya onu məcburən görməli, ya da tərk etməlidir.) Bu da Onun işinin nöqsanlı olmasına dəlalət edir. Qeyd olunan incəliyə, habelə Allahın varlıq aləmində bütün cəhətlərdən mükəmməl fail olmasına diqqət yetirdikdə, Allah taalanın zatının məcbur olması deyil, əksinə tam ixtiyar sahibi olması məlum olur. “Allah müriddir” dedikdə, məqsəd Onun tam ixtiyar sahibi olmasıdır. İnsanda bir işin tədriclə baş verməsinə səbəb olan iradə mənasını Allahın zatı barəsində işlətmək düz deyildir. Buna görə də Əhli-beytin (ə) hədislərində insanların bu işlə əlaqədar səhvə düşməsinin qarşısı alınsın deyə, Allahın bir işi iradə etməsi elə o işin heç bir fasilə olmadan görülməsi kimi qiymətləndirilmişdir. Belə ki, hədisdə buyurulur: “İnsana aid olan iradə daxili bir halətdir ki, onun ardınca iş, fel yerinə yetirilir. Amma Allahın iradəsinə gəldikdə isə, bu halət olmadan, fel dərhal icad olunur.”85

Beləliklə, ixtiyar mənasını ifadə edən iradə Allahın zat sifətlərindən sayılır, amma icad etmək və varlıq bəxş etmək Onun fel sifətlərindəndir.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin