ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ


VƏHY VƏ NÜBÜVVƏT 60-CI ƏSAS



Yüklə 5,11 Mb.
səhifə19/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

VƏHY VƏ NÜBÜVVƏT




60-CI ƏSAS

Yuxarıda ilahi peyğəmbərləri yalançı iddiaçılardan və fırıldaqçılardan ayırd etmək üçün üç yol bəyan etdik. İndi isə, peyğəmbərlərin qeyb aləmi ilə rabitə vasitəsi-vəhyin nə olduğunu bəyan edəcəyik.

Peyğəmbərlərin qeyb aləmi ilə rabitədə olması vəhy yolu ilə həyata keçir. Bu rabitə, başqa sözlə vəhy, əql, idrak və hissiyyatla həyata keçməz. Vəhy Allahın Öz göstərişlərini xalqa çatdırmaq üçün peyğəmbərlərin ixtiyarına qoyduğu xüsusi bir vasitədir. Qurani-kərim vəhyi belə vəsf edir:

º†ÊÓGÓ‰Ó†»Á†«‰—sÔËÕÔ†«˘ÓÂÈÊÔ;†ŸÓ‰È”†vÓ‰t»„Ó†‰ÈÓ„ÔËÊÓ†ÂÊÓ†«‰tÂÔÊt–—ÈÊÓ†;

“Onu (Quranı) Ruhul-əmin (günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə nazil etdi.”142

Bu ayədən məlum olur ki, peyğəmbərlərin ilahi və qeybi xəbərlərdən agah olması zahirdəki hissiyyat və ona bənzər şeylərin vasitəsi ilə mümkün deyildir, əksinə bu xəbərləri Cəbrail Peyğəmbərin qəlbinə nazil edir. Beləliklə, vəhyin həqiqətini adi miqyaslarla bəyan etmək qeyri-mümkündür. Sadəcə bunu bilməliyik ki, vəhy qeyb aləmi ilə rabitədə olmaq deməkdir və həqiqəti bizə məlum olmasa da belə, ona inanmaq vacibdir.



61-CI ƏSAS

Hər bir şeyi hissiyyat və maddiyyatla müqayisə edənlər, qeybin həqiqətinin yalnız hiss olunan şeylərə məxsus olduğunu iddia edib ilahi vəhyi müxtəlif şəkillərə yozanın, hamısı bizim nəzərimizdə bitil yoldadır. Aşağıda bu yozumların batil olmasını araşdıracağıq.

1-Bəzi yazıçılar peyğəmbərləri yüksək fitri istedada malik olan bir şəxs hesab edərək vəhyi onların zəkasının məhsulu və ruhi hallarından irəli gəldiyini təsəvvür edirlər. Onların əqidələrinə əsasən, Cəbrailin (Ruhul-əminin) həqiqəti peyğəmbərlərin pak nəfsləri və ruhları, ilahi kitab isə onların yüksək təfəkkürüdür.

Bu nəzəriyyənin qarşısına çıxan mühüm müşküllərdən biri də onun ilahi peyğəmbərlərin sözləri ilə zidd olmasıdır. Çünki, peyğəmbərlər daima elan edirdilər ki, onların xalq üçün gətirdikləri məsələlər, ilahi vəhydən başqa bir şey deyil. Qeyd olunan şəxslərin təfsirindən, peyğəmbərlərin yalançı və fırıldaqçı olması fikri yaranır. Bu da onların yüksək məqama malik olması, həmçinin tarixi mənbələrə əsasən, doğruçu olmaları ilə əsla uyğun gəlmir.

Başqa sözlə mütərəqqi fikirli, islahatçılar iki qrupdur:

1-Öz əməl proqramlarını Allaha aid edənlər.

2-Proqramlarının öz təfəkkürlərindən vücuda gəlməsini deyənlər.

Mümkündür ki, hər iki qrup cəmiyyət üçün xeyirxah və ürəyiyanan olsun. Beləliklə, hər iki qrupu bir səviyyədə fərz etmək olmaz.

2-Başqa bir qrup, (əvvəldə qeyd etdiyimiz nəzəriyyə kimi) vəhyi peyğəmbərlərə ariz olan ruhi halların nəticəsi hesab edirlər. Onların iddialarına əsasən, peyğəmbərlər Allaha möhkəm iman və çoxlu ibadət sayəsində yüksək bir mənəvi dərəcəyə yetişirlər. Bu zaman öz batinlərində bir sıra ali həqiqətləri hiss edərək elə təsəvvür edirlər ki, o həqiqətlər qeyb aləmindəndir. Halbuki, qeyd olunan hislərin mənşəyi yalnız onun nəfsidir. Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, biz peyğəmbərlərin doğru söyləməklərində şəkk-şübhə etmirik, bizim əqidəmizə görə, onlar buna dəlalət edən bir sıra həqiqətləri müşahidə edirlər. Amma bunun mənşəyi ali həqiqətlərdəndir və peyğəmbərlər belə təsəvvür edirlər ki, bu həqiqətlər qeyb aləmindən onlara ilham olunub. Halbuki, onların mənşəyi, yalnız nəfsləridir.

Bu nəzəriyyə təzə bir məsələ deyil, əksinə, cahiliyyət dövründə vəhy barəsində olan bir nəzəriyyəni təzə bir ifadə ilə bəyan etməkdir. Bu nəzəriyyəyə əsasən, vəhy peyğəmbərlərin xəyal aləmində olmaları və onların özlərinə məşğul olmasıdır. Onlar Allaha çoxlu ibadət edib cəmiyyətin islah olunması barəsində çox təfəkkür etdiklərindən, öz gözləri önündə bir sıra həqiqətlərin canlanmasını müşahidə edərək elə güman edirlər ki, qeyb aləmindən onlara ilham olunub. Bu, cahil ərəblərin vəhy barəsində olan təsəvvürləridir. Onlar belə deyirdilər:

√Ó÷t÷«“ÀÔ†√ÓÕt‰«“Ân-yəni “vəhy peyğəmbərlərin qarmaqarışıq təfəkkürləridir.”143

Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikri inkar edərək buyurur ki, peyğəmbərlər vəhy mələyini görməsi düzdür, onların nə qəlbi, nə də gözləri xəta etməmişdir:

º†Â«“†„Ó–»Ó†«‰tbÔƒ«“œÔ†Â«“†—Ó√È”†;

“Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı (Mühəmməd (s)) gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbən inandı).”144

Başqa bir ayədə buyurulur:

º†Â«“†G«⁄Ó†«‰t»ÓgÓ—Ô†Ëӆ«“†◊ÓbÈ”†;

“Göz nə xəta etdi, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).”145

Qeyd olunan ayələrdə məqsəd budur ki, Peyğəmbər (s) vəhy mələyini (Cəbraili) həm zahiri, həm də batini gözlə (qəlblə) gördü.



PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (GÜNAHSIZLIĞI)




62-Cİ ƏSAS

“İsmət” lüğətdə “qorunmaq, uzaq olmaq” mənasını ifadə edir. Nübüvvət haqqında olan ismətin mənası aşağıdakılardan ibarətdir:

1-Vəhyi almaq və onu hifz etmək məqamında ismət.

2-Günah və məsiyət qarşısında ismət.

3-Fərdi və ictimai işlərdə səhv və xəta qarşısında ismət.

Birici mərhələdə peyğəmbərlərin ismətini hamı qəbul edir. Çünki bu mərhələdə onlardan hər hansı bir xəta və günah ehtimalı verilsə, xalqın onlara qarşı olan etimadı aradan gedər, bir daha onların sözlərini qəbul etməzlər. Bununla da peyğəmbərlərin hədəfi natamam olacaq.

Bundan əlavə, Qurani-kərim bəyan edir ki, Allah, Peyğəmbəri vəhyi insanlara düzgün şəkildə çatdırmaq üçün Öz nəzarəti altında saxlayıb hifz edir:

º†Ÿ«“‰ÂÔ†«‰t⁄ÓÈt»†bÓ‰«“†ÈÔÿtÁ—Ô†ŸÓ‰È”†⁄ÓÈt»Á†√ÓÕÓœ«Î;†«˙”†ÂÓÊ†«—t Ó÷È”†ÂÊt†—ÓGÔˉn†bÓ«ÊsÓÁÔ†ÈÓGt‰Ô„Ô†ÂÊt†»ÓÈtÊ†ÈÓœÓÈtÁ†ËÓÂÊt

ŒÓ‰tbÁ†—ÓgÓœ«Î;†‰ÈÓŸt‰ÓÂÓ†√ÓÊt†vÓœt†√Ó»t‰Ó⁄ÔË«†—G«“‰«“ †—Ó»sÁÂt†ËÓ†√ÓÕ«“◊Ó†»«“†‰ÓœÓÈtÁÂt†ËÓ†√ÓÕtgÈ”†„Ô‰sÓ†gÓÈt¡n†ŸÓœÓœ«Î†;

“Qeybi bilən ancaq Odur və Öz qeybini bəyənib seçdiyi şəxsdən peyğəmbərdən başqa heç kəsə aşkar etməz. Allah onların önündə və arxasında gözətçilər qoyar ki, peyğəmbərlərin Rəbbinin göndərdiklərinin (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). Allah onlarda olanların hamısını əhatə etmişdir. O, hər şeyin sayını bilir.”146

Qeyd olunan ayədə vəhyin qorunması üçün iki gözətçi bəyan olunur.

1-Hər bir tərəfdən Peyğəmbəri gözləyən mələklər;

2-Həm Peyğəmbəri, həm də və mələkləri əhatə edən uca Tanrı.

Bunun səbəbi də Peyğəmbərin hədəfinin əməli olaraq həyata keçməsi, Allahın vəhyinin xalqa çatdırılmasıdır.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin