ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə12/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

41-Cİ ƏSAS

Allah taalanın fel sifətlərindən biri də Onun hikmətli olmasıdır və Həkim, Allahın adlarından biridir. Allah taala Həkimdir-dedikdə məqsəd budur ki, Onun bütün işləri son dərəcə möhkəm və eybsizdir, həmçinin ondan hər hansı bir yersiz və əbəs iş baş vermir.

Birinci müddəanın (Allahın bütün işlərinin möhkəm və eybsiz olmasının) dəlili, gözəl yaratdığı kainat və ondakı son dərəcə dəqiq nizam-intizamdır. Qurani-kərim buyurur:

º†gÔÊtŸÓ†«‹†«‰sÓ–Ȇ√Ó tvÓÊÓ†„Ô‰sÓ†gÓÈt¡n†;

“Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.”93

İkinci mətləbin (Allahın bütün işlərinin tam hikmət əsasında olub heç nəyin yersiz və əbəs olmaması) dəlili, “Sad” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:

º†Â«“†ŒÓ‰ÓvtÊ«“†«‰GsÓ«“¡Ó†ËÓ «˘Ó—t÷Ó†Ëӆ«“†»ÓÈtÊÓÁ«“†»«“◊‰«Î†;

“Biz göyü, yeri və onların arasında olanları boş-boşuna, əbəs yerə yaratmadıq.”

Ümumiyyətlə, Allah taala mütləq kamala malik olduğundan, Onun fel və işləri də mütləq kamal əsasında olmalı, işlərində əsla əbəs və boş-boşuna bir şey olmamalıdır.


ALLAHIN SƏLBİ SİFƏTLƏRİ




42-Cİ ƏSAS

Yuxarıda Allahın sifətlərini cəmal və cəlal olaraq iki qismə böldük. Allahın kamalını göstərən sifətlərə cəmal və yaxud sübuti, nöqsan və eybin Onun zatından uzaq olmasını göstərən sifətlərə isə cəlal və yaxud səlbi sifətlər deyilir. Səlbi sifətlər dedikdə, Allah taalanın hər hansı bir eyb və nöqsandan uzaq olması nəzərdə tutulur. Allahın zatı ehtiyacsız və mütləq kamal olduğu üçün, nöqsan və ehtiyac göstərən hər hansı bir sifətdən uzaq və pakdır. Məhz buna görə də ilahiyyat alimləri deyirlər: Allah cisim deyil, Onun məkanı yoxdur və heç bir şeyə də daxil ola bilməz. Çünki bu kimi xüsusiyyətlərin hamısı varlığın nöqsan və ehtiyaclı olmasından irəli gəlir.

Nöqsanlı hal sayılan sifətlərdən biri də gözə görünməkdir. Çünki, bir şeyin görünə bilməsi üçün, gözə görünmənin müəyyən şəraiti yaranmalıdır. Məsələn, aşağıdakı şərtlər olmalıdır:

1-Məkanda və xüsusi bir yerdə olsun;

2-Qaranlıqda olmasın. Yəni onun olduğu yer işıqlı olsun;

3-Onunla onu görənin arasında müəyyən qədər fasilə olsun.

Aydındır ki, bu şərtlər Allahın deyil, əksinə maddənin və cismani varlıqların xüsusiyyətlərindəndir.

Bundan əlavə, əgər Allah gözlə görünsə, onda iki hal təsəvvür oluna bilər: Ya Onun vücudu bütünlüklə, ya da bir hissəsi görünməlidir. Birinci halda hər şeyi əhatə edən Allah məhdud olacaq. İkinci surətdə isə müxtəlif hissələrdən təşkil olunacaq. Bunların hər ikisi də Allahın uca məqamından uzaqdır.

Bu deyilənlərin hamısı Allahın hissi və gözlə görünməsinin qeyri-mümkün olmasını göstərirdi. Amma güclü iman və mənəviyyat nəticəsində qəlb (bəsirət) gözü ilə Allah taalanı müşahidə etmək olar.

Həzrət Əli (ə)-ın səhabələrindən sayılan Zələb Yəmani o Həzrətə ərz etdi: Öz Allahını görübsənmi?

İmam cavabında buyurdu: “Mən görmədiyim Rəbbə ibadət etmərəm.”

Zələb Yəmani yenə soruşdu: Onu necə görürsən?

İmam buyurdu:

“Onu zahiri gözlər görə bilməz, amma qəlblər həqiqi iman sayəsində görə bilərlər.”94

Allahın gözlə görünməsinin qeyri-mümkün olmasını əqli dəlildən əlavə, Quran ayələri də açıq-aşkar sübut edir.

Həzrət Musa (ə) Bəni-İsrailin israrına görə, Allahdan gözə görünməsini istədikdə, inkar cavabı eşidir:

“Musa dedi: Ey Rəbbim, Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”95

Burada bir sual yaranır: Əgər Allahın gözə görünməsi qeyri-mümkündürsə, onda nə üçün Qurani-kərim “Qiyamət günündə layiqli bəndələr Ona baxacaqlar”-deyə buyurur?

“O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.”96

Sualın cavabı budur ki, bu şərif ayədə baxmaq kəlməsindən məqsəd, Allah taalanın rəhmətini gözləməkdir. Çünki, ayənin özündə bu mətləbə iki dəlil vardır:

1-Baxmağı gözə deyil, üzlərə nisbət verib buyurur: “O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.” Əgər məqsəd Allahı görmək olsaydı, onda görməyi üzlərə yox, gözlərə nisbət verməliydi.

2-Bu surədə iki qrupdan söhbət açılır:

a) Üzləri sevinib gülənlər: Onların mükafatı

b) Üzləri qəm-qüssəli olanlar: Onların cəzası isə

(Sahiblərinin bel sümüklərinin dəhşətli

bir əzabla qırılacağını anlayacaqlar)97 ifadəsi ilə bəyan edilir.

İkinci cümlədə məqsəd bundan ibarətdir ki, onların bel sümükləri dəhşətli bir əzabla qırılacaq və təbiidir ki, onlar da bu əzabın baş verəcəyəni gözləyəcəklər.

Bu şahidlərin vasitəsilə, qeyd olunan birinci ayədə məqsədin nə olduğunu başa düşmək asan olar. O da budur ki, sevinib gülən üzlər Allahın rəhmətini gözləyəcəklər. “Allaha tərəf baxacaqlar” ifadəsi, məcazi mənada rəhmətin gözlənilməsini göstərir. Bu məsələ ilə əlaqədar ərəb və fars dillərində çoxlu dəlillər qeyd olunmuşdur. Məsələn: Fars dilində deyirlər: “Filankəsin gözü, başqasının əlindədir”, yəni ondan kömək umur.

Quranın müəyyən bir ayəsini təfsir edərkən, heç vaxt həmin ayənin özü ilə kifayətlənməməliyik, əksinə, həmin mövzu ilə əlaqədar bütün oxşar ayələr də qeyd olunur və onların məcmusundan o ayənin həqiqi mənası başa düşülür. Gözə görünmək məsələsinə gəldikdə də, əgər ona aid olan bütün ayələr, habelə bu barədəki hədislər toplanarsa, məhz onda İslam nöqteyi-nəzərindən Allahın gözlə görünməsinin qeyri mümkün olması məlum olacaq.

Beləliklə, məlum olur ki, Həzrət Musa (ə) yalnız Bəni-İsrailin israrına görə Allahdan, gözə görünməsini istəmişdi. Onlar deyirdilər:

Ey Musa, Allahın səsini eşidib, nəql etdiyin kimi, elə Onu gözünlə də gör və bizim üçün vəsf et. Quran buyurur:

º†ËÓ†«–t†vÔ‰t ÔÂt†‰ÓÊt†ÊÔƒtÂÊÓ†‰Ó„Ó†ÕÓ tÈs”†ÊÓ—ÓȆ«‹Ó†ÃÓÁt—Ó:Ά;

“Yadınıza salın o zamanı ki, (Musaya) dediniz: Ya Musa, Allahı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq.”98

Məhz bu səbəbə görə də Həzrət Musa Allahdan gözə görünməsini istədi, amma inkar cavabı eşitdi:

º†ËÓ†‰ÓÂs«“†Ã«“¡Ó†ÂÔËGÈ”†‰ÂÈv«“ Ê«“†ËÓ†„Ó‰sÓÂÓÁÔ†—Ó»sÔÁÔ†v«“‰Ó†—Ó»s†√Ó—ÊȆ√ÓÊtÿÔ—t†«‰ÓÈt„Ó†v«“‰Ó†‰ÓÊt† Ó—«“ÊÈ;;;†;

“Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı. Musa dedi: Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”99




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin